https://sputnik.az/20250114/uc-qend-mehsulunda-uygunsuzluq-askarlandi-469975248.html
Üç qənd məhsulunda uyğunsuzluq aşkarlandı
Üç qənd məhsulunda uyğunsuzluq aşkarlandı
Sputnik Azərbaycan
Sahibkarlara məxsus 3 qənd məhsulunda kükürd dioksidin miqdarının normadan artıq olduğu müəyyən edilib. 14.01.2025, Sputnik Azərbaycan
2025-01-14T22:41+0400
2025-01-14T22:41+0400
2025-01-14T22:41+0400
məhsul
iqtisadiyyat
qənd
aqta
müəssisə
azərbaycan
sahibkar
kükürd
https://cdnn1.img.sputnik.az/img/42300/41/423004185_0:141:3141:1908_1920x0_80_0_0_eff513d7f693035a6ef2873ab4acaab3.jpg
BAKI, 14 yanvar — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) üç qənd məhsulunda uyğunsuzluq aşkarlayıb. Bu barədə AQTA məlumat yayıb. Agentlik keçirdiyi monitorinqlər çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrindən yerli məhsul partiyalarından 21 ədəd qənd və 24 ədəd qara çay nümunələri götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq sınaq laboratoriyalarına təqdim edib. Götürülən nümunələr qənd məhsulunda kükürd dioksidin (SO2) miqdarı, qara çayda isə maya, kif göbələkləri və salmonellanın təyini üzrə laborator müayinələrə cəlb olunub. Nümunələrin sınaq nəticələrinə əsasən, 18 qənd və 24 qara çay məhsulunda hər hansı uyğunsuzluq aşkarlanmayıb. Lakin 3 sahibkara məxsus 3 qənd məhsulunda kükürd dioksidin miqdarının normadan artıq olduğu müəyyən edilib. Aşkarlanan uyğunsuzluqlarla bağlı həmin müəssisələrdə plandankənar yoxlama keçirilib, məhsul partiyalarının ticarət şəbəkələrindən geri çağrılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlar qəbul edilib. Eyni zamanda müəssisələrdə faktiki mövcud olan məhsullardan nümunələr götürülərək müayinələrə cəlb olunub. Nümunələrin sınaq nəticələrinə əsasən, 1 müəssisədə uyğunsuzluq müəyyən edilib. Bununla əlaqədar sahibkar inzibati məsuliyyətə cəlb edilib, məhsulun ticarət şəbəkəsindən geri çağrılması ilə bağlı icrası məcburi göstərişlər verilib. İki müəssisədən götürülən nümunələrin sınaq nəticələri isə uyğun olub. Bu istiqamətdə zəruri tədbirlər davam etdirilir. Uyğunsuzluq aşkarlanan qənd məhsulları və istehsalçıları aşağıdakılardır:Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42300/41/423004185_205:0:2936:2048_1920x0_80_0_0_d6197587fd58d84baab9ae5388dbe220.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
məhsul, qənd, aqta, müəssisə, azərbaycan, sahibkar, kükürd
məhsul, qənd, aqta, müəssisə, azərbaycan, sahibkar, kükürd
Üç qənd məhsulunda uyğunsuzluq aşkarlandı
Sahibkarlara məxsus 3 qənd məhsulunda kükürd dioksidin miqdarının normadan artıq olduğu müəyyən edilib.
BAKI, 14 yanvar — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) üç qənd məhsulunda uyğunsuzluq aşkarlayıb. Bu barədə AQTA məlumat yayıb.
Agentlik keçirdiyi monitorinqlər çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrindən yerli məhsul partiyalarından 21 ədəd qənd və 24 ədəd qara çay nümunələri götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq sınaq laboratoriyalarına təqdim edib.
Götürülən nümunələr qənd məhsulunda kükürd dioksidin (SO2) miqdarı, qara çayda isə maya, kif göbələkləri və salmonellanın təyini üzrə laborator müayinələrə cəlb olunub. Nümunələrin sınaq nəticələrinə əsasən, 18 qənd və 24 qara çay məhsulunda hər hansı uyğunsuzluq aşkarlanmayıb.
Lakin 3 sahibkara məxsus 3 qənd məhsulunda kükürd dioksidin miqdarının normadan artıq olduğu müəyyən edilib.
Aşkarlanan uyğunsuzluqlarla bağlı həmin müəssisələrdə plandankənar yoxlama keçirilib, məhsul partiyalarının ticarət şəbəkələrindən geri çağrılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlar qəbul edilib.
Eyni zamanda müəssisələrdə faktiki mövcud olan məhsullardan nümunələr götürülərək müayinələrə cəlb olunub. Nümunələrin sınaq nəticələrinə əsasən, 1 müəssisədə uyğunsuzluq müəyyən edilib. Bununla əlaqədar sahibkar inzibati məsuliyyətə cəlb edilib, məhsulun ticarət şəbəkəsindən geri çağrılması ilə bağlı icrası məcburi göstərişlər verilib. İki müəssisədən götürülən nümunələrin sınaq nəticələri isə uyğun olub. Bu istiqamətdə zəruri tədbirlər davam etdirilir.
Uyğunsuzluq aşkarlanan qənd məhsulları və istehsalçıları aşağıdakılardır:
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.