https://sputnik.az/20250125/milyonlarla-gurcustan-vetendasinin-sexsi-melumatlari-internete-sizdirilib-433610081.html
Milyonlarla Gürcüstan vətəndaşının şəxsi məlumatları internetə sızdırılıb
Milyonlarla Gürcüstan vətəndaşının şəxsi məlumatları internetə sızdırılıb
Sputnik Azərbaycan
Bazada insanların identifikasiya nömrəsi, tam adı və soyadı, doğum tarixi, cins, və digər önəmli məlumatların, telefon nömrələri sahiblərinin məlumatları əks... 25.01.2025, Sputnik Azərbaycan
2025-01-25T19:33+0400
2025-01-25T19:33+0400
2025-01-25T20:17+0400
bölgə
gürcüstan
internet
internet
baza
şəxsi məlumatlar
https://cdnn1.img.sputnik.az/img/07e5/09/09/427888259_0:440:2856:2047_1920x0_80_0_0_0c4cee7bc7f454291ff85f157014ced9.jpg.webp
BAKI, 25 yanvar - Sputnik. Milyonlarla Gürcüstan vətəndaşının şəxsi məlumatları internetə sızdırılıb.APA xəbər verir ki, bu barədə "Cybernews" nəşri məlumat yayıb.Bildirilib ki, Alman bulud xidməti təminatçısı (Cloud Service Provider) yanlışlıqla Gürcüstanın demək olar ki, bütün əhalisinin şəxsi məlumatlarını əlçatan edib. Məlumat bazası kibertəhlükəsizlik konsaltinq platforması “SecurityDiscovery” tərəfindən aşkar edilib.Şirkətin kibertəhlükəsizlik eksperti Bob Diaçenkonun sözlərinə görə, bu yaxınlarda onlar Gürcüstan vətəndaşlarının şəxsi məlumatlarını özündə əks etdirən və parolla qorunmayan məlumat bazası aşkar ediblər.Sızdırılan indekslərdən birində 5 milyona yaxın şəxsin şəxsi məlumatları, digərində isə 7 milyondan çox telefon qeydləri ilə bağlı şəxsi məlumatlar olub.Bazada insanların identifikasiya nömrəsi, tam adı və soyadı, doğum tarixi, cins, və digər önəmli məlumatların, telefon nömrələri sahiblərinin məlumatları əks olunub.Bildirilib ki, məlumatlarda ölən şəxslərə dair qeydlərin də yer almaq ehtimalı var.Nəşrin məlumatına görə, təhlükəsizlik boşluğunun aşkarlanmasından sonra server oflayn vəziyyətə salınıb və dərc edilmiş məlumatlara ictimai giriş bağlanıb.Qeyd olunub ki, şəxsi məlumatların və telefon nömrələrinin potensial olaraq zərərli şəxslərin əlində olması, saxtakarlıq və ya təsir kampaniyaları üçün istifadə edilməsi ehtimalı var.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/09/427888259_110:0:2839:2047_1920x0_80_0_0_e1f172d79fc6a6e47cb71af5795a7243.jpg.webpSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
gürcüstan, internet, internet, baza, şəxsi məlumatlar
gürcüstan, internet, internet, baza, şəxsi məlumatlar
Milyonlarla Gürcüstan vətəndaşının şəxsi məlumatları internetə sızdırılıb
19:33 25.01.2025 (Yenilənib: 20:17 25.01.2025) Bazada insanların identifikasiya nömrəsi, tam adı və soyadı, doğum tarixi, cins, və digər önəmli məlumatların, telefon nömrələri sahiblərinin məlumatları əks olunub.
BAKI, 25 yanvar - Sputnik. Milyonlarla Gürcüstan vətəndaşının şəxsi məlumatları internetə sızdırılıb.
APA xəbər verir ki, bu barədə "Cybernews" nəşri məlumat yayıb.
Bildirilib ki, Alman bulud xidməti təminatçısı (Cloud Service Provider) yanlışlıqla Gürcüstanın demək olar ki, bütün əhalisinin şəxsi məlumatlarını əlçatan edib. Məlumat bazası kibertəhlükəsizlik konsaltinq platforması “SecurityDiscovery” tərəfindən aşkar edilib.
Şirkətin kibertəhlükəsizlik eksperti Bob Diaçenkonun sözlərinə görə, bu yaxınlarda onlar Gürcüstan vətəndaşlarının şəxsi məlumatlarını özündə əks etdirən və parolla qorunmayan məlumat bazası aşkar ediblər.
Sızdırılan indekslərdən birində 5 milyona yaxın şəxsin şəxsi məlumatları, digərində isə 7 milyondan çox telefon qeydləri ilə bağlı şəxsi məlumatlar olub.
Bazada insanların identifikasiya nömrəsi, tam adı və soyadı, doğum tarixi, cins, və digər önəmli məlumatların, telefon nömrələri sahiblərinin məlumatları əks olunub.
Bildirilib ki, məlumatlarda ölən şəxslərə dair qeydlərin də yer almaq ehtimalı var.
Nəşrin məlumatına görə, təhlükəsizlik boşluğunun aşkarlanmasından sonra server oflayn vəziyyətə salınıb və dərc edilmiş məlumatlara ictimai giriş bağlanıb.
Qeyd olunub ki, şəxsi məlumatların və telefon nömrələrinin potensial olaraq zərərli şəxslərin əlində olması, saxtakarlıq və ya təsir kampaniyaları üçün istifadə edilməsi ehtimalı var.