https://sputnik.az/20250127/qerbi-avropa-intihar-etmek-niyyetindedir-470229009.html
Qərbi Avropa intihar etmək niyyətindədir
Qərbi Avropa intihar etmək niyyətindədir
Sputnik Azərbaycan
Mərkəzi və Şərqi Avropa dövlətlərindən fərqli olaraq məhz Qərbi Avropa dövlətləri şüurlu şəkildə özünü məhv etməyə doğru gedirlər. 27.01.2025, Sputnik Azərbaycan
2025-01-27T21:49+0400
2025-01-27T21:49+0400
2025-01-27T21:49+0400
almaniya
dünya xəbərləri
taker karlson
mərkəzi və qərbi avropa
ukrayna
avropa
abş
https://cdnn1.img.sputnik.az/img/07e9/01/1b/470228843_0:159:3075:1888_1920x0_80_0_0_4381082d353c98cac26e65e9be8edc90.jpg.webp
BAKI, 27 yanvar — Sputnik. Qərbi Avropa ölkələrinin yeritdiyi siyasətlər onların özünü məhv edir və regionu fəlakətli nəticələrə aparırlar. ABŞ-dan olan jurnalist Taker Karlson belə hesab edir. Onun fikrincə, Mərkəzi və Şərqi Avropa dövlətlərindən fərqli olaraq məhz Qərbi Avropa dövlətləri şüurlu şəkildə özünü məhv etməyə doğru gedirlər. O vurğulayıb ki, "Şimal axını" qaz kəmərinin partlaması və Almaniyada iqtisadi vəziyyətin pisləşməsi bu prosesin tərkib hissəsidir, lakin ölkə daxilində belə mövzuların müzakirəsi faktiki olaraq qadağandır. Karlson belə bir fikir bildirib ki, əgər region dövlətləri öz sivilizasiyalarını məhv etmək yolu ilə gələcək nəsilləri perspektivsiz qoyaraq bu cür fəaliyyət göstərməkdə davam etmək niyyətindədirlərsə, bu, intiharın bir forması sayıla bilər. O, bu sözləri "American Conservative" nəşrinin icraçı direktoru Kurt Millslə söhbəti zamanı deyib. Mills öz növbəsində qeyd edib ki, bir çox Qərbi Avropa dövlətləri ABŞ-ın Ukrayna münaqişəsində iştirakının mümkün azaldılmasından narazıdırlar. Onun sözlərinə görə, Avropa paytaxtları hətta ABŞ-ın dəstəyini zəiflətmək fikrinə də mənfi reaksiya verirlər. O, miqrasiya, ticarət və ya şərab kimi ümumi mövzuların müzakirəsinin mehriban şəraitdə keçirilə biləcəyini misal çəkib, lakin ABŞ-ın Ukraynada nizamlanmanın təminatçısı olması zərurəti ilə bağlı şübhələr qeyd olunduqda, söhbət qəfil bitir. Bundan əvvəl məlum olub ki, ABŞ-dan Asiya və Cənubi Amerikaya mayeləşdirilmiş təbii qaz daşıyan tankerlər marşrutlarını dəyişərək Avropa limanlarına üz tuturlar.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_bf5e79488e7463bd92132c9d0bad7752.png.webp
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_bf5e79488e7463bd92132c9d0bad7752.png.webp
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e9/01/1b/470228843_172:0:2901:2047_1920x0_80_0_0_ae085abbc8152118530ef07626184b77.jpg.webpSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_bf5e79488e7463bd92132c9d0bad7752.png.webp
almaniya, taker karlson , mərkəzi və qərbi avropa, ukrayna, avropa, abş
almaniya, taker karlson , mərkəzi və qərbi avropa, ukrayna, avropa, abş
Qərbi Avropa intihar etmək niyyətindədir
Mərkəzi və Şərqi Avropa dövlətlərindən fərqli olaraq məhz Qərbi Avropa dövlətləri şüurlu şəkildə özünü məhv etməyə doğru gedirlər.
BAKI, 27 yanvar — Sputnik. Qərbi Avropa ölkələrinin yeritdiyi siyasətlər onların özünü məhv edir və regionu fəlakətli nəticələrə aparırlar.
ABŞ-dan olan jurnalist Taker Karlson belə hesab edir.
Onun fikrincə, Mərkəzi və Şərqi Avropa dövlətlərindən fərqli olaraq məhz Qərbi Avropa dövlətləri şüurlu şəkildə özünü məhv etməyə doğru gedirlər.
O vurğulayıb ki, "Şimal axını" qaz kəmərinin partlaması və Almaniyada iqtisadi vəziyyətin pisləşməsi bu prosesin tərkib hissəsidir, lakin ölkə daxilində belə mövzuların müzakirəsi faktiki olaraq qadağandır. Karlson belə bir fikir bildirib ki, əgər region dövlətləri öz sivilizasiyalarını məhv etmək yolu ilə gələcək nəsilləri perspektivsiz qoyaraq bu cür fəaliyyət göstərməkdə davam etmək niyyətindədirlərsə, bu, intiharın bir forması sayıla bilər. O, bu sözləri "American Conservative" nəşrinin icraçı direktoru Kurt Millslə söhbəti zamanı deyib.
Mills öz növbəsində qeyd edib ki, bir çox Qərbi Avropa dövlətləri ABŞ-ın Ukrayna münaqişəsində iştirakının mümkün azaldılmasından narazıdırlar. Onun sözlərinə görə, Avropa paytaxtları hətta ABŞ-ın dəstəyini zəiflətmək fikrinə də mənfi reaksiya verirlər. O, miqrasiya, ticarət və ya şərab kimi ümumi mövzuların müzakirəsinin mehriban şəraitdə keçirilə biləcəyini misal çəkib, lakin ABŞ-ın Ukraynada nizamlanmanın təminatçısı olması zərurəti ilə bağlı şübhələr qeyd olunduqda, söhbət qəfil bitir.
Bundan əvvəl məlum olub ki, ABŞ-dan Asiya və Cənubi Amerikaya mayeləşdirilmiş təbii qaz daşıyan tankerlər marşrutlarını dəyişərək Avropa limanlarına üz tuturlar.