Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Kupçasız evlərə rahat qeydiyyat: Mobil tətbiq vətəndaşları cərimələrdən qoruyacaq - Video

© Sputnik / Ilham MustafayevQazaxda xüsusi rejimə nəzarət
Qazaxda xüsusi rejimə nəzarət - Sputnik Azərbaycan, 1920, 15.01.2025
Abunə olmaq
Qeydiyyata düşəcək sahə üzrə mənzilin sənədi yoxdursa, bu zaman "mövcud deyil" bölməsini seçərək evin yerləşdiyi ünvan məlumatlarını və xəritədə həmin ünvanın yerini qeyd etmək lazımdır.
BAKI, 15 yanvar — Sputnik. Vətəndaşların olduğu yer üzrə qeydiyyata düşməsi asanlaşıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
DİN-dən bildirilib ki, bunun üçün mobil tətbiq yaradılıb. Belə ki, vətəndaşlar "E-Polis" mobil tətbiqi vasitəsilə olduğu yer üzrə qeydiyyata alınmaq üçün onlayn şəkildə müraciət edə bilərlər. Bunun üçün vətəndaş "E-Polis" mobil tətbiqinə daxil olaraq "vətəndaşın olduğu yer üzrə qeydiyyat" bölümünü seçməlidir. Vətəndaşın qeydiyyata düşəcək yaşayış sahəsinin sənədi varsa, "mövcuddur" xanasına keçid edərək mənzil sahibinin şəxsiyyət vəsiqəsinin fin və vəsiqə nömrəsi yazılır. "Təsdiqlə" düyməsini sıxdıqdan sonra mənzil sahibi də proqram üzərindən sorğunu təsdiqləməlidir. Beləliklə vətndaş həmin mənzilə olduğu yer üzrə qeydiyyata alınır.
Əgər əmlak sahibinin bir neçə mənzili varsa, o, vətəndaşın qeydiyyata düşmək istədiyi əmlakı seçməlidir.
Yaxud qeydiyyata düşəcək sahə üzrə mənzilin sənədi yoxdursa, bu zaman "mövcud deyil"bölməsini seçərək evin yerləşdiyi ünvan məlumatlarını və xəritədə həmin ünvanın yerini qeyd etmək lazımdır. Doğruluğu təsdiqləndikdən sonra vətəndaşı həmin yer üzrə qeydiyyata alınır.
Qeyd edək ki, olduğu yer üzrə qeydiyyata ancaq daimi qeydiyyatı olan şəxslər düşə bilər. Tutaq ki, vətəndaş hansısa rayonda daimi qeydiyyatdadır. Amma faktiki olaraq Bakıda yaşayır. Əgər vətəndaş daimi qeydiyyatda olduğu ünvandan qeydiyyatdan çıxmayıbsa, bu zaman "E-Polis" mobil tətbiqində faktiki yaşadığı ünvana qeydiyyata düşə bilər. DİN-dən bildirilib ki, olduğu yer üzrə qeydiyyata ancaq daimi qeydiyyatı olan şəxslər düşə bilərlər.
Xatırladaq ki, Daxili İşlər Nazirliyi tərəfindən qeydiyyatda olduğu yer üzrə yaşamayan vətəndaşlar avtomatik olaraq cərimələnir.
"Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" qanunun tələbinə görə, yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində ərazi üzrə polis orqanına məlumat verməklə olduğu yer üzrə qeydiyyata düşməlidir. Vətəndaş cərimələndikdən sonra qeydiyyatsız yaşamağa davam edirsə, bu, təkrar məsuliyyət yaradır. Vətəndaşdan olduğu yer üzrə qeydiyyata düşməsi üçün müvəqqəti yaşadığı evin çıxarışı tələb olunmur.
Məlumat üçün bildirək ki, olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulması isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə inzibati məsuliyyətə səbəb olur. Vətəndaş sözügedən qaydalara əməl etmədiyi zaman ona xəbərdarlıq edilir və ya 30 manat məbləğində cərimə olunur.
Xəbər lenti
0