https://sputnik.az/20250115/xirdalani-buruyen-qati-tustunun-sebebi-nedir-video-469999541.html
Xırdalanı bürüyən qatı tüstünün səbəbi nədir? Video
Xırdalanı bürüyən qatı tüstünün səbəbi nədir? Video
Sputnik Azərbaycan
Atmosfer havasına tüstünün yayılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb. 15.01.2025, Sputnik Azərbaycan
2025-01-15T11:17+0400
2025-01-15T11:17+0400
2025-01-15T11:17+0400
ekoloji fəlakət
cəmiyyət
xırdalan
embawood
dövlət ekoloji təhlükəsizlik xidməti
tüstü
sakinlər
plastik
https://cdnn1.img.sputnik.az/img/07e9/01/0f/469999204_0:185:720:590_1920x0_80_0_0_c4590551133511933f65a462b0e1aaac.jpg
BAKI, 15 yanvar — Sputnik. Xırdalanda Heydər Əliyev prospekti 240 ünvanında havaya tüstü buraxanların kimliyi məlum olub. Sputnik Azərbaycan-ın sorğusuna Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib ki, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində fəaliyyət göstərən "Embawood" MMC-nin istehsalat sahəsindən atmosfer havasına tüstünün yayılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb. Sakinlər Sputnik Azərbaycan-ın redaksiyasına müraciət edərək bir müddətdir ki, Xırdalan şəhər Heydər Əliyev prospekti 240 ünvanında bir müəssisədən havaya qatı tüstü buraxıldığından şikayətləniblər. Sakinlərin bildirdiyinə görə, gecə saatlarında həmin müəssisə havaya qatı tüstü buraxır. Nəticədə ətrafı yanmış plastik qoxusu bürüyür. Sakinlər həmin müəssisənin istehsalla məşğul olduğunu, ətrafda yaşayış binalarının olmasına məhəl qoymadan havaya tüstü buraxdığını bildiriblər. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Asif Məcidov Sputnik Azərbaycan-a bildirib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən aparılan araşdırma və ölçmə işləri zamanı sözügedən müəssisənin istehsalat sahəsindən atmosfer havasına atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib. "Faktla bağlı akt tərtib olunub. Müəssisənin hüquqi şəxs qismində cərimələnməsi üçün qanunamüvafiq tədbirlər görülür" - o, bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e9/01/0f/469999204_0:117:720:657_1920x0_80_0_0_25c890439f1c790f8c9353dca6c40a25.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
ekoloji fəlakət, xırdalan, embawood, dövlət ekoloji təhlükəsizlik xidməti, tüstü, sakinlər, plastik
ekoloji fəlakət, xırdalan, embawood, dövlət ekoloji təhlükəsizlik xidməti, tüstü, sakinlər, plastik
Xırdalanı bürüyən qatı tüstünün səbəbi nədir? Video
Atmosfer havasına tüstünün yayılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.
BAKI, 15 yanvar — Sputnik. Xırdalanda Heydər Əliyev prospekti 240 ünvanında havaya tüstü buraxanların kimliyi məlum olub. Sputnik Azərbaycan-ın sorğusuna Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib ki, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində fəaliyyət göstərən "Embawood" MMC-nin istehsalat sahəsindən atmosfer havasına tüstünün yayılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.
Sakinlər Sputnik Azərbaycan-ın redaksiyasına müraciət edərək bir müddətdir ki, Xırdalan şəhər Heydər Əliyev prospekti 240 ünvanında bir müəssisədən havaya qatı tüstü buraxıldığından şikayətləniblər. Sakinlərin bildirdiyinə görə, gecə saatlarında həmin müəssisə havaya qatı tüstü buraxır. Nəticədə ətrafı yanmış plastik qoxusu bürüyür. Sakinlər həmin müəssisənin istehsalla məşğul olduğunu, ətrafda yaşayış binalarının olmasına məhəl qoymadan havaya tüstü buraxdığını bildiriblər.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Asif Məcidov Sputnik Azərbaycan-a bildirib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən aparılan araşdırma və ölçmə işləri zamanı sözügedən müəssisənin istehsalat sahəsindən atmosfer havasına atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.
"Faktla bağlı akt tərtib olunub. Müəssisənin hüquqi şəxs qismində cərimələnməsi üçün qanunamüvafiq tədbirlər görülür" - o, bildirib.