CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pul verək, qatili bağışlayın - İrandan diplomatın ailəsinə təklif

© Photo : From the personal archive of Orkhan AskerovOrxan Əsgərov
Orxan Əsgərov - Sputnik Azərbaycan, 1920, 27.01.2025
Abunə olmaq
İran Orxan Əsgərovun ailəsinə "qan pulu" təklif edibmiş.
BAKI, 27 yanvar — Sputnik. Azərbaycanın İrandakı səfirliyinə terror hücumundan 2 il ötür. 27 yanvar 2023-cü il tarixində səfirliyimizə hücum edən İran vətəndaşı Yasin Hüseynzadə "Kalaşnikov" markalı avtomat silahla mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.
Orxan Əsgərov Bakıdakı İkinci Şəhidlər xiyabanında dəfn edilib. 3 fevral 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) "Vətən uğrunda" medalı ilə təltif edilib.
Qatil barəsində ölüm hökmü çıxarılsa da, iki il boyunca icra edilməyib. Hətta bu yaxınlarda onun işi prokurorluğa geri qaytarılıb. Nəhayət iki il sonra edam hökmü Ali Məhkəmə tərəfindən təsdiq olunub. Hökm icra üçün Tehran məhkəməsinə göndərilib.
Orxan Əsgərovun həyat yoldaşı Aynurə Əsgərova bununla bağlı açıqlama verib.
Onun sözlərinə görə, bütün ölkələrdə Orxan Əsgərov ailəsi ilə bir yerdə olub:

"Deyirdi ki, sizsiz qala bilmirəm, darıxıram. İrana da getməyimizi istəyirdi, mən razı olmadım. Həm oğlum birinci sinfə başlayırdı, həm də o ölkəni istəmirəm. Heç vaxt orada olmamışam, amma o ölkəyə qarşı mənim yaxşı düşüncələrim yox idi. Digər bütün ölkələrə getmişdik. Moskvada, Kiyevdə, Tbilisidə, İstanbulda yanında olmuşuq".

Həyat yoldaşı deyir ki, Orxan Əsgərov öz işi barədə heç nə danışmırdı:
"Orada insanların azərbaycanlılara qarşı aqressiyası var idi. Bu da illərdir bilinən bir şey idi. Orxan 11-ci sinfi ABŞ-da bitirib. Daha sonra Bakı Dövlət Universitetinin Beynəlxalq Əlaqələr ixtisasını bitirdi. Bütün gün kitab oxuyurdu, 6 dil bilirdi".
Aynurə Əsgərova qeyd edib ki, İran "qan pulu" verərək ölüm hökmünün ləğvini istəyib:
"Amma mümkün deyil. İndi də hökm verilib, sadəcə olaraq icrası gözlənilir. Bunun başqa yolu yoxdur".
Xəbər lenti
0