https://sputnik.az/20250125/donald-tramp-rusiya-ve-abs-in-nuvesizlesdirilmesi-ile-bagli-aciqlama-verib-470192840.html
Donald Tramp Rusiya və ABŞ-ın nüvəsizləşdirilməsi ilə bağlı açıqlama verib
Donald Tramp Rusiya və ABŞ-ın nüvəsizləşdirilməsi ilə bağlı açıqlama verib
Sputnik Azərbaycan
Prezident qeyd edib ki, o, artıq Putinlə Rusiya və ABŞ-ın nüvəsizləşdirilməsi məsələsi üzərində çalışıb. 25.01.2025, Sputnik Azərbaycan
2025-01-25T23:38+0400
2025-01-25T23:38+0400
2025-01-25T23:39+0400
donald tramp
dünya xəbərləri
abş
abş
rusiya
tramp
abş prezidenti donald tramp
nüvə
nüvə silahı
https://cdnn1.img.sputnik.az/img/07e7/04/05/453404779_0:161:3068:1887_1920x0_80_0_0_f940003f80e1e17775d41f382f1d68d3.jpg.webp
BAKI, 25 yanvar - Sputnik. ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Rusiya və ABŞ-ın nüvəsizləşdirilməsi ilə bağlı razılığa gələ biləcəyini bildirib. Bu sözləri ABŞ lideri “Fox News” telekanalına müsahibəsində deyib. O, xatırladıb ki, o, artıq prezident Putinlə Rusiya Federasiyası və ABŞ-ın nüvəsizləşdirilməsi məsələsi üzərində çalışıb. “Biz daha sonra Çini bu prosesə cəlb etməyi planlaşdırırdıq, çünki onların arsenalı bizə nisbətən çox azdır. Mən bu razılaşmanı əldə etməyə çox yaxın idim. Mən Putinlə nüvəsizləşdirilmə ilə bağlı müqavilə bağlayardım”, - Donald Tramp bildirib. Həmin müsahibədə Tramp Ukrayna münaqişəsinə dərhal son qoyulmasını tələb edib. Amerikalı siyasətçi hesab edir ki, ölkə “viran qalıb” və buna görə də Kiyev rejiminin başçısı Vladimir Zelenski günahkardır. Bundan əlavə, ABŞ prezidenti Rusiya lideri Vladimir Putinlə görüşün mümkün qədər tez təşkil edilməsi arzusunu ifadə edib. Onun fikrincə, Rusiya Ukraynadakı böhranının həlli üçün saziş bağlamağa çalışmalıdır. O əlavə edib ki, mövcud məlumatlara əsasən, Rusiya lideri də görüşün keçirilməsində maraqlıdır.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/05/453404779_169:0:2900:2048_1920x0_80_0_0_f4426a3492f386f27e34908dc5f6604b.jpg.webpSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
donald tramp, abş, abş, rusiya, tramp, abş prezidenti donald tramp, nüvə, nüvə silahı
donald tramp, abş, abş, rusiya, tramp, abş prezidenti donald tramp, nüvə, nüvə silahı
Donald Tramp Rusiya və ABŞ-ın nüvəsizləşdirilməsi ilə bağlı açıqlama verib
23:38 25.01.2025 (Yenilənib: 23:39 25.01.2025) Prezident qeyd edib ki, o, artıq Putinlə Rusiya və ABŞ-ın nüvəsizləşdirilməsi məsələsi üzərində çalışıb.
BAKI, 25 yanvar - Sputnik. ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Rusiya və ABŞ-ın nüvəsizləşdirilməsi ilə bağlı razılığa gələ biləcəyini bildirib.
Bu sözləri ABŞ lideri “Fox News” telekanalına müsahibəsində deyib.
O, xatırladıb ki, o, artıq prezident Putinlə Rusiya Federasiyası və ABŞ-ın nüvəsizləşdirilməsi məsələsi üzərində çalışıb.
“Biz daha sonra Çini bu prosesə cəlb etməyi planlaşdırırdıq, çünki onların arsenalı bizə nisbətən çox azdır. Mən bu razılaşmanı əldə etməyə çox yaxın idim. Mən Putinlə nüvəsizləşdirilmə ilə bağlı müqavilə bağlayardım”, - Donald Tramp bildirib.
Həmin müsahibədə Tramp Ukrayna münaqişəsinə dərhal son qoyulmasını tələb edib. Amerikalı siyasətçi hesab edir ki, ölkə “viran qalıb” və buna görə də Kiyev rejiminin başçısı Vladimir Zelenski günahkardır.
Bundan əlavə, ABŞ prezidenti Rusiya lideri Vladimir Putinlə görüşün mümkün qədər tez təşkil edilməsi arzusunu ifadə edib. Onun fikrincə, Rusiya Ukraynadakı böhranının həlli üçün saziş bağlamağa çalışmalıdır. O əlavə edib ki, mövcud məlumatlara əsasən, Rusiya lideri də görüşün keçirilməsində maraqlıdır.