https://sputnik.az/20250121/azerbaycanin-sevilen-filmlerinin-qehremani-xestexanada-yasamaq-ugrunda-mubarize-aparir-470124786.html
Azərbaycanın sevilən filmlərinin qəhrəmanının vəziyyəti xəstəxanada pisləşib
Azərbaycanın sevilən filmlərinin qəhrəmanının vəziyyəti xəstəxanada pisləşib
Sputnik Azərbaycan
Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub. 21.01.2025, Sputnik Azərbaycan
2025-01-21T12:25+0400
2025-01-21T12:25+0400
2025-01-21T13:23+0400
cəmiyyət
xalq artisti
ənvər həsənov
insult
nevrologiya
təbib
https://cdnn1.img.sputnik.az/img/07e6/09/01/445600055_0:0:3069:1727_1920x0_80_0_0_d6edbf2f389c41485556a2a56c0cf5ba.jpg.webp
BAKI, 21 yanvar - Sputnik. İnsult keçirən Xalq artisti Ənvər Həsənovun vəziyyəti pisləşib, yenidən reanimasiyaya yerləşdirilib.Bu barədə aktyorun qızı məlumat verib.Onun sözlərinə görə, atasının müalicəsi hazırda reanimasiya şəraitində davam etdirilir, vəziyyəti ağır-stabildir.***Ənvər Həsənovun hazırki vəziyyəti ağır-stabil olaraq qiymətləndirilir.Bu barədə APA TƏBİB-ə istinadla məlumat yayıb. Qeyd edək ki, 10 yanvar saat 10:15-də Xalq artisti Ənvər Həsənov halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub.Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib.Yanvarın 17-də vəziyyətinin ağırlaşması səbəbilə pasiyent Reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub.Yanvarın 18-də vəziyyəti stabilləşən xalq artisti tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülüb. Hazırda həmin şöbədə müalicəsi davam etdirilir.Ənvər Həsənov 17 avqust 1950-ci ildə Bakıda anadan olub. Gənc yaşlarından kinolara çəkilməyə başlayıb. O, xüsusilə "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa maraqlı obrazlar yaradıb. Həyat yoldaşı, aktrisa Mömünat Qurbanova ilə "Dərviş Parisi partladır" və "Atları yəhərləyin" filmində rol alıb. Rejissor kimi "Haray, Xocalım, haray", " Tələ" və Hacı Zeynalabdin Tağıyevdən bəhs edən "Sönməyən çıraq" sənədli filmini çəkib.Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti, 1 avqust 2018-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/01/445600055_0:0:2731:2048_1920x0_80_0_0_d2008d9493077fbae8d1c7d237771d19.jpg.webpSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xalq artisti, ənvər həsənov, insult, nevrologiya, təbib
xalq artisti, ənvər həsənov, insult, nevrologiya, təbib
Azərbaycanın sevilən filmlərinin qəhrəmanının vəziyyəti xəstəxanada pisləşib
12:25 21.01.2025 (Yenilənib: 13:23 21.01.2025) Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub.
BAKI, 21 yanvar - Sputnik. İnsult keçirən Xalq artisti Ənvər Həsənovun vəziyyəti pisləşib, yenidən reanimasiyaya yerləşdirilib.
Bu barədə aktyorun qızı məlumat verib.
Onun sözlərinə görə, atasının müalicəsi hazırda reanimasiya şəraitində davam etdirilir, vəziyyəti ağır-stabildir.
Ənvər Həsənovun hazırki vəziyyəti ağır-stabil olaraq qiymətləndirilir.
Bu barədə APA TƏBİB-ə istinadla məlumat yayıb.
Qeyd edək ki, 10 yanvar saat 10:15-də Xalq artisti Ənvər Həsənov halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub.
Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib.
Yanvarın 17-də vəziyyətinin ağırlaşması səbəbilə pasiyent Reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub.
Yanvarın 18-də vəziyyəti stabilləşən xalq artisti tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülüb. Hazırda həmin şöbədə müalicəsi davam etdirilir.
Ənvər Həsənov 17 avqust 1950-ci ildə Bakıda anadan olub. Gənc yaşlarından kinolara çəkilməyə başlayıb. O, xüsusilə "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa maraqlı obrazlar yaradıb. Həyat yoldaşı, aktrisa Mömünat Qurbanova ilə "Dərviş Parisi partladır" və "Atları yəhərləyin" filmində rol alıb.
Rejissor kimi "Haray, Xocalım, haray", " Tələ" və Hacı Zeynalabdin Tağıyevdən bəhs edən "Sönməyən çıraq" sənədli filmini çəkib.
Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti, 1 avqust 2018-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.
6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.