Embraer 190 - Sputnik Azərbaycan, 1920, 26.12.2024
Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması
Dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

AZAL-a məxsus təyyarədə qəzaya düşən Rusiya vətəndaşlarının aqibəti necə oldu?

© Photo : Administration of the Mangystau Region via APAzərbaycan Hava Yolları aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən Embraer 190 təyyarəsinin Aktau şəhərinin yaxınlığında qəzaya uğraması
Azərbaycan Hava Yolları aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən Embraer 190 təyyarəsinin Aktau şəhərinin yaxınlığında qəzaya uğraması - Sputnik Azərbaycan, 1920, 15.01.2025
Abunə olmaq
Qazaxıstanda AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alan üç Rusiya vətəndaşı federal mərkəzlərin və Moskva xəstəxanalarının stasionarlarında müalicə alır.
BAKI, 15 yanvar - Sputnik. Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alan üç rusiyalı xəstəxanalarda müalicə alır.
Bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.
"Qazaxıstanda AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alan üç Rusiya vətəndaşı federal mərkəzlərin və Moskva xəstəxanalarının stasionarlarında müalicə alır”, - nazirliyin rəsmisi Aleksey Kuznetsov bildirib.
Qeyd olunub ki, altı nəfər, o cümlədən bir uşaq xəstəxanadan buraxılıb.
Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları”nın J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.
İlkin məlumata görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
Xəbər lenti
0