https://sputnik.az/20250126/azerbaycanda-cay-ixraci-istehsali-ve-plantasiyalara-ayrilan-subsidiyalar-barede-470192112.html
Azərbaycanda çay ixracı, istehsalı və plantasiyalara ayrılan subsidiyalar barədə
Azərbaycanda çay ixracı, istehsalı və plantasiyalara ayrılan subsidiyalar barədə
Sputnik Azərbaycan
Dövlət Proqramının icrası nəticəsində 2027-ci ilədək əkin sahələrinin 3000 hektara, yaşıl çay yarpağı yığımının 8,5 min tona çatdırılması nəzərdə tutulur. 26.01.2025, Sputnik Azərbaycan
2025-01-26T09:29+0400
2025-01-26T09:29+0400
2025-01-26T09:29+0400
çay
iqtisadiyyat
çayçılıq
zaqatala
lənkəran
istehsal
ixrac
subsidiya
plantasiya
masallı
https://cdnn1.img.sputnik.az/img/42431/29/424312934_0:189:3072:1917_1920x0_80_0_0_cd5e515f5eb9c202f8082aa140c6d141.jpg.webp
BAKI, 26 yanvar — Sputnik. Azərbaycanın çay ixracı artıb. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, keçən il ölkəmizdən 6,6 milyon dollar dəyərində 747 ton çay ixrac edilib. Bu, 2023-cü illə müqayisədə dəyər baxımından 0,4 faiz, miqdar baxımından 2,1 faiz çoxdur. Çayçılıq sahəsində Dövlət Proqramı var Qeyd edək ki, qeyri-neft sektorunun dinamik inkişafı və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələr əldə etməyə imkan vermişdir. Ölkəmizin əlverişli torpaq-iqlim şəraiti, mövcud işçi qüvvəsi, emal sənayesi müəssisələrinin xammala tələbatının yerli istehsal hesabına ödənilməsi imkanları və mövcud ixrac potensialı aqrar sahənin daha da inkişafına əlverişli şərait yaradır."Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı" ölkəmizdə çayçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsinə, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsinə, çay istehsalına marağın artırılmasına yönəldilib. Dövlət Proqramının icrası nəticəsində 2027-ci ilədək əkin sahələrinin 3000 hektara, yaşıl çay yarpağı yığımının 8,5 min tona çatdırılması nəzərdə tutulur. Nazirlik: "Çayçılığın inkişafına dövlət dəstəyi genişləndirilir" Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Sputnik Azərbaycan-a bildiriblər ki, Azərbaycanda çayçılığın inkişafına dövlət dəstəyi genişləndirilir: "Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınacaq, yağış yağdırma üsuluna əsaslanan suvarma sistemi ilə təmin olunmuş çay plantasiyalarına görə fermerə hər hektar üçün 12000 manat əkin subsidiyası ödəniləcək. Çay əkinlərinə 12000 manat dövlət dəstəyi yalnız Astara, Masallı, Lənkəran və Zaqatalada salınacaq plantasiyalara şamil edilir. 2019-cu ildən 2024-cü ilin sentyabrına kimi salınmış çay plantasiyalarına görə də əkin subsidiyasının verilməsi nəzərdə tutulur. 2019-cu ildən əvvəl salınmış çay plantasiyalarının hər hektarına 250 manat subsidiya verilməsi nəzərdə tutulur". "Astara, Masallı, Lənkəran və Zaqatalada salınacaq çay plantasiyalarına görə hər hektara 12000 manat subsidiyanın verilməsi çayçılığın inkişafına dəstək mexanizminin bir hissəsidir. Çay plantasiyalarında qurulacaq yağış yağdırma üsuluna əsaslanan suvarma sisteminin dəyərinin 40 faizi də dövlət tərəfindən subsidiyalaşdırılır" - məlumatda bildirilib. Çay istehsalı artır Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a bildiriblər ki, keçən il Azərbaycanda 12424 ton çay istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 7,2 faiz çoxdur. Çay məhsulları üzrə idxalın