Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ötən il qlobal işsizlik səviyyəsi 5% olub – BƏT

© iStock.com / sanjeriOfisdə insanlar, arxiv
Ofisdə insanlar, arxiv - Sputnik Azərbaycan, 1920, 20.01.2025
Abunə olmaq
Qeyri-rəsmi məşğulluq və işləyənlər arasında yoxsulluq pandemiyadan əvvəlki səviyyəyə qayıdıb.
BAKI, 20 yanvar — Sputnik. 2024-cü ildə qlobal işsizlik səviyyəsi 5% olub və 402 milyon insan iş qıtlığı ilə üzləşib.
Beynəlxalq Əmək Təşkilatının (BƏT) 2025-ci il üçün əmək meylləri haqqında illik hesabatında belə deyilib.
Sənəddə yazılıb:

"2024-cü ildə qlobal məşğulluq işçi qüvvəsinin artımına uyğun olaraq artıb və qlobal işsizlik səviyyəsini 2023-cü il səviyyəsinə bənzər 5% səviyyəsində saxlayıb".

Təşkilatın məlumatına görə, gənclərin məşğulluq səviyyəsi nisbətən yüksək olaraq 12,6% olaraq qalıb, lakin BƏT bildirib ki, "yaxşılaşma əlamətləri var".
Sənəddə o da qeyd olnur ki, qeyri-rəsmi məşğulluq və işləyənlər arasında yoxsulluq pandemiyadan əvvəlki səviyyəyə qayıdıb. Aşağı gəlirli ölkələr isə layiqli iş yerlərinin yaradılmasında daha böyük problemlərlə üzləşirlər.
BƏT-in məlumatına görə, iş yerlərinin qlobal çatışmazlığı, işləmək istəyən, lakin işi olmayan insanların təxmini sayı 2024-cü ildə 402 milyona çatıb.

"2024-cü ildə qlobal iqtisadi artım 3,2 faiz təşkil edib. Bu, 2023-cü və 2022-ci illərdən, müvafiq olaraq - 3,3 faiz və 3,6 faizdən aşağıdır. 2025-ci ildə də analoji artım gözlənilir, hərçənd ortamüddətli perspektivdə tədricən yavaşlama ehtimalı var", - sənəddə deyilir.

Bundan əvvəl Avrozonada işsizlik səviyyəsinin dəyişmədiyi barədə məlumat verilmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0