https://sputnik.az/20250119/sahdeniz-yataginda-ne-bas-verir-469946371.html
Başıbəlalı "Şahdəniz Alfa" yatağında hasilat bərpa edilib
Başıbəlalı "Şahdəniz Alfa" yatağında hasilat bərpa edilib
Sputnik Azərbaycan
Kondensat ixracı üçün platformanı Səngəçal terminalı ilə birləşdirən sualtı boru kəmərində yaranmış texniki problem tamamilə aradan qaldırılıb. 19.01.2025, Sputnik Azərbaycan
2025-01-19T15:06+0400
2025-01-19T15:06+0400
2025-01-19T15:05+0400
neft-qaz
aleksandr vuçiç
serbiya respublikasının prezidenti aleksandr vuçiç
şahdəniz
şahdəniz” yatağı
"şahdəniz" qaz-kondensat yatağı
tamam bayatlı
https://cdnn1.img.sputnik.az/img/41097/07/410970727_0:0:3648:2052_1920x0_80_0_0_2da294b3db695921f6c6f13051bd7b89.jpg.webp
BAKI, 19 yanvar - Sputnik. Texniki problemlər səbəbindən fəaliyyətini dayandırmış "Şahdəniz Alfa" yatağında hasilat yanvarın 18-i axşam saatlarında bərpa edilib.Bu barədə "Şahdəniz" yatağının operatoru olan BP məlumat yayıb.Məlumata görə, kondensat ixracı üçün platformanı Səngəçal terminalı ilə birləşdirən sualtı boru kəmərində yaranmış texniki problem tamamilə aradan qaldırılıb.BP-nin Şahdəniz yatağı üzrə regional hasilat meneceri Ceyms Dunbar "AnewZ"ə açıqlamasında deyib:“Şahdəniz Alfa” platformasından hasilat və ixrac əməliyyatları hazırda tədricən gücləndirilir və tam gücə çatmaq üçün daha bir neçə gün lazımdır. Biz SOCAR və digər tərəfdaşlarla yaxından işləməyə davam edir, planlarımızı və fəaliyyətimizi onlarla əlaqələndiririk”.Qeyd edək ki, hasilatın dayanması Bolqarıstan və Serbiyaya qaz tədarükünə təsir etmişdi.12.01.25, 14:53"Şahdəniz" yatağında nə baş verir?"Şahdəniz" qaz-kondensat yatağında "Bravo" platforması tam gücü ilə işləyir.Bu barədə “BP-Azerbaijan” mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib.Onun sözlərinə görə, platformada heç bir problem yoxdur.""Alfa" platforması ilə Səngəçal terminalı arasındakı sualtı kondensat boru kəmərində texniki problemlə üzləşmişik. Bu səbəbdən də platformanı dayandırmalı olmuşuq. Platforma, oradakı insanlar və digər əlaqədar qurğular tam təhlükəsizdir" - Tamam Bayatlı "APA-Economics"ə deyib. O, bildirib ki, hazırda problemin mümkün qədər tez aradan qaldırılması üçün bütün lazımi işlər aparılır.Qeyd edək ki, bir neçə gün əvvəv “Şahdəniz” yatağının texniki operatoru olan “bP-Azerbaijan” şirkəti kondensatın nəqli üçün nəzərdə tutulmuş sualtı boru kəmərindəki texniki nasazlıq səbəbindən "Alpha" platformasının işini dayandırıb."Platformanın özündə heç bir problem yoxdur. Texniki problem "Alpha" platformasını Səngəçal terminalı ilə birləşdirən kondensatın nəqli üçün sualtı boru kəmərində yaranıb. Bu səbəbdən biz bu platformanın işini dayandırmışıq" - T.Bayatlı qeyd edib.Serbiya prezidenti Aleksandr Vuçiç Azərbaycandan qaz axınının gündəlik 1,7 milyon kubmetr qaz tədarükünə təsir edən fors-major vəziyyətə görə dayandırıldığını bildirib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41097/07/410970727_0:0:3648:2736_1920x0_80_0_0_a429f31572f123ac73a17ad848a2caad.jpg.webpSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
aleksandr vuçiç, serbiya respublikasının prezidenti aleksandr vuçiç, şahdəniz, şahdəniz” yatağı, "şahdəniz" qaz-kondensat yatağı, tamam bayatlı
aleksandr vuçiç, serbiya respublikasının prezidenti aleksandr vuçiç, şahdəniz, şahdəniz” yatağı, "şahdəniz" qaz-kondensat yatağı, tamam bayatlı
Başıbəlalı "Şahdəniz Alfa" yatağında hasilat bərpa edilib
Kondensat ixracı üçün platformanı Səngəçal terminalı ilə birləşdirən sualtı boru kəmərində yaranmış texniki problem tamamilə aradan qaldırılıb.
BAKI, 19 yanvar - Sputnik. Texniki problemlər səbəbindən fəaliyyətini dayandırmış "Şahdəniz Alfa" yatağında hasilat yanvarın 18-i axşam saatlarında bərpa edilib.
Bu barədə "Şahdəniz" yatağının operatoru olan BP məlumat yayıb.
Məlumata görə, kondensat ixracı üçün platformanı Səngəçal terminalı ilə birləşdirən sualtı boru kəmərində yaranmış texniki problem tamamilə aradan qaldırılıb.
BP-nin Şahdəniz yatağı üzrə regional hasilat meneceri Ceyms Dunbar "AnewZ"ə açıqlamasında deyib:
“Şahdəniz Alfa” platformasından hasilat və ixrac əməliyyatları hazırda tədricən gücləndirilir və tam gücə çatmaq üçün daha bir neçə gün lazımdır. Biz SOCAR və digər tərəfdaşlarla yaxından işləməyə davam edir, planlarımızı və fəaliyyətimizi onlarla əlaqələndiririk”.
Qeyd edək ki, hasilatın dayanması Bolqarıstan və Serbiyaya qaz tədarükünə təsir etmişdi.
"Şahdəniz" yatağında nə baş verir?
"Şahdəniz" qaz-kondensat yatağında "Bravo" platforması tam gücü ilə işləyir.
Bu barədə “BP-Azerbaijan” mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib.
Onun sözlərinə görə, platformada heç bir problem yoxdur.
""Alfa" platforması ilə Səngəçal terminalı arasındakı sualtı kondensat boru kəmərində texniki problemlə üzləşmişik. Bu səbəbdən də platformanı dayandırmalı olmuşuq. Platforma, oradakı insanlar və digər əlaqədar qurğular tam təhlükəsizdir" - Tamam Bayatlı "APA-Economics"ə deyib.
O, bildirib ki, hazırda problemin mümkün qədər tez aradan qaldırılması üçün bütün lazımi işlər aparılır.
Qeyd edək ki, bir neçə gün əvvəv “Şahdəniz” yatağının texniki operatoru olan “bP-Azerbaijan” şirkəti kondensatın nəqli üçün nəzərdə tutulmuş sualtı boru kəmərindəki texniki nasazlıq səbəbindən "Alpha" platformasının işini dayandırıb.
"Platformanın özündə heç bir problem yoxdur. Texniki problem "Alpha" platformasını Səngəçal terminalı ilə birləşdirən kondensatın nəqli üçün sualtı boru kəmərində yaranıb. Bu səbəbdən biz bu platformanın işini dayandırmışıq" - T.Bayatlı qeyd edib.
Serbiya prezidenti Aleksandr Vuçiç Azərbaycandan qaz axınının gündəlik 1,7 milyon kubmetr qaz tədarükünə təsir edən fors-major vəziyyətə görə dayandırıldığını bildirib