https://sputnik.az/20250115/bayden-trampa-iqtisadi-felaketi-miras-qoyur-469960542.html
Bayden Trampa iqtisadi fəlakəti miras qoyur
Bayden Trampa iqtisadi fəlakəti miras qoyur
Sputnik Azərbaycan
ABŞ-ın gələcək vitse-prezidenti Ceyms Devid Vens qeyd edib ki, Bayden ölkəni təkcə sərhəddəki böhranla deyil, həm də iqtisadi fəlakətlə tərk edib, sülh... 15.01.2025, Sputnik Azərbaycan
2025-01-15T20:06+0400
2025-01-15T20:06+0400
2025-01-15T20:06+0400
abş prezidenti cozef bayden
dünya xəbərləri
donald tramp
abş
miras
https://cdnn1.img.sputnik.az/img/07e8/07/0c/465980339_0:142:2730:1678_1920x0_80_0_0_6d2da51b34bd40550235f098b13b4a62.jpg.webp
BAKI, 15 yanvar — Sputnik. ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp hazırkı Prezident Co Baydendən miras qalan ciddi iqtisadi problemlərlə üzləşəcək. Bunu ABŞ-ın gələcək vitse-prezidenti Ceyms Devid Vens "Fox News" telekanalına müsahibəsində deyib. O, qeyd edib ki, Bayden ölkəni təkcə sərhəddəki böhranla deyil, həm də iqtisadi fəlakətlə tərk edib, sülh dövründə dövlət borcunu trilyonlarla dollar artırıb. Vens neft qiymətlərinin son iki ayda əhəmiyyətli dərəcədə artdığını, bunun da Bayden administrasiyasının qərarları ilə bağlı olduğunu vurğulayıb. Vensin sözlərinə görə, hakimiyyətdən gedən administrasiya ölkədə siyasi mübarizənin əsas məsələlərindən birinə çevrilmiş miqrasiya böhranını daha da pisləşdirib. O bildirib ki, bu mövqe aydınlaşdırılmalıdır: ABŞ qeyri-qanuni immiqrasiya üçün bağlanmalıdır, çünki sərhədlər son dörd ildə açıq olublar. Daha əvvəl bildirilmişdi ki, Tramp inauqurasiyadan sonrakı ilk yeddi gün ərzində sələfi Co Baydenin 94 sərəncamını ləğv etmək niyyətindədir.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_bf5e79488e7463bd92132c9d0bad7752.png.webp
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_bf5e79488e7463bd92132c9d0bad7752.png.webp
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/07/0c/465980339_152:0:2579:1820_1920x0_80_0_0_ba5e6dd527c8caf6dfcf99eba24b55a8.jpg.webpSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_bf5e79488e7463bd92132c9d0bad7752.png.webp
abş prezidenti cozef bayden, donald tramp, abş, miras
abş prezidenti cozef bayden, donald tramp, abş, miras
Bayden Trampa iqtisadi fəlakəti miras qoyur
ABŞ-ın gələcək vitse-prezidenti Ceyms Devid Vens qeyd edib ki, Bayden ölkəni təkcə sərhəddəki böhranla deyil, həm də iqtisadi fəlakətlə tərk edib, sülh dövründə dövlət borcunu trilyonlarla dollar artırıb.
BAKI, 15 yanvar — Sputnik. ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp hazırkı Prezident Co Baydendən miras qalan ciddi iqtisadi problemlərlə üzləşəcək.
Bunu ABŞ-ın gələcək vitse-prezidenti Ceyms Devid Vens "Fox News" telekanalına müsahibəsində deyib.
O, qeyd edib ki, Bayden ölkəni təkcə sərhəddəki böhranla deyil, həm də iqtisadi fəlakətlə tərk edib, sülh dövründə dövlət borcunu trilyonlarla dollar artırıb. Vens neft qiymətlərinin son iki ayda əhəmiyyətli dərəcədə artdığını, bunun da Bayden administrasiyasının qərarları ilə bağlı olduğunu vurğulayıb.
Vensin sözlərinə görə, hakimiyyətdən gedən administrasiya ölkədə siyasi mübarizənin əsas məsələlərindən birinə çevrilmiş miqrasiya böhranını daha da pisləşdirib. O bildirib ki, bu mövqe aydınlaşdırılmalıdır: ABŞ qeyri-qanuni immiqrasiya üçün bağlanmalıdır, çünki sərhədlər son dörd ildə açıq olublar.
Daha əvvəl bildirilmişdi ki, Tramp inauqurasiyadan sonrakı ilk yeddi gün ərzində sələfi Co Baydenin 94 sərəncamını ləğv etmək niyyətindədir.