https://sputnik.az/20250122/abs-in-bmt-ye-borcunun-umumi-meblegi-28-milyard-dollardir-470151893.html
ABŞ-ın BMT-yə borcunun ümumi məbləği 2,8 milyard dollardır
ABŞ-ın BMT-yə borcunun ümumi məbləği 2,8 milyard dollardır
Sputnik Azərbaycan
ABŞ-ın BMT-nin əsas büdcəsinə borcu 1,5 milyard dollardır. Əsas büdcəni, sülhməramlı missiyaların və tribunalların büdcəsini nəzərə alsaq, ümumi məbləğ 2,8... 22.01.2025, Sputnik Azərbaycan
2025-01-22T19:46+0400
2025-01-22T19:46+0400
2025-01-22T19:46+0400
abş
dünya xəbərləri
cannet yellen
borc
xarici borc
konqres
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1f/442372810_0:123:3055:1841_1920x0_80_0_0_08987a9d36bb9b20f2435c42c25ae081.jpg.webp
BAKI, 22 yanvar — Sputnik. Amerika Birləşmiş Ştatlarının (ABŞ) Birləşmiş Millətlər Təşkilatına (ABŞ) ümumi borcu, o cümlədən əsas büdcəyə olan borcu 2,8 milyard dollara çatıb. Bu barədə BMT baş katibinin daimi nümayəndəsinin müavini Fərhan Hak bildirib. "ABŞ-ın BMT-nin əsas büdcəsinə borcu 1,5 milyard dollardır. Əsas büdcəni, sülhməramlı missiyaların və tribunalların büdcəsini nəzərə alsaq, ümumi məbləğ 2,8 milyard dollar təşkil edir" – TASS onun sözlərini sitat gətirib. Bir müddət əvvəl ABŞ-ın maliyyə naziri Janet Yellen Konqres rəhbərliyinə məktubunda departamentin yanvarın 21-dən başlayaraq milli borcun maksimum səviyyəsinə çatması ilə bağlı defoltun qarşısını almaq üçün fövqəladə tədbirlər həyata keçirməyə başlayacağını bildirmişdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_bf5e79488e7463bd92132c9d0bad7752.png.webp
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_bf5e79488e7463bd92132c9d0bad7752.png.webp
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1f/442372810_207:0:2938:2048_1920x0_80_0_0_aaa2f54eb8080eccd5d1b9d27b781af2.jpg.webpSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_bf5e79488e7463bd92132c9d0bad7752.png.webp
abş, cannet yellen, borc, xarici borc, konqres
abş, cannet yellen, borc, xarici borc, konqres
ABŞ-ın BMT-yə borcunun ümumi məbləği 2,8 milyard dollardır
ABŞ-ın BMT-nin əsas büdcəsinə borcu 1,5 milyard dollardır. Əsas büdcəni, sülhməramlı missiyaların və tribunalların büdcəsini nəzərə alsaq, ümumi məbləğ 2,8 milyard dollar təşkil edir.
BAKI, 22 yanvar — Sputnik. Amerika Birləşmiş Ştatlarının (ABŞ) Birləşmiş Millətlər Təşkilatına (ABŞ) ümumi borcu, o cümlədən əsas büdcəyə olan borcu 2,8 milyard dollara çatıb.
Bu barədə BMT baş katibinin daimi nümayəndəsinin müavini Fərhan Hak bildirib.
"ABŞ-ın BMT-nin əsas büdcəsinə borcu 1,5 milyard dollardır. Əsas büdcəni, sülhməramlı missiyaların və tribunalların büdcəsini nəzərə alsaq, ümumi məbləğ 2,8 milyard dollar təşkil edir" – TASS onun sözlərini sitat gətirib.
Bir müddət əvvəl ABŞ-ın maliyyə naziri Janet Yellen Konqres rəhbərliyinə məktubunda departamentin yanvarın 21-dən başlayaraq milli borcun maksimum səviyyəsinə çatması ilə bağlı defoltun qarşısını almaq üçün fövqəladə tədbirlər həyata keçirməyə başlayacağını bildirmişdi.