https://sputnik.az/20250114/randan-azerbaycana-getirilen-bir-sira-mehsullarda-gmo-askarlanib-469987701.html
İrandan Azərbaycana gətirilən bir sıra məhsullarda GMO aşkarlanıb
İrandan Azərbaycana gətirilən bir sıra məhsullarda GMO aşkarlanıb
Sputnik Azərbaycan
AQTA bu sahədə fəaliyyət göstərən sahibkarlara xəbərdarlıq edərək bir daha diqqətə çatdırır ki, ölkəmizə GMO qida məhsulları idxal edilməsi yolverilməzdir. 14.01.2025, Sputnik Azərbaycan
2025-01-14T20:17+0400
2025-01-14T20:17+0400
2025-01-14T20:27+0400
iran
iqtisadiyyat
gmo
məhsul
azərbaycan
aqta
https://cdnn1.img.sputnik.az/img/41668/38/416683810_0:253:720:658_1920x0_80_0_0_f32ab250f7cc0f2d10a03944215f1825.jpg
BAKI, 14 yanvar — Sputnik. İrandan Azərbaycana idxal edilən bir sıra məhsulların tərkibində genetik modifikasiya olunmuş orqanizmlər (GMO) aşkarlanıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Qeyd olunub ki, Azərbaycan qanunvericiliyinə əsasən, genetik modifikasiya olunmuş bitkilərin, həmçinin müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan qida məhsullarının ölkəyə gətirilməsi, istehsalı, dövriyyəsi qanunla qadağandır. Aparılan son nəzarət tədbirləri çərçivəsində İrandan idxal edilən bir sıra məhsul partiyalarından nümunə götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında sınaqlara cəlb edilib, sınaq nəticəsinə əsasən məhsulların tərkibində GMO aşkarlanıb. Aşkarlanan bütün faktlarla bağlı qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülüb. AQTA bu sahədə fəaliyyət göstərən sahibkarlara xəbərdarlıq edərək bir daha diqqətə çatdırır ki, Azərbaycana GMO qida məhsulları idxal edilməsi yolverilməzdir. Belə məhsulların qanunsuz olaraq ölkəyə idxal edilməsi cəhdlərinin qarşısı isə qətiyyətlə alınacaq və qanunvericiliyin tələblərinə uyğun olaraq, sərt tədbirlər görüləcək. Xatırladaq ki, qanunvericiliyə görə, genetik modifikasiya olunmuş orqanizmlər - müasir biotexnoloji və ya gen mühəndisliyi üsulları ilə yaradılan, ənənəvi seleksiyada alınması mümkün olmayan, genetik materialın yeni kombinasiyasına malik və bu kombinasiyanı irsən nəslə ötürmək qabiliyyətinə qadir olan canlı orqanizmlərdir (bitki, heyvan və mikroorqanizmlər).Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41668/38/416683810_0:185:720:725_1920x0_80_0_0_ed585bc47aa8b3f2a091bb05ae32b470.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iran, gmo, məhsul, azərbaycan, aqta
iran, gmo, məhsul, azərbaycan, aqta
İrandan Azərbaycana gətirilən bir sıra məhsullarda GMO aşkarlanıb
20:17 14.01.2025 (Yenilənib: 20:27 14.01.2025) AQTA bu sahədə fəaliyyət göstərən sahibkarlara xəbərdarlıq edərək bir daha diqqətə çatdırır ki, ölkəmizə GMO qida məhsulları idxal edilməsi yolverilməzdir.
BAKI, 14 yanvar — Sputnik. İrandan Azərbaycana idxal edilən bir sıra məhsulların tərkibində genetik modifikasiya olunmuş orqanizmlər (GMO) aşkarlanıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Qeyd olunub ki, Azərbaycan qanunvericiliyinə əsasən, genetik modifikasiya olunmuş bitkilərin, həmçinin müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan qida məhsullarının ölkəyə gətirilməsi, istehsalı, dövriyyəsi qanunla qadağandır.
Aparılan son nəzarət tədbirləri çərçivəsində İrandan idxal edilən bir sıra məhsul partiyalarından nümunə götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında sınaqlara cəlb edilib, sınaq nəticəsinə əsasən məhsulların tərkibində GMO aşkarlanıb.
Aşkarlanan bütün faktlarla bağlı qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülüb.
AQTA bu sahədə fəaliyyət göstərən sahibkarlara xəbərdarlıq edərək bir daha diqqətə çatdırır ki, Azərbaycana GMO qida məhsulları idxal edilməsi yolverilməzdir. Belə məhsulların qanunsuz olaraq ölkəyə idxal edilməsi cəhdlərinin qarşısı isə qətiyyətlə alınacaq və qanunvericiliyin tələblərinə uyğun olaraq, sərt tədbirlər görüləcək.
Xatırladaq ki, qanunvericiliyə görə, genetik modifikasiya olunmuş orqanizmlər - müasir biotexnoloji və ya gen mühəndisliyi üsulları ilə yaradılan, ənənəvi seleksiyada alınması mümkün olmayan, genetik materialın yeni kombinasiyasına malik və bu kombinasiyanı irsən nəslə ötürmək qabiliyyətinə qadir olan canlı orqanizmlərdir (bitki, heyvan və mikroorqanizmlər).
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.