https://sputnik.az/20250115/cop29-konullulerine-pul-mukafati-ayrilib-470005867.html
COP29 könüllülərinə pul mükafatı ayrılıb
COP29 könüllülərinə pul mükafatı ayrılıb
Sputnik Azərbaycan
Təşəkkürnamələrini 8-14 yanvarda COP29-dan əldə edən könüllülər "Kapital Bank" ASC-nin istənilən filialına şəxsiyyət vəsiqəsi ilə yaxınlaşaraq pul... 15.01.2025, Sputnik Azərbaycan
2025-01-15T15:49+0400
2025-01-15T15:49+0400
2025-01-15T15:49+0400
cop29
cop29
"kapital bank" asc
könüllü
könüllülər
könüllülük
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/0d/468735074_0:52:2000:1177_1920x0_80_0_0_662f057b95f06cbd1d8361fd9c960b84.jpg
BAKI, 15 yanvar — Sputnik. COP29 könüllüləri üçün pul mükafatı ayrılıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə onlara COP29 İşçi Qüvvəsi və Könüllülərlə İş komandası tərəfindən məlumat göndərilib. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə tədbirin uğurlu təşkil olunmasında iştirak edən hər bir könüllüyə Təşəkkürnamə və pul mükafatı ayrılıb. "Sizin yaxından dəstəyinizlə COP29 tədbiri həm ölkəmizdə indiyə qədər olan, həm də COP tədbirləri çərçivəsində ən yüksək səviyyədə təşkil olunmuş konfrans kimi tarixə düşdü. Tədbirdə könüllülərin fəaliyyəti fərqlənib və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi (UNFCCC), iştirak edən bütün ölkələrin nümayəndə heyətləri, eləcə də ölkə əhalisi tərəfindən rəğbətlə qarşılanıb. Bütün bunları nəzərə alaraq, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə tədbirin uğurlu təşkil olunmasında iştirak edən hər bir könüllüyə Təşəkkürnamə və pul mükafatı ayrılıb", - məlumatda qeyd olunub. Təşəkkürnamələrini 8-14 yanvarda COP29-dan əldə edən könüllülər "Kapital Bank" ASC-nin istənilən filialına şəxsiyyət vəsiqəsi ilə yaxınlaşaraq pul mükafatlarını əldə edə biləcəklər. Əlavə edək ki, xüsusi pul mükafatının məbləği 1 500 manatdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/0d/468735074_0:0:2000:1501_1920x0_80_0_0_3e1ef96ae8614cd56742dbdacf4b733e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
cop29, "kapital bank" asc, könüllü, könüllülər, könüllülük, prezident ilham əliyev
cop29, "kapital bank" asc, könüllü, könüllülər, könüllülük, prezident ilham əliyev
COP29 könüllülərinə pul mükafatı ayrılıb
Təşəkkürnamələrini 8-14 yanvarda COP29-dan əldə edən könüllülər "Kapital Bank" ASC-nin istənilən filialına şəxsiyyət vəsiqəsi ilə yaxınlaşaraq pul mükafatlarını əldə edə biləcəklər.
BAKI, 15 yanvar — Sputnik. COP29 könüllüləri üçün pul mükafatı ayrılıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə onlara COP29 İşçi Qüvvəsi və Könüllülərlə İş komandası tərəfindən məlumat göndərilib.
Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə tədbirin uğurlu təşkil olunmasında iştirak edən hər bir könüllüyə Təşəkkürnamə və pul mükafatı ayrılıb.
"Sizin yaxından dəstəyinizlə COP29 tədbiri həm ölkəmizdə indiyə qədər olan, həm də COP tədbirləri çərçivəsində ən yüksək səviyyədə təşkil olunmuş konfrans kimi tarixə düşdü. Tədbirdə könüllülərin fəaliyyəti fərqlənib və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi (UNFCCC), iştirak edən bütün ölkələrin nümayəndə heyətləri, eləcə də ölkə əhalisi tərəfindən rəğbətlə qarşılanıb. Bütün bunları nəzərə alaraq, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə tədbirin uğurlu təşkil olunmasında iştirak edən hər bir könüllüyə Təşəkkürnamə və pul mükafatı ayrılıb", - məlumatda qeyd olunub.
Təşəkkürnamələrini 8-14 yanvarda COP29-dan əldə edən könüllülər "Kapital Bank" ASC-nin istənilən filialına şəxsiyyət vəsiqəsi ilə yaxınlaşaraq pul mükafatlarını əldə edə biləcəklər.
Əlavə edək ki, xüsusi pul mükafatının məbləği 1 500 manatdır.