DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

"TikTok" ABŞ-da tətbiqi bağlamağa hazırlaşır

© AP Photo / Kiichiro SatoTikTok
TikTok - Sputnik Azərbaycan, 1920, 15.01.2025
Abunə olmaq
Bu tətbiqin fəaliyyəti yanvarın 19-dan etibarən dayandırıla bilər.
BAKI, 15 yanvar — Sputnik. "TikTok" sosial şəbəkəsi yanvarın 19 ABŞ-da tətbiqi bağlamağa hazırlaşır. Məhz qeyd edilən gün müvafiq qadağa qüvvəyə minməlidir.
Bu barədə "Information" portalı məlumat yayıb.
"TikTok", qüvvəyə minməsi gözlənilən qadağaya uyğun olaraq, bazar günü tətbiqi bağlamağa hazırlaşır", portalda qeyd edilib.
Eyni zamanda, "TikTok"un ana şirkəti "ByteDance"də "qızıl səhmə" sahib olan Çin hökuməti hələ də ABŞ bazarında qalmağın yollarını axtarır. Belə ki, Çin hakimiyyəti ABŞ-da fəaliyyəti davam etdirməyin başqa yolları olmadığı təqdirdə "TikTok"u milyarder İlon Maska satmaq variantını nəzərdən keçirir.
Bundan əlavə Rusiya Dövlət Dumasının deputatı Anton Qorelkin bildirib ki, Çinin "TikTok" sosial şəbəkəsi tezliklə Rusiyaya qayıda və ölkədə tam hüquqlu işə başlaya bilər, əgər təbii ki, ölkə qaydalara düzgün əməl etsə.
Bu arada məşhur bloger MrBeast (Cimmi Donaldson) "TikTok"u almaq istədiyini açıqlayıb
O, "TikTok" platformasını ABŞ-də bloklanmadan xilas etmək üçün bu addımı atıb.
Cimmi bu barədə "X" sosial şəbəkə hesabında qeyd edib.
"Yaxşı, yaxşı, mən TikTok alacağam ki, bloklanmasın" - bloger yazıb.
Donaldson sonradan bildirib ki, bu paylaşımdan sonra bəzi milyarderlər ona müraciət edib.
"Baxın görək, bütün bunları həll edə biləcəyikmi" - o, əlavə edib.
ABŞ prezidenti Co Bayden "TikTok"un ölkədə qadağan edilməsini nəzərdə tutan qanun layihəsini imzalayıb. Layihəyə əsasən platformanın sahibi olan Çin şirkəti "ByteDance" növbəti 270 gün ərzində ölkə ərazisində biznesini satmasa, "TikTok" bloklanacaq.
ABŞ-nin yeni seçilən prezidenti Donald Tramp isə Ali Məhkəməni qadağanın tətbiqini təxirə salmağa çağırıb ki, vəzifəyə gəldikdən sonra bu məsələni həll edə bilsin.
Xəbər lenti
0