Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Milyardlıq potensial: Bakı ilə Təbriz arasında ticarətin inkişafına nə mane olur?

© Sputnik / Александр КряжевMəmurlar, arxiv
Məmurlar, arxiv - Sputnik Azərbaycan, 1920, 27.01.2025
Abunə olmaq
Azərbaycan və İran arasında ticarət dövriyyəsinin göstəriciləri qənaətbəxş deyil - ötən ilin yekunlarına görə, iki ölkə arasındakı qarşılıqlı ticarət dövriyyəsi 583 milyon dollar təşkil edib.
BAKI, 27 yanvar — Sputnik. Xarici iqtisadi münasibətlərdə Azərbaycan daima qonşu ölkələrlə qarşılıqlı əlaqənin və kommersiya dövriyyəsinin inkişaf etdirilməsini diqqət mərkəzində saxlayıb Nəticədə isə Rusiya, Türkiyə və Gürcüstan kimi dövlətlər ölkənin əsas ticarət tərəfdaşları və Azərbaycan iqtisadiyyatının xarici investorları sırasındadırlar.
Eyni zamanda, Azərbaycanın İranla ticarət dövriyyəsi qənaətbəxş deyil və zəif görünür. Ötən ilin yekunlarına görə, iki ölkə arasındakı qarşılıqlı ticarət dövriyyəsi 580 milyon dollar təşkil edib. 2023-cü illə müqayisədə iki ölkə arasında ticarət dövriyyəsi demək olar ki, 20% artıb, lakin 2024-cü ilin rəqəmi hələ də ölkələr arasında mövcud olan potensialı əks etdirmir.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin yekunlarına əsasən, Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 4,8 milyard dollar, Türkiyə ilə 6 milyard dollardan çox, əhalisi 4 milyon nəfərə çatmayan Gürcüstanla isə 800 milyon dollar təşkil edib. Bu rəqəmlərlə digər qonşularla olan ticarət dövriyyəsinə nəzər saldıqda, Azərbaycanın ən uzun dövlət sərhədinə malik olduğu İranla 583 milyon dollarlıq ticarət dövriyyəsi xüsusilə zəif görünür.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, Azərbaycanda İranla ticarət dövriyyəsində nəzərəçarpacaq dərəcədə ticarət kəsiri yaranıb. Ticarət dövriyyəsi üzrə yuxarıda qeyd olunan rəqəmdə cəmi 13 milyon dollara yaxın vəsait Azərbaycan ixracının payına düşür, qalan 570 milyon dollar isə İran mallarının Azərbaycan bazarına tədarükünün payına düşür.
© Sputnik / Evgeny KarasevYük avtomobilləri, arxiv
TIR sürücüsü - Sputnik Azərbaycan, 1920, 26.01.2025
Yük avtomobilləri, arxiv
On milyard dollarlıq potensial
Qeyd edək ki, Azərbaycanla İran arasında onlarla iqtisadi layihələr həyata keçirilib. Nəqliyyat, logistika və energetika sahəsində hələ də təşəbbüslər planlaşdırılır və həyata keçirilir. İkitərəfli iqtisadi əlaqələrin inkişafı üçün iki ölkə vaxtaşırı birgə iqtisadi komissiyanın və hökumətlərarası komissiyanın iclaslarını keçirir.
Üç illik fasilədən sonra yanvarın 22-də Tehranda Azərbaycan-İran hökumətlərarası komissiyasının növbəti iclası keçirilib. İclasda bir sıra qərar və razılaşmalar qəbul edilib.
Tədbirdə iki ölkə arasında ticarət dövriyyəsinin perspektivləri də müzakirə edilib. İran Respublikasının yollar və şəhərsalma naziri Fərzanə Sadiq bildirib ki, növbəti beş il ərzində Azərbaycan və İran arasında ticarət dövriyyəsi məqsəd və prioritetlərin düzgün müəyyən edilməsilə 10 milyard dollara çata bilər.
Nazir qeyd edib ki, Azərbaycan və İran arasında əməkdaşlığın əsas sahələrindən biri tranzit və logistikadır. Son illər ölkələr arasında tranzit yollarının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb, lakin dəmir yolu, avtomobil, hava və dəniz nəqliyyatı sahələrində potensial indiki səviyyədən xeyli yüksəkdir.
Fərzanə Sadiq əlavə edib ki, Azərbaycanla İran arasında tranzit sahəsində bir sıra problemlər mövcuddur və bunların kompleks işlər vasitəsilə həll olunması planlaşdırılır. Nazirin sözlərinə görə, ölkələr arasındakı tranzitlə bağlı olan problemlər Azərbaycan və İran arasında ticarət dövriyyəsinin artımını müəyyən dərəcədə ləngidir.
Bank köçürmələri ilə bağlı çətinliklər
İran 2018-ci ildən “SWIFT” beynəlxalq maliyyə sistemindən ayrılıb və bu, kommersiya müqavilələri çərçivəsində ölkəyə pul köçürmə prosesini xeyli çətinləşdirir. Bundan əlavə, İran valyutasının qeyri-sabit məzənnəsi müqavilələrin ödənilməsini xeyli çətinləşdirir.
