https://sputnik.az/20250115/olkede-keskin-respirator-virus-infeksiyalari-tugyan-edir-peyvend-olunanlarin-sayi-artib-469996797.html
Ölkədə kəskin respirator virus infeksiyaları tüğyan edir: Peyvənd olunanların sayı artıb
Ölkədə kəskin respirator virus infeksiyaları tüğyan edir: Peyvənd olunanların sayı artıb
Sputnik Azərbaycan
Qrip əleyhinə inaktivləşdirilmiş vaksinlər mövsümi olaraq, xüsusilə qrip ağırlaşmalarının meydana çıxma riski yüksək olduğu hallarda uşaqların və böyüklərin... 15.01.2025, Sputnik Azərbaycan
2025-01-15T10:33+0400
2025-01-15T10:33+0400
2025-01-15T10:33+0400
qrip
səhiyyə
təbib
ümumdünya səhiyyə təşkilatı
avropa şurası
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/17/437510281_0:0:3000:1688_1920x0_80_0_0_e1fe2ab815ca03eb9bde7267bf840acf.jpg
BAKI, 15 yanvar — Sputnik. Payız-qış mövsümündə ölkə ərazisində kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən profilaktik və əksepidemik tədbirlər davam etdirilir. Bu barədə Sputnik Azərbaycan-a TƏBİB-dən bildirilib. Qeyd edilib ki, vaksinasiya prosesinə "soyuq zəncir" sisteminin tələbləri nəzərə alınmaqla 2024-cü ilin sentyabr ayından başlanılıb: Qeyd edilib ki, qrip əleyhinə inaktivləşdirilmiş vaksinlər mövsümi olaraq, xüsusilə qrip ağırlaşmalarının meydana çıxma riski yüksək olduğu hallarda uşaqların və böyüklərin qripdən qorunmasına kömək edir: "Vaksinasiya prosesində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən ölkəyə gətirilən "Abbott" şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatlarından istifadə olunur. Bu peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatının və Avropa Şurasının tövsiyələrinə uyğunluq təşkil edir. Qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə rayon mərkəzi xəstəxanalarına, Bakı şəhəri üzrə isə ambulator-poliklinik xidmət göstərən ilkin səhiyyə müəssisələrinə müraciət edə bilərlər".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/17/437510281_261:0:2928:2000_1920x0_80_0_0_0da866ed906ee9e051f86c3cef9465c0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qrip, təbib, ümumdünya səhiyyə təşkilatı, avropa şurası
qrip, təbib, ümumdünya səhiyyə təşkilatı, avropa şurası
Ölkədə kəskin respirator virus infeksiyaları tüğyan edir: Peyvənd olunanların sayı artıb
Qrip əleyhinə inaktivləşdirilmiş vaksinlər mövsümi olaraq, xüsusilə qrip ağırlaşmalarının meydana çıxma riski yüksək olduğu hallarda uşaqların və böyüklərin qripdən qorunmasına kömək edir.
BAKI, 15 yanvar — Sputnik. Payız-qış mövsümündə ölkə ərazisində kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən profilaktik və əksepidemik tədbirlər davam etdirilir.
Bu barədə Sputnik Azərbaycan-a TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, vaksinasiya prosesinə "soyuq zəncir" sisteminin tələbləri nəzərə alınmaqla 2024-cü ilin sentyabr ayından başlanılıb:
"2025-ci ilin yanvar ayının 1-dək TƏBİB-in tabeliyində olan tibb müəssisələrində ümumilikdə 34 148 nəfər qrip əleyhinə peyvənd olunub. Onlardan 4 431 nəfər 0-17 yaş aralığı, 29 717 nəfər isə 18 və daha yuxarı yaş qrupları üzrə şəxslərdir".
Qeyd edilib ki, qrip əleyhinə inaktivləşdirilmiş vaksinlər mövsümi olaraq, xüsusilə qrip ağırlaşmalarının meydana çıxma riski yüksək olduğu hallarda uşaqların və böyüklərin qripdən qorunmasına kömək edir: "Vaksinasiya prosesində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən ölkəyə gətirilən "Abbott" şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatlarından istifadə olunur. Bu peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatının və Avropa Şurasının tövsiyələrinə uyğunluq təşkil edir.
Qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə rayon mərkəzi xəstəxanalarına, Bakı şəhəri üzrə isə ambulator-poliklinik xidmət göstərən ilkin səhiyyə müəssisələrinə müraciət edə bilərlər".