https://sputnik.az/20250115/nato-nun-bas-katibi-alyans-olkelerini-muharibeye-hazirlasmaga-cagirib-470005999.html
NATO-nun baş katibi alyans ölkələrini müharibəyə hazırlaşmağa çağırıb
NATO-nun baş katibi alyans ölkələrini müharibəyə hazırlaşmağa çağırıb
Sputnik Azərbaycan
Rutte bəyan edib ki, əgər ölkələrin hökumətləri hərbi ehtiyaclar üçün hazırkı ÜDM-in 2%-dən əhəmiyyətli dərəcədə çox pul ayırmasalar, Aİ ölkələrinin sakinləri... 15.01.2025, Sputnik Azərbaycan
2025-01-15T18:43+0400
2025-01-15T18:43+0400
2025-01-15T18:43+0400
nato
dünya xəbərləri
mark rutte
üdm
ai
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/0d/469396033_0:161:3071:1888_1920x0_80_0_0_ea78680f2305f86189421cb672b555ea.jpg
BAKI, 15 yanvar — Sputnik. Münaqişədən qaçmağın ən yaxşı yolu ona hazırlaşmaqdır. Bunu NATO-nun baş katibi Mark Rutte çərşənbə günü Brüsseldə baş tutan NATO Hərbi Komitəsinin Baş Qərargah rəisləri səviyyəsində keçirilən iclasında bildirib. O, NATO-ya üzv dövlətləri müharibə dövrünün şərtlərinə uyğun olaraq düşüncələrini yenidən nəzərdən keçirməyə və müdafiə xərclərini artırmağa çağırıb. "Müharibənin qarşısını almaq üçün biz ona hazır olmalıyıq. Hazırda müharibə dövrünün tələblərinə cavab vermək üçün düşüncəmizi dəyişməyin vaxtıdır. Bu, o deməkdir ki, biz müdafiə xərclərini və silah istehsalını artırmaqla müdafiəmizi gücləndirməliyik" - Rutte fikrini ifadə edib. Bundan əvvəl Rutte bəyan etmişdi ki, əgər ölkələrin hökumətləri hərbi ehtiyaclar üçün hazırkı ÜDM-in 2%-dən əhəmiyyətli dərəcədə çox pul ayırmasalar, Aİ ölkələrinin sakinləri bir neçə ildən sonra rus dilini öyrənməli olacaqlar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/0d/469396033_170:0:2901:2048_1920x0_80_0_0_01578ef25fc3c92e5ae6455e31d45aad.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
nato, mark rutte, üdm, ai
nato, mark rutte, üdm, ai
NATO-nun baş katibi alyans ölkələrini müharibəyə hazırlaşmağa çağırıb
Rutte bəyan edib ki, əgər ölkələrin hökumətləri hərbi ehtiyaclar üçün hazırkı ÜDM-in 2%-dən əhəmiyyətli dərəcədə çox pul ayırmasalar, Aİ ölkələrinin sakinləri bir neçə ildən sonra rus dilini öyrənməli olacaqlar.
BAKI, 15 yanvar — Sputnik. Münaqişədən qaçmağın ən yaxşı yolu ona hazırlaşmaqdır.
Bunu NATO-nun baş katibi Mark Rutte çərşənbə günü Brüsseldə baş tutan NATO Hərbi Komitəsinin Baş Qərargah rəisləri səviyyəsində keçirilən iclasında bildirib.
O, NATO-ya üzv dövlətləri müharibə dövrünün şərtlərinə uyğun olaraq düşüncələrini yenidən nəzərdən keçirməyə və müdafiə xərclərini artırmağa çağırıb.
"Müharibənin qarşısını almaq üçün biz ona hazır olmalıyıq. Hazırda müharibə dövrünün tələblərinə cavab vermək üçün düşüncəmizi dəyişməyin vaxtıdır. Bu, o deməkdir ki, biz müdafiə xərclərini və silah istehsalını artırmaqla müdafiəmizi gücləndirməliyik" - Rutte fikrini ifadə edib.
Bundan əvvəl Rutte bəyan etmişdi ki, əgər ölkələrin hökumətləri hərbi ehtiyaclar üçün hazırkı ÜDM-in 2%-dən əhəmiyyətli dərəcədə çox pul ayırmasalar, Aİ ölkələrinin sakinləri bir neçə ildən sonra rus dilini öyrənməli olacaqlar.