DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Trampın andiçmə mərasimi üçün rekord məbləğdə ianə yığılıb - ABC News

© AP Photo / Patrick SemanskySeçilmiş prezidentin andiçmə mərasiminə hazırlıq zamanı Kapitoliyada bayraq
Seçilmiş prezidentin andiçmə mərasiminə hazırlıq zamanı Kapitoliyada bayraq - Sputnik Azərbaycan, 1920, 20.01.2025
Abunə olmaq
Trampın inaqurasiya komitəsi 90 gün sonra ABŞ Federal Seçki Komissiyasına tam hesabat təqdim etməlidir.
BAKI, 20 yanvar - Sputnik. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp andiçmə mərasimləri üçün rekord məbləğdə 250 milyon dollar toplayıb. Bu barədə RİA Novosti ABC News-a istinadən xəbər verir.
Ötən həftə Trampın inauqurasiya komitəsinin noyabrın əvvəlindən bu yana 150 milyon dollardan çox vəsait topladığı bildirilmişdi. 2017-ci ildə onun komitəsi təxminən 107 milyon dollar, Baydenin komitəsi isə 2021-ci ildə təxminən 62 milyon dollar toplayıb.

"Yeni seçilmiş prezident Donald Tramp Ağ Evə qayıdışını rekord qıran 250 milyon dollarlıq ilk ianə yığımı ilə qeyd edəcək", - telekanal məlumatlı mənbələrə istinadən xəbər verir.

© AP Photo / Patrick SemanskyABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp
Президент США Дональд Трамп  - Sputnik Azərbaycan, 1920, 20.01.2025
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp
Qeyd olunur ki, bu məbləğə Trampın və gələcək vitse-prezident J.D.Vensin rəsmi inauqurasiya komitəsi tərəfindən alınan vəsaitlər, eləcə də digər ianə toplanışı alətləri vasitəsilə toplanan vəsaitlər daxildir.
Daha əvvəl “Washington Post” xəbər vermişdi ki, Trampın inaqurasiya komitəsinə ianələrin dəqiq məbləği inaqurasiyadan 90 gün sonra məlum olacaq. İnauqurasiya komitəsi ABŞ Federal Seçki Komissiyasına tam hesabat təqdim etməli olacaq.
Donald Trampın yanvarın 20-də inauqurasiya mərasimi keçiriləcək. Beləliklə, Tramp ABŞ-ın 47-ci prezidenti olacaq və demokrat Co Baydenin 4 illik dövründən sonra Ağ Evə qayıdacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0