Qeyd etmək lazımdır ki, bu gün İran Rusiya ilə öz ödəniş sistemini inkişaf etdirir. Ötən ilin yanvar ayından etibarən Rusiya və İran bankları əməliyyatları birbaşa həyata keçirə biliblər, çünki ölkələr öz maliyyə məlumatı ötürmə sistemlərini birləşdiriblər.
Bundan əlavə, İran və Rusiya qarşılıqlı hesablaşmalarda dollardan imtina ediblər. Rusiya və İran arasındakı ticarət əlaqələrinin ABŞ valyutasından uzaqlaşması iki ölkənin əməkdaşlığının inkişafına öz töhfəsini verib.
İran və Rusiya arasında maliyyə əməkdaşlığının qurulması İranın Azərbaycanla qarşılıqlı fəaliyyəti üçün də nümunə ola bilər.
Güzəştli ticarət zəruri önəm daşıyır
Azərbaycan və İran arasında iqtisadi komissiyanın son iclasında həmçinin iki ölkənin ticarət münasibətlərinin liberallaşdırılması mövzusu da müzakirə olunub. Tərəflər ölkələr arasındakı ticarət əlaqələrinin genişləndirilməsi məqsədilə ən qısa zamanda güzəştli ticarət haqqında sazişinin imzalanmasına qərar veriblər.
Ölkələr arasında güzəştli ticarətin tətbiqinə dair saziş hələ 2022-ci ildə əldə olunub, lakin bu məsələ ilə bağlı yekun qərar qəbul edilməyib və saziş hələ də rəsmi sənəd şəklini almayıb. Azərbaycan və İran hətta 50-dən çox maldan ibarət güzəştli ticarət sazişinə daxil olan malların siyahısı barədə razılığa gəliblər.
Belə ki, güzəştli ticarət haqqında sənədinin mahiyyəti şirkətlərə istehsal etdikləri məhsullarını xarici bazarlara daha asan ixrac etmək imkanı yaratmaqdır.
Güzəştli ticarət çərçivəsində əvvəlcədən müəyyən edilən bir sıra mallara tətbiq edilən gömrük rüsumları, vergilər və digər ödənişlər azaldılır və ya tamamilə ləğv edilir.
Xatırladaq ki, hazırda Azərbaycanın yalnız Türkiyə ilə güzəştli ticarət sazişi var. 2021-ci ildən etibarən iki ölkənin sahibkarları gömrük məhdudiyyəti olmadan ölkələr arasında bir sıra məhsullar üzrə ixrac-idxal əməliyyatları həyata keçirə bilərlər.
Güzəştli ticarət sazişinin bağlanması Azərbaycan və İran arasında ticarət dövriyyəsinin inkişafına, bir sıra malların iki ölkənin bazarlarına çıxmasına və istehsalçı şirkətlərin xərclərinin azalmasına əvəzsiz töhfə verə bilər.
© Official website of President of Azerbaijan Republic“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan yeni yol, arxiv
Prezident İlham Əliyev “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan yeni yolun 30 kilometrlik birinci hissəsinin açılışında da iştirak edib - Sputnik Azərbaycan, 1920, 26.01.2025
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan yeni yol, arxiv
Rəşt-Astara dəmir yolu hissəsinin istifadəyə verilməsi ticarət dövriyyəsinə təkan verəcək
Hazırda Rusiya, Azərbaycan və İran “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin (BND) potensialını fəal şəkildə inkişaf etdirir və bu dəhlizin qərb hissəsinin tam istifadəyə verilməsi üçün ölkələr Rəşt-Astaranın çatışmayan sahəni tamamlamağı planlaşdırır. 2023-cü ilin mayında Rusiya və İran bu marşrutun tikintisini başa çatdırmaq üçün saziş imzalayıblar. Dəyəri 1,6 milyard avro olan layihə 1,3 milyard avroluq Rusiya krediti hesabına maliyyələşdirilib, qalan hissəsini isə İran təmin edir.
Bundan başqa, Azərbaycan və İran bu ilin sonuna qədər Astara terminalının tikintisini tamamlamağa razılaşıblar ki, bu da "Şimal-Cənub" BND-nin potensialının reallaşdırılmasına imkan verəcək.
Ekspertlər hesab edirlər ki, Astara terminalının istifadəyə verilməsi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi üzrə yükdaşımaların parametrlərini artıracaq. Xüsusilə, terminal Azərbaycan və İran arasındakı ticarət dövriyyəsini artıracaq ki, bu da tariflər və yüklərin uzun müddət yoxlanılması ilə bağlı bağlı bir sıra səbəblərə görə hazırda müəyyən məhdudiyyətlərlə həyata keçirilir.
Yükdaşımaların bir hissəsinin dəmir yoluna keçirilməsi və konteyner yüklərinin dəmir yolu ilə keçidini sürətləndirmək üçün nəzərdə tutulan terminal isə İranla Azərbaycan arasında yük dövriyyəsini müəyyən qədər artmasına imkan verəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0