https://sputnik.az/20250118/tramp-andicmenin-ertesi-gunu-miqrantlarin-deportasiyasina-baslayacaq-470077199.html
Tramp andiçmənin ertəsi günü miqrantların deportasiyasına başlayacaq
Tramp andiçmənin ertəsi günü miqrantların deportasiyasına başlayacaq
Sputnik Azərbaycan
“Miqrantlara qarşı ilk genişmiqyaslı reyd” çərşənbə axşamı səhər İllinoys ştatının Çikaqo şəhərində başlayacaq və həftəsonunadək davam edəcək. 18.01.2025, Sputnik Azərbaycan
2025-01-18T14:38+0400
2025-01-18T14:38+0400
2025-01-18T14:38+0400
dünya xəbərləri̇
tramp
donald tramp
nyu-york
los-anceles
federal gömrük xidməti
kaliforniya
https://cdnn1.img.sputnik.az/img/07e9/01/0e/469994329_0:160:3072:1888_1920x0_80_0_0_23d1a6026f6414a89e2437d601a197d2.jpg.webp
BAKI, 18 yanvar - Sputnik. ABŞ-nin seçilmiş prezidenti Donald Trampın administrasiyası qanunsuz miqrantların kütləvi deportasiyası ilə bağlı seçki vədlərinin həyata keçirilməsinə yanvarın 21-də, yəni vəzifəyə başladıqdan bir gün sonra başlayacaq.Bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti mənbələrə istinadən bildirib.Mənbələrin məlumatına görə, “miqrantlara qarşı ilk genişmiqyaslı reyd” çərşənbə axşamı səhər İllinoys ştatının Çikaqo şəhərində başlayacaq və həftəsonunadək davam edəcək.Əməliyyata ABŞ İmmiqrasiya və Gömrük Xidmətinin təxminən 200 əməkdaşı qatılacaq. Qəzetin yazdığına görə, onların əsas hədəfi cinayət keçmişi olan qanunsuz miqrantlar olacaq. Çikaqodan sonra miqrantlara qarşı reydlər Nyu-York, Los-Anceles (Kaliforniya ştatı), Denver (Kolorado ştatı) və Mayami (Florida ştatı) şəhərlərində keçiriləcək (Report).Daha əvvəl CNN telekanalı xəbər vermişdi ki, Trampın komandası yanvarın 20-də keçiriləcək inauqurasiyadan bir neçə saat sonra açıqlanacaq “sərt immiqrasiya” qanunvericilik tədbirləri paketi üzərində işi başa çatdırır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e9/01/0e/469994329_171:0:2902:2048_1920x0_80_0_0_4696d384013377f6049c2ecd5b7fdf8a.jpg.webpSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tramp, donald tramp, nyu-york, los-anceles, federal gömrük xidməti, kaliforniya
tramp, donald tramp, nyu-york, los-anceles, federal gömrük xidməti, kaliforniya
Tramp andiçmənin ertəsi günü miqrantların deportasiyasına başlayacaq
“Miqrantlara qarşı ilk genişmiqyaslı reyd” çərşənbə axşamı səhər İllinoys ştatının Çikaqo şəhərində başlayacaq və həftəsonunadək davam edəcək.
BAKI, 18 yanvar - Sputnik. ABŞ-nin seçilmiş prezidenti Donald Trampın administrasiyası qanunsuz miqrantların kütləvi deportasiyası ilə bağlı seçki vədlərinin həyata keçirilməsinə yanvarın 21-də, yəni vəzifəyə başladıqdan bir gün sonra başlayacaq.
Bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti mənbələrə istinadən bildirib.
Mənbələrin məlumatına görə, “miqrantlara qarşı ilk genişmiqyaslı reyd” çərşənbə axşamı səhər İllinoys ştatının Çikaqo şəhərində başlayacaq və həftəsonunadək davam edəcək.
Əməliyyata ABŞ İmmiqrasiya və Gömrük Xidmətinin təxminən 200 əməkdaşı qatılacaq. Qəzetin yazdığına görə, onların əsas hədəfi cinayət keçmişi olan qanunsuz miqrantlar olacaq. Çikaqodan sonra miqrantlara qarşı reydlər Nyu-York, Los-Anceles (Kaliforniya ştatı), Denver (Kolorado ştatı) və Mayami (Florida ştatı) şəhərlərində keçiriləcək (Report).
Daha əvvəl CNN telekanalı xəbər vermişdi ki, Trampın komandası yanvarın 20-də keçiriləcək inauqurasiyadan bir neçə saat sonra açıqlanacaq “sərt immiqrasiya” qanunvericilik tədbirləri paketi üzərində işi başa çatdırır.