https://sputnik.az/20250127/nefes-darliginiz-varsa-olumle-uz-uzesiz---rus-hekimden-ilginc-aciqlama-470188210.html
Nəfəs darlığınız varsa, ölümlə üz-üzəsiz - rus həkimdən ilginc açıqlama
Nəfəs darlığınız varsa, ölümlə üz-üzəsiz - rus həkimdən ilginc açıqlama
Sputnik Azərbaycan
Kardioloq Zolotareva qeyd edib ki, nəfəs darlığı infarkt və insult ilə nəticələnə bilər. 27.01.2025, Sputnik Azərbaycan
2025-01-27T23:59+0400
2025-01-27T23:59+0400
2025-01-27T23:59+0400
həkim
səhiyyə
kardioloq
infarkt
miokard infarktı
hemoqlabin
ürək-damar xəstəlikləri
nəfəs
insult
bronxit
https://cdnn1.img.sputnik.az/img/42322/30/423223053_0:177:3013:1871_1920x0_80_0_0_b6f85fbca1c559e4bc470dbc0b400cbe.jpg.webp
BAKI, 27 yanvar - Sputnik. Nəfəs darlığı xüsusi diqqət tələb edən bir simptomdur, çünki bu, infarkt və ya insult da daxil olmaqla çox ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Bu barədə kardioloq Nataliya Zolotareva “Qazeta.Ru”ya müsahibəsində danışıb. Mütəxəssis təngnəfəsliyin ən çox görülən səbəblərindən biri kimi ürək-damar sisteminin pozulmasını qeyd edib. Həkimin sözlərinə görə, ürək orqanizmi qanla təmin edən nasos kimi işləyir. Ürək effektiv işləmədikdə, orqanlar və toxumalar lazımi miqdarda oksigen almır, bu da nəfəs darlığı ilə özünü göstərə bilər. Bu cür hallar tibbi müdaxilə tələb edir, çünki əks halda miokard infarktı və ya insult inkişaf edə bilər. "Nəfəs darlığının digər ümumi səbəbi tənəffüs sisteminin patologiyasıdır. Bronxial astma, ağciyərin xroniki obstruktiv xəstəliyi (AXOX) və pnevmoniya kimi xroniki xəstəliklər çox vaxt nəfəs darlığı ilə müşayiət olunur", həkim vurğulayıb. Kardioloq bu vəziyyətin irəliləməməsi üçün yaxşı müalicəyə ehtiyac olduğunu da qeyd edib. Nəfəs darlığına həmçinin oksigenin daşınmasından məsul olan hemoqlobinin səviyyəsinin azalması ilə xarakterizə olunan anemiya da səbəb ola bilər. Terapevt-həkim Anna Ratnikova da öz növbəsində bildirib ki, anemiyanın əlaməti yaz aylarının yorğunluğu və əsəbilik hissi, yuxusuzluq və dağınıqlıq ola bilər. Endokrinoloq Yelena Ostrovskaya isə qeyd edib ki, anemiyanın səbəbləri arasında mədə-bağırsaq problemləri, həmçinin B12, B9 və dəmir vitaminlərinin çatışmazlığı da var.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42322/30/423223053_140:0:2871:2048_1920x0_80_0_0_abdd4247bf2d579bd070a51ca42ef600.jpg.webpSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
həkim, kardioloq, infarkt, miokard infarktı, hemoqlabin, ürək-damar xəstəlikləri, nəfəs, insult, bronxit, astma, ağciyər
həkim, kardioloq, infarkt, miokard infarktı, hemoqlabin, ürək-damar xəstəlikləri, nəfəs, insult, bronxit, astma, ağciyər
Nəfəs darlığınız varsa, ölümlə üz-üzəsiz - rus həkimdən ilginc açıqlama
Kardioloq Zolotareva qeyd edib ki, nəfəs darlığı infarkt və insult ilə nəticələnə bilər.
BAKI, 27 yanvar - Sputnik. Nəfəs darlığı xüsusi diqqət tələb edən bir simptomdur, çünki bu, infarkt və ya insult da daxil olmaqla çox ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Bu barədə kardioloq Nataliya Zolotareva “Qazeta.Ru”ya müsahibəsində danışıb.
Mütəxəssis təngnəfəsliyin ən çox görülən səbəblərindən biri kimi ürək-damar sisteminin pozulmasını qeyd edib. Həkimin sözlərinə görə, ürək orqanizmi qanla təmin edən nasos kimi işləyir. Ürək effektiv işləmədikdə, orqanlar və toxumalar lazımi miqdarda oksigen almır, bu da nəfəs darlığı ilə özünü göstərə bilər. Bu cür hallar tibbi müdaxilə tələb edir, çünki əks halda miokard infarktı və ya insult inkişaf edə bilər.
"Nəfəs darlığının digər ümumi səbəbi tənəffüs sisteminin patologiyasıdır. Bronxial astma, ağciyərin xroniki obstruktiv xəstəliyi (AXOX) və pnevmoniya kimi xroniki xəstəliklər çox vaxt nəfəs darlığı ilə müşayiət olunur", həkim vurğulayıb.
Kardioloq bu vəziyyətin irəliləməməsi üçün yaxşı müalicəyə ehtiyac olduğunu da qeyd edib.
Nəfəs darlığına həmçinin oksigenin daşınmasından məsul olan hemoqlobinin səviyyəsinin azalması ilə xarakterizə olunan anemiya da səbəb ola bilər. Terapevt-həkim Anna Ratnikova da öz növbəsində bildirib ki, anemiyanın əlaməti yaz aylarının yorğunluğu və əsəbilik hissi, yuxusuzluq və dağınıqlıq ola bilər.
Endokrinoloq Yelena Ostrovskaya isə qeyd edib ki, anemiyanın səbəbləri arasında mədə-bağırsaq problemləri, həmçinin B12, B9 və dəmir vitaminlərinin çatışmazlığı da var.