https://sputnik.az/20250121/sumqayitda-yataqxanada-partlayis-zamani-xesaret-alanlarin-son-durumu-461991193.html
Sumqayıtda daha bir yataqxanada yanğın olub, sakinlər binadan təxliyə edilib
Sumqayıtda daha bir yataqxanada yanğın olub, sakinlər binadan təxliyə edilib
Sputnik Azərbaycan
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub. 21.01.2025, Sputnik Azərbaycan
2025-01-21T11:40+0400
2025-01-21T11:40+0400
2025-01-21T12:14+0400
hadisə
sumqayıt
partlayış
yanğın
https://cdnn1.img.sputnik.az/img/07e8/01/0f/461980333_0:156:3000:1844_1920x0_80_0_0_a267fe9e72848c68dbaac6c0b8675f08.jpg.webp
BAKI, 21 yanvar — Sputnik. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 41-ci məhəllədə yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub.Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub.Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsinin ümumi dəhlizində quraşdırılmış elektrik lövhəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.Təhlükəsizlik tədbirləri çərçivəsində 5-i uşaq olmaqla 11 nəfər bina sakini təxliyə edilib.Yanğın nəticəsində 6 ədəd sayğac, 6 ədəd qoruyucu açar və 5p.m. elektrik kabeli yanıb.Mənzillər və yataqxana binası yanğından mühafizə olunub.16.01.24, 10:43Sumqayıtda yataqxanada partlayış zamanı xəsarət alanların vəziyyəti necədir?Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxana binasında baş verən partlayış nəticəsində xəsarət alan 4 nəfərin (2-si böyük, 2-si uşaq olmaqla) müalicəsi Sumqayıt Tibb Mərkəzinin nəzdində olan tibb müəssisələrində davam etdirilir. Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Məlumata görə, 1986-cı il təvəllüdlü (kişi cinsli) və 1990-cı il təvəllüdlü (qadın cinsli) şəxslərə Təcili Tibbi Yardım Xəstəxanasında, 2013-cü il təvəllüdlü (kişi cinsli), 2008-ci il təvəllüdlü (qadın cinsli) şəxslərə isə Uşaq Xəstəxanasında zəruri tibbi xidmətlər göstərilir. 1986-cı il təvəllüdlü şəxsin vəziyyəti stabil, digərlərinin vəziyyəti isə orta ağır olaraq qalır. Qeyd edək ki, dünən Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxanada yanğın baş verib. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ikimərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 50 kv.m olan mənzildə, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_43344902ccb8bb86de368e98ff6be7c0.jpg.webp
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_43344902ccb8bb86de368e98ff6be7c0.jpg.webp
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/01/0f/461980333_167:0:2834:2000_1920x0_80_0_0_7959b99c19dc40a08b7077a102706524.jpg.webpSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_43344902ccb8bb86de368e98ff6be7c0.jpg.webp
sumqayıt, partlayış, yanğın
sumqayıt, partlayış, yanğın
Sumqayıtda daha bir yataqxanada yanğın olub, sakinlər binadan təxliyə edilib
11:40 21.01.2025 (Yenilənib: 12:14 21.01.2025) FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub.
BAKI, 21 yanvar — Sputnik. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 41-ci məhəllədə yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsinin ümumi dəhlizində quraşdırılmış elektrik lövhəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində 5-i uşaq olmaqla 11 nəfər bina sakini təxliyə edilib.
Yanğın nəticəsində 6 ədəd sayğac, 6 ədəd qoruyucu açar və 5p.m. elektrik kabeli yanıb.
Mənzillər və yataqxana binası yanğından mühafizə olunub.
Sumqayıtda yataqxanada partlayış zamanı xəsarət alanların vəziyyəti necədir?
Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxana binasında baş verən partlayış nəticəsində xəsarət alan 4 nəfərin (2-si böyük, 2-si uşaq olmaqla) müalicəsi Sumqayıt Tibb Mərkəzinin nəzdində olan tibb müəssisələrində davam etdirilir.
Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Məlumata görə, 1986-cı il təvəllüdlü (kişi cinsli) və 1990-cı il təvəllüdlü (qadın cinsli) şəxslərə Təcili Tibbi Yardım Xəstəxanasında, 2013-cü il təvəllüdlü (kişi cinsli), 2008-ci il təvəllüdlü (qadın cinsli) şəxslərə isə Uşaq Xəstəxanasında zəruri tibbi xidmətlər göstərilir.
1986-cı il təvəllüdlü şəxsin vəziyyəti stabil, digərlərinin vəziyyəti isə orta ağır olaraq qalır.
Qeyd edək ki, dünən Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxanada yanğın baş verib. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ikimərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 50 kv.m olan mənzildə, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib.