https://sputnik.az/20250115/kaliforniyada-yanginlari-kimler-toredib-uc-nefer-hebs-edilib-470006411.html
Kaliforniyada yanğınları kimlər törədib: üç nəfər həbs edilib
Kaliforniyada yanğınları kimlər törədib: üç nəfər həbs edilib
Sputnik Azərbaycan
Gələn həftə Kaliforniyada daha da böyük yanğınlar baş verə bilər. 15.01.2025, Sputnik Azərbaycan
2025-01-15T18:20+0400
2025-01-15T18:20+0400
2025-01-15T18:20+0400
abş
dünya xəbərləri
kaliforniya
meşə yanğınları
los-anceles
https://cdnn1.img.sputnik.az/img/07e8/06/0b/465297926_0:161:3071:1888_1920x0_80_0_0_434b9d031c4d898fb0f21bc1e6010632.jpg
BAKI, 15 yanvar — Sputnik. Kaliforniyada kütləvi yanğınlara səbəb olan meşələri yandırmaqda şübhəli bilinən üç nəfər Los-Ancelesdə həbs edilib. Bu barədə şəhər polis idarəsinin rəhbəri Cim Makdonnel bildirib. "Bazar günü, gecə Şimali Hollivuddakı zabitlərimiz manqal alışqanından istifadə etməklə yanğın törətməkdə şübhəli bilinən şəxslə bağlı çağırışa cavab veriblər", polis idarəsinin müdiri bildirib. Makdonnel əlavə edib ki, daha iki şübhəli yanvarın 13-də bazar ertəsi həbs edilib. Bu yaxınlarda Kaliforniyanın cənubunda daha iki yeni meşə yanğınının baş verdiyi məlum olub. Bundan əlavə, yanvarın 14-də ABŞ Milli Meteoroloji Xidmətinin İqlim Proqnozlaşdırma Mərkəzi xəbərdarlıq edib ki, gələn həftə Kaliforniyada daha da böyük yanğınlar baş verə bilər. Kaliforniyada genişmiqyaslı meşə yanğınları nəticəsində ölənlərin sayı artıq 25 nəfərə çatıb. Güclü küləklər Los-Ancelesdə yanğınlarla mübarizəni çətinləşdirir.Meteoroloqların proqnozlarına görə, bu gün küləyin sürəti 24 m/s-ə çata bilər ki, bu da yanğınların güclənməsinə və yeni yanğın ocaqlarının yaranmasına səbəb ola bilər.Cümə axşamı küləyin zəifləyəcəyi və sürətinin 13,4 m/s-dən çox olmayacağı gözlənilir.Xatırladaq ki, yanvarın 7-də Los-Ancelesin şimalında, Santa Monika dağlarına bitişik ərazidə yanğın başlayıb. Yanvarın 8-dən 9-na keçən gecə alov artıq 1000-dən çox binanı məhv edib. Yanğınların episentri Los-Ancelesin ətraflarında yerləşən Pasifik Paliseydsin elit bölgəsində olub. Qeyd edək ki, yanğın 11 min hektar ərazini əhatə edib və 16 nəfər həyatnı itirib. "AccuWeather" konsaltinq şirkətinin proqnozlarına görə, təbii fəlakətdən dəymiş ziyan və iqtisadi itkilər təxminən 52-57 milyard dollar təşkil edəcək. Yanvarın 11-də Azərbaycanın Xarici İşlər Nazirliyi Kaliforniyada baş verən meşə yanğınlarında həlak olanlarla bağlı ABŞ hökumətinə və xalqına başsağlığı verib.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/06/0b/465297926_170:0:2901:2048_1920x0_80_0_0_15ed5b8d61cd364b3a1133e4cd081c83.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abş, kaliforniya, meşə yanğınları, los-anceles
abş, kaliforniya, meşə yanğınları, los-anceles
Kaliforniyada yanğınları kimlər törədib: üç nəfər həbs edilib
Gələn həftə Kaliforniyada daha da böyük yanğınlar baş verə bilər.
BAKI, 15 yanvar — Sputnik. Kaliforniyada kütləvi yanğınlara səbəb olan meşələri yandırmaqda şübhəli bilinən üç nəfər Los-Ancelesdə həbs edilib.
Bu barədə şəhər polis idarəsinin rəhbəri Cim Makdonnel bildirib.
"Bazar günü, gecə Şimali Hollivuddakı zabitlərimiz manqal alışqanından istifadə etməklə yanğın törətməkdə şübhəli bilinən şəxslə bağlı çağırışa cavab veriblər", polis idarəsinin müdiri bildirib.
Makdonnel əlavə edib ki, daha iki şübhəli yanvarın 13-də bazar ertəsi həbs edilib.
Bu yaxınlarda Kaliforniyanın cənubunda daha iki yeni meşə yanğınının baş verdiyi məlum olub. Bundan əlavə, yanvarın 14-də ABŞ Milli Meteoroloji Xidmətinin İqlim Proqnozlaşdırma Mərkəzi xəbərdarlıq edib ki, gələn həftə Kaliforniyada daha da böyük yanğınlar baş verə bilər.
Kaliforniyada genişmiqyaslı meşə yanğınları nəticəsində ölənlərin sayı artıq 25 nəfərə çatıb. Güclü küləklər Los-Ancelesdə yanğınlarla mübarizəni çətinləşdirir.
Meteoroloqların proqnozlarına görə, bu gün küləyin sürəti 24 m/s-ə çata bilər ki, bu da yanğınların güclənməsinə və yeni yanğın ocaqlarının yaranmasına səbəb ola bilər.
Cümə axşamı küləyin zəifləyəcəyi və sürətinin 13,4 m/s-dən çox olmayacağı gözlənilir.
Xatırladaq ki, yanvarın 7-də Los-Ancelesin şimalında, Santa Monika dağlarına bitişik ərazidə yanğın başlayıb. Yanvarın 8-dən 9-na keçən gecə alov artıq 1000-dən çox binanı məhv edib.
Yanğınların episentri Los-Ancelesin ətraflarında yerləşən Pasifik Paliseydsin elit bölgəsində olub. Qeyd edək ki, yanğın 11 min hektar ərazini əhatə edib və 16 nəfər həyatnı itirib.
"AccuWeather" konsaltinq şirkətinin proqnozlarına görə, təbii fəlakətdən dəymiş ziyan və iqtisadi itkilər təxminən 52-57 milyard dollar təşkil edəcək.
Yanvarın 11-də Azərbaycanın Xarici İşlər Nazirliyi Kaliforniyada baş verən meşə yanğınlarında həlak olanlarla bağlı ABŞ hökumətinə və xalqına başsağlığı verib.