əvəzlənməsi nəzərdə tutulur Dövlət Proqramına əsasən, Azərbaycanda çayçılığın inkişafı sahəsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün aşağıdakı istiqamətlərdə zəruri işlərin görülməsi nəzərdə tutulur: -çay bitkisinin əkin sahələrinin genişləndirilməsi və intensiv becərmə texnologiyalarının tətbiqi hesabına çay istehsalının artırılması; -toxumçuluq və tinglik təsərrüfatlarının yaradılmasının dəstəklənməsi və maddi-texniki bazasının gücləndirilməsi; -çayçılıq təsərrüfatları üçün əsas və köməkçi materiallar istehsalının və digər infrastruktur təminatının yaxşılaşdırılması; -çay sahələrinin müasir becərmə texnikası ilə təminatının yaxşılaşdırılması; -mövcud çay emalı müəssisələrinin fəaliyyətinin bərpası, modernləşdirilməsi və mütərəqqi texnika və texnologiyalar əsasında yeni çay emalı müəssisələrinin yaradılmasının təşviqi; -çay məhsulları üzrə idxalın əvəzlənməsi səviyyəsinin yüksəldilməsi. Xatırladaq ki, ölkəmizdə çay bitkisi ilk dəfə XIX əsrin sonlarında əkilib, çayın elmi əsaslarla becərilməsinə 1929-cu ildən, sənaye miqyaslı plantasiyaların salınmasına isə 1932-ci ildən başlanılıb. Əsas hissəsi Lənkəran iqtisadi rayonunun payına düşməklə, ölkədə 21 min hektara yaxın ərazinin təbii iqlim şəraiti, torpaqlarının mövcud vəziyyəti çay bitkisinin becərilməsinə imkan verir. Çayçılığın təşkilinin, çay istehsalının tənzimlənməsinin və çay məhsullarının keyfiyyətinin təmin edilməsinin hüquqi əsaslarını müəyyən edən "Çayçılıq haqqında" qanunun qəbul edilməsi ölkədə çayçılığın inkişafı üçün əlverişli mühit yaradıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_8b8f3f57304b8a399ecf36a82ef5c770.jpg.webp
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_8b8f3f57304b8a399ecf36a82ef5c770.jpg.webp
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42431/29/424312934_105:0:2836:2048_1920x0_80_0_0_c85fcbda69c02d08bcd4318b7d288396.jpg.webpSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_8b8f3f57304b8a399ecf36a82ef5c770.jpg.webp
çay, çayçılıq, zaqatala, lənkəran, istehsal, ixrac, subsidiya, plantasiya, masallı, kənd təsərrüfatı, kənd təsərrüfatı nazirliyi, statistika, dövlət statistika komitəsi
çay, çayçılıq, zaqatala, lənkəran, istehsal, ixrac, subsidiya, plantasiya, masallı, kənd təsərrüfatı, kənd təsərrüfatı nazirliyi, statistika, dövlət statistika komitəsi
Azərbaycanda çay ixracı, istehsalı və plantasiyalara ayrılan subsidiyalar barədə
Dövlət Proqramının icrası nəticəsində 2027-ci ilədək əkin sahələrinin 3000 hektara, yaşıl çay yarpağı yığımının 8,5 min tona çatdırılması nəzərdə tutulur.
BAKI, 26 yanvar — Sputnik. Azərbaycanın çay ixracı artıb. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, keçən il ölkəmizdən 6,6 milyon dollar dəyərində 747 ton çay ixrac edilib. Bu, 2023-cü illə müqayisədə dəyər baxımından 0,4 faiz, miqdar baxımından 2,1 faiz çoxdur.
Çayçılıq sahəsində Dövlət Proqramı var
Qeyd edək ki, qeyri-neft sektorunun dinamik inkişafı və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələr əldə etməyə imkan vermişdir. Ölkəmizin əlverişli torpaq-iqlim şəraiti, mövcud işçi qüvvəsi, emal sənayesi müəssisələrinin xammala tələbatının yerli istehsal hesabına ödənilməsi imkanları və mövcud ixrac potensialı aqrar sahənin daha da inkişafına əlverişli şərait yaradır.
"Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı" ölkəmizdə çayçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsinə, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsinə, çay istehsalına marağın artırılmasına yönəldilib. Dövlət Proqramının icrası nəticəsində 2027-ci ilədək əkin sahələrinin 3000 hektara, yaşıl çay yarpağı yığımının 8,5 min tona çatdırılması nəzərdə tutulur.
Nazirlik: "Çayçılığın inkişafına dövlət dəstəyi genişləndirilir"
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Sputnik Azərbaycan-a bildiriblər ki, Azərbaycanda çayçılığın inkişafına dövlət dəstəyi genişləndirilir:
"Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınacaq, yağış yağdırma üsuluna əsaslanan suvarma sistemi ilə təmin olunmuş çay plantasiyalarına görə fermerə hər hektar üçün 12000 manat əkin subsidiyası ödəniləcək. Çay əkinlərinə 12000 manat dövlət dəstəyi yalnız Astara, Masallı, Lənkəran və Zaqatalada salınacaq plantasiyalara şamil edilir. 2019-cu ildən 2024-cü ilin sentyabrına kimi salınmış çay plantasiyalarına görə də əkin subsidiyasının verilməsi nəzərdə tutulur. 2019-cu ildən əvvəl salınmış çay plantasiyalarının hər hektarına 250 manat subsidiya verilməsi nəzərdə tutulur".
"Astara, Masallı, Lənkəran və Zaqatalada salınacaq çay plantasiyalarına görə hər hektara 12000 manat subsidiyanın verilməsi çayçılığın inkişafına dəstək mexanizminin bir hissəsidir. Çay plantasiyalarında qurulacaq yağış yağdırma üsuluna əsaslanan suvarma sisteminin dəyərinin 40 faizi də dövlət tərəfindən subsidiyalaşdırılır" - məlumatda bildirilib.
Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a bildiriblər ki, keçən il Azərbaycanda 12424 ton çay istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 7,2 faiz çoxdur.
Çay məhsulları üzrə idxalın əvəzlənməsi nəzərdə tutulur
Dövlət Proqramına əsasən, Azərbaycanda çayçılığın inkişafı sahəsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün aşağıdakı istiqamətlərdə zəruri işlərin görülməsi nəzərdə tutulur:
-çay bitkisinin əkin sahələrinin genişləndirilməsi və intensiv becərmə texnologiyalarının tətbiqi hesabına çay istehsalının artırılması;
-toxumçuluq və tinglik təsərrüfatlarının yaradılmasının dəstəklənməsi və maddi-texniki bazasının gücləndirilməsi;
-çayçılıq təsərrüfatları üçün əsas və köməkçi materiallar istehsalının və digər infrastruktur təminatının yaxşılaşdırılması;
-çay sahələrinin müasir becərmə texnikası ilə təminatının yaxşılaşdırılması;
-mövcud çay emalı müəssisələrinin fəaliyyətinin bərpası, modernləşdirilməsi və mütərəqqi texnika və texnologiyalar əsasında yeni çay emalı müəssisələrinin yaradılmasının təşviqi;
-çay məhsulları üzrə idxalın əvəzlənməsi səviyyəsinin yüksəldilməsi.
Xatırladaq ki, ölkəmizdə çay bitkisi ilk dəfə XIX əsrin sonlarında əkilib, çayın elmi əsaslarla becərilməsinə 1929-cu ildən, sənaye miqyaslı plantasiyaların salınmasına isə 1932-ci ildən başlanılıb. Əsas hissəsi Lənkəran iqtisadi rayonunun payına düşməklə, ölkədə 21 min hektara yaxın ərazinin təbii iqlim şəraiti, torpaqlarının mövcud vəziyyəti çay bitkisinin becərilməsinə imkan verir.
Çayçılığın təşkilinin, çay istehsalının tənzimlənməsinin və çay məhsullarının keyfiyyətinin təmin edilməsinin hüquqi əsaslarını müəyyən edən "Çayçılıq haqqında" qanunun qəbul edilməsi ölkədə çayçılığın inkişafı üçün əlverişli mühit yaradıb.