https://sputnik.az/20250114/poteka-krediti-ile-ne-qeder-menzil-satilib-statistika-aciqlandi-469986491.html
İpoteka krediti ilə nə qədər mənzil satılıb? Statistika açıqlandı
İpoteka krediti ilə nə qədər mənzil satılıb? Statistika açıqlandı
Sputnik Azərbaycan
Fonddan bildirilib, kreditlərin 22%-ə yaxını isə regionların payına düşüb. 14.01.2025, Sputnik Azərbaycan
2025-01-14T21:40+0400
2025-01-14T21:40+0400
2025-01-14T21:40+0400
ipoteka
iqtisadiyyat
güzəşt
azərbaycan
manat
milyon
kredit
https://cdnn1.img.sputnik.az/img/07e8/01/11/462020200_0:0:3072:1728_1920x0_80_0_0_59198ccf24bb3423c6750af7dd606e43.jpg
BAKI, 14 yanvar — Sputnik. İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-cı ildən etibarən ölkədə uzunmüddətli ipoteka kreditləşməsinin maliyyələşdirilməsini həyata keçirir. Ötən ildə Fondun vəsaiti hesabına müvəkkil banklar tərəfindən 439,8 milyon manat həcmində 4685 ipoteka krediti, o cümlədən, 357,7 milyon manat məbləğində 3609 adi ipoteka krediti və 82,1 milyon manat məbləğində 1076 güzəştli ipoteka krediti verilib. Bu barədə Sputnik Azərbaycan-a Fonddan bildirilib. Məlumata görə, 2006-2024-cü illərdə Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərinin həcmi 3,31 milyard manatı keçib ki, bu da 52530-dan çox ailənin öz mənzil şəraitini yaxşılaşdırmasına imkan verib. Qeyd edilib ki, Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərindən faydalananların 67%-ni gənclər və gənc ailələr təşkil edib, kreditlərin 22%-ə yaxını isə regionların payına düşüb. Dövr ərzində ipoteka bazarında müvəkkil banklar arasında rəqabət mühitinin gücləndirilməsi təmin edilib, ipoteka kreditləri üzrə maksimal faiz dərəcəsinin illik 8% müəyyən olunmasına baxmayaraq, bir sıra banklar tərəfindən daha aşağı faiz dərəcələri ilə (6-7%) ipoteka kreditlərinin verilməsi davam etdirilib. Nəticədə, 2024-cü ildə adi ipoteka kreditləri üzrə orta illik faiz dərəcəsi 7,4% təşkil etmişdir. Eyni zamanda, ötən il ərzində şəxsi yığımları az olan əhaliyə daha aşağı ilkin ödəniş məbləği ilə ipoteka krediti vasitəsilə yaşayış sahəsi almağa şəraitin yaradılmasını təmin etmək məqsədilə tətbiq edilən zəmanət mexanizmində həm qiymətləndirmə standartlarının yumşaldılması, həm də zəmanət tariflərinin əhəmiyyətli dərəcədə azaldılması nəticəsində verilmiş zəmanətli ipoteka kreditlərinin həcmində 2023-cü illə müqayisədə 2 dəfəyədək artım qeydə alınıb. Belə ki, ötən il ərzində 275 sayda 28,3 mln. manat həcmində (2023-cü ildə 147 sayda 14,3 mln. