https://sputnik.az/20250116/mehkeme-agadadas-agayevle-bagli-qerar-qebul-etdi-470024775.html
Məhkəmə Ağadadaş Ağayevlə bağlı qərar qəbul etdi
Məhkəmə Ağadadaş Ağayevlə bağlı qərar qəbul etdi
Sputnik Azərbaycan
Daha sonra məhkəmə iddiadan imtina edildiyi üçün icraata xitam verilməsi barədə qərar qəbul edib. 16.01.2025, Sputnik Azərbaycan
2025-01-16T12:56+0400
2025-01-16T12:56+0400
2025-01-16T14:02+0400
cəmiyyət
cinayət
cinayət işi
cinayət işi
cinayət işi
müğənni
klinika
özəl klinika
məhkəmə
məhkəmə
https://cdnn1.img.sputnik.az/img/07e5/06/09/427160295_0:169:1200:844_1920x0_80_0_0_2178d5835cfc7176143c9232d1aa7635.jpg
BAKI, 16 yanvar — Sputnik. Xalq artisti Ağadadaş Ağayevin "Medera Hospital"a qarşı mülki iddiası əsasında məhkəmə prosesi yekunlaşıb. Sputnik Azərbaycan xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Etibar Mustafayevin sədrliyi ilə keçirilən prosesdə tərəflərin barışıq əldə etdiyinə dair məlumat təqdim olunub. Bildirilib ki, notariusda barışıq əldə olunub və tərəflər bir-birinə qarşı olan mülki iddiadan imtina ediblər. Daha sonra məhkəmə iddiadan imtina edildiyi üçün icraata xitam verilməsi barədə qərar qəbul edib. Qeyd edək ki, ötən ilin iyul ayında xalq artisti Ağadadaş Ağayevlə "Medera Hospital"ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N. Paşayevaya dəyərək xəsarət yetirib. Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb. Ağadadaş Ağayev "Medera Hospital"ı mülki hüquq pozuntularından yaranan öhdəliklər üzrə mübahisələr - mənəvi zərərin ödənilməsi üçün məhkəməyə verib. Öz növbəsində, "Medera Hospital"ın rəhbəri Qaraxan Əliyev də Ağadadaş Ağayevə qarşı iddia qaldırıb. Müğənni mənəvi ziyana görə klinikadan 450 min manata yaxın, hospital isə Ağadadaş Ağayevdən 500 min manat pul tələb edir. Qeyd olunan insident üzrə başlanmış cinayət işinə də Binəqədi rayon məhkəməsində baxılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/09/427160295_0:56:1200:956_1920x0_80_0_0_e5268c270463edcec4362364d854641f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
cinayət, cinayət işi, cinayət işi, cinayət işi, müğənni, klinika, özəl klinika, məhkəmə, məhkəmə
cinayət, cinayət işi, cinayət işi, cinayət işi, müğənni, klinika, özəl klinika, məhkəmə, məhkəmə
Məhkəmə Ağadadaş Ağayevlə bağlı qərar qəbul etdi
12:56 16.01.2025 (Yenilənib: 14:02 16.01.2025) Daha sonra məhkəmə iddiadan imtina edildiyi üçün icraata xitam verilməsi barədə qərar qəbul edib.
BAKI, 16 yanvar — Sputnik. Xalq artisti Ağadadaş Ağayevin "Medera Hospital"a qarşı mülki iddiası əsasında məhkəmə prosesi yekunlaşıb. Sputnik Azərbaycan xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Etibar Mustafayevin sədrliyi ilə keçirilən prosesdə tərəflərin barışıq əldə etdiyinə dair məlumat təqdim olunub.
Bildirilib ki, notariusda barışıq əldə olunub və tərəflər bir-birinə qarşı olan mülki iddiadan imtina ediblər.
Daha sonra məhkəmə iddiadan imtina edildiyi üçün icraata xitam verilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, ötən ilin iyul ayında xalq artisti Ağadadaş Ağayevlə "Medera Hospital"ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N. Paşayevaya dəyərək xəsarət yetirib.
Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb. Ağadadaş Ağayev "Medera Hospital"ı mülki hüquq pozuntularından yaranan öhdəliklər üzrə mübahisələr - mənəvi zərərin ödənilməsi üçün məhkəməyə verib.
Öz növbəsində, "Medera Hospital"ın rəhbəri Qaraxan Əliyev də Ağadadaş Ağayevə qarşı iddia qaldırıb. Müğənni mənəvi ziyana görə klinikadan 450 min manata yaxın, hospital isə Ağadadaş Ağayevdən 500 min manat pul tələb edir.
Qeyd olunan insident üzrə başlanmış cinayət işinə də Binəqədi rayon məhkəməsində baxılır.