https://sputnik.az/20250119/abs-maliyye-nazirliyi-defoltun-qarsisini-almaq-ucun-tecili-tedbirler-elan-edib-470089341.html
ABŞ Maliyyə Nazirliyi defoltun qarşısını almaq üçün təcili tədbirlər elan edib
ABŞ Maliyyə Nazirliyi defoltun qarşısını almaq üçün təcili tədbirlər elan edib
Sputnik Azərbaycan
Canet Yellen bu tədbirlərin martın 14-dək qüvvədə olacağını bildirib və qanunvericiləri mənfi nəticələrin qarşısını almaq üçün operativ hərəkətə çağırıb. 19.01.2025, Sputnik Azərbaycan
2025-01-19T22:03+0400
2025-01-19T22:03+0400
2025-01-19T22:03+0400
dünya xəbərləri
abş
abş maliyyə nazirliyi
cannet yellen
qazprom
rusiya
sanksiyalar
rusiya əleyhinə sanksiyalar
https://cdnn1.img.sputnik.az/img/42203/13/422031315_0:0:3072:1728_1920x0_80_0_0_6ca9781e1c69e69f42268f5b7c9e0cbb.jpg.webp
BAKI, 19 yanvar - Sputnik. ABŞ Maliyyə Nazirliyi yanvarın 21-də dövlət borcunun maksimum səviyyəsinə çatması ilə bağlı defoltun qarşısının alınması məqsədilə fövqəladə tədbirlər həyata keçirməyə başlayacaq.Bu barədə ABŞ Maliyyə Nazirliyinin rəhbəri Canet Yellen Konqres rəhbərliyinə məktubunda bildirib.Sənəddə o, bu tədbirlərin martın 14-dək qüvvədə olacağını bildirib və qanunvericiləri mənfi nəticələrin qarşısını almaq üçün operativ hərəkət etməyə çağırıb.Yellen qeyd edib ki, fövqəladə tədbirlərin qüvvədə olduğu dövrdə "əhəmiyyətli qeyri-müəyyənlik", o cümlədən aylar əvvəldən hökumət ödənişləri və daxilolmaları proqnozlaşdırmaqda çətinliklər olacaq. O, mümkün defoltla bağlı riskləri minimuma endirmək üçün Konqresin mövcud vəziyyətə tez reaksiya verməsinin vacibliyini vurğulayıb.Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi anti-Rusiya sanksiyalar siyahısının genişləndirildiyini açıqlamışdı. Məhdudiyyətlər, xüsusən, “Qazpromneft” və “Surqutnefteqaz” şirkətlərinə, eləcə də onların törəmə şirkətlərinə şamil edilir.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_bf5e79488e7463bd92132c9d0bad7752.png.webp
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_bf5e79488e7463bd92132c9d0bad7752.png.webp
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42203/13/422031315_219:0:2950:2048_1920x0_80_0_0_bba90ff0480ceae106944aba6ad2066e.jpg.webpSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_bf5e79488e7463bd92132c9d0bad7752.png.webp
abş, abş maliyyə nazirliyi, cannet yellen, qazprom, rusiya, sanksiyalar, rusiya əleyhinə sanksiyalar
abş, abş maliyyə nazirliyi, cannet yellen, qazprom, rusiya, sanksiyalar, rusiya əleyhinə sanksiyalar
ABŞ Maliyyə Nazirliyi defoltun qarşısını almaq üçün təcili tədbirlər elan edib
Canet Yellen bu tədbirlərin martın 14-dək qüvvədə olacağını bildirib və qanunvericiləri mənfi nəticələrin qarşısını almaq üçün operativ hərəkətə çağırıb.
BAKI, 19 yanvar - Sputnik. ABŞ Maliyyə Nazirliyi yanvarın 21-də dövlət borcunun maksimum səviyyəsinə çatması ilə bağlı defoltun qarşısının alınması məqsədilə fövqəladə tədbirlər həyata keçirməyə başlayacaq.
Bu barədə ABŞ Maliyyə Nazirliyinin rəhbəri Canet Yellen Konqres rəhbərliyinə məktubunda bildirib.
Sənəddə o, bu tədbirlərin martın 14-dək qüvvədə olacağını bildirib və qanunvericiləri mənfi nəticələrin qarşısını almaq üçün operativ hərəkət etməyə çağırıb.
Yellen qeyd edib ki, fövqəladə tədbirlərin qüvvədə olduğu dövrdə "əhəmiyyətli qeyri-müəyyənlik", o cümlədən aylar əvvəldən hökumət ödənişləri və daxilolmaları proqnozlaşdırmaqda çətinliklər olacaq. O, mümkün defoltla bağlı riskləri minimuma endirmək üçün Konqresin mövcud vəziyyətə tez reaksiya verməsinin vacibliyini vurğulayıb.
Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi anti-Rusiya sanksiyalar siyahısının genişləndirildiyini açıqlamışdı. Məhdudiyyətlər, xüsusən, “Qazpromneft” və “Surqutnefteqaz” şirkətlərinə, eləcə də onların törəmə şirkətlərinə şamil edilir.