DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Amerikalıların çoxu ABŞ iqtisadiyyatının Bayden dövründə pisləşdiyini düşünür – sorğu

© AP Photo / Jacquelyn MartinБелый дом
Белый дом - Sputnik Azərbaycan, 1920, 19.01.2025
Abunə olmaq
Respondentlərin 89%-i inflyasiyadan narahat olduqlarını bildiriblər.
BAKI, 19 yanvar - Sputnik. Amerikalıların yarıdan çoxu ABŞ-da iqtisadi vəziyyətin Prezident Co Baydenin administrasiyası dövründə pisləşdiyinə inanır.
“Fox News” kanalının keçirdiyi sorğuya əsasən, bu qənaətə gəlmək olar.
Bundan əvvəl ABŞ-ın nüfuzlu “Foreign Policy” nəşri qeyd edib ki, Bayden administrasiyasının uğurları heç də həmişə onun qarşısına qoyduğu yüksək standartlara uyğun gəlmir. Vurğulanıb ki, orta təbəqə demokratiya və ya ABŞ-ın qlobal liderliyindən daha çox inflyasiyadan narahatdır.
Sorğuya əsasən, sorğuda iştirak edən amerikalıların 52%-i Baydenin prezidentliyi dövründə ABŞ iqtisadiyyatının pisləşdiyini, yalnız 28%-i isə yaxşılaşdığını bildirib. Bundan əlavə, respondentlərin 89%-i inflyasiyadan narahat olduqlarını bildiriblər. Həmçinin qeyd edilib ki, amerikalıların yalnız 13%-i Bayden dövründə maliyyə vəziyyətlərinin yaxşılaşdığını, 42%-nin isə əks fikrini ifadə edib. Sorğunun nəticələrinə görə, respondentlərin 70%-i ABŞ iqtisadiyyatının pis vəziyyətdə olduğuna inanır.
Sorğu yanvarın 10-dan 13-dək aparılıb və 900-dən çox amerikalı böyükləri əhatə edib. Sorğunun səhv marjası, təxminən üç faiz bəndidir.
Bundan əvvəl Amerikanın “Gallup” sosioloji xidmətinin sorğusunun nəticələri göstərib ki, amerikalıların əksəriyyəti (67%) hesab edir ki, Co Baydenin dörd illik prezidentliyi dövründə ABŞ əsas iqtisadi, milli və beynəlxalq məsələlərdə mövqelərini itirib. Tədqiqata görə, vətəndaşlar federal borcun dəyişməsi (67% vəziyyətin pisləşdiyinə inanır), immiqrasiya (64%), varlı və kasıb arasındakı uçurum (60%), iqtisadiyyat (59%), ölkənin beynəlxalq statusu (58%) və cinayət nisbəti (51%) ilə bağlı ən mənfi fikirlərə sahibdirlər.
Xəbər lenti
0