DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

NATO Baltik dənizində Rusiyaya qarşı əməliyyata hazırlaşır

© Getty Images / picture allianceWarships
Warships  - Sputnik Azərbaycan, 1920, 15.01.2025
Abunə olmaq
Alyansın təhlükəsizliyin təmin edilməsi bəhanəsi ilə Baltik dənizində hərbi infrastrukturu artırmaq istəyi anti-Rusiya xarakteri daşıyır.
BAKI, 15 yanvar — Sputnik. NATO-nun Baltik dənizində həyata keçirdiyi "Şimal mühafizəsi" əməliyyatı əslində Rusiyaya qarşı yönəlib.
Bu barədə Almaniyanın "Junge Welt" nəşri yazıb.
Nəşrin müəlliflərinin fikrincə, alyansın təhlükəsizliyin təmin edilməsi bəhanəsi ilə Baltik dənizində hərbi infrastrukturu artırmaq istəyi anti-Rusiya xarakteri daşıyır.
"Çox güman ki, bu, NATO-nun Baltik dənizi regionunda xüsusi olaraq Rusiyaya qarşı yönəlmiş ikinci suborqanizasiyasını yaradır" - materialda deyilib və vurğulanıb ki, 2018-ci ildən fəaliyyət göstərən "Birləşmiş ekspedisiya korpusu" Baltik dənizində kritik infrastrukturun monitorinqini gücləndirəcək.
"Onlar "Şimal Mühafizəsi" əməliyyatına başlayıblar, gəmiləri izləmək və riskləri qiymətləndirmək üçün süni intellektdən istifadə edirlər" – nəşr qeyd edib.
Polşanın baş naziri Donald Tusk daha əvvəl bildirmişdi ki, NATO Baltik dənizində hərbi mövcudluğunu köklü şəkildə artırmağı planlaşdırır. Onun sözlərinə görə, alyans ölkələri Baltik dənizinin neytral sularında gəmilərə nəzarət etmək hüququnu özlərinə götürməyə hazırlaşırlar.
Həmçinin bildirilib ki, NATO Baltik dənizindəki mühüm obyektləri qorumaq üçün 10-a qədər gəmi göndərməyi planlaşdırır.
Xəbər lenti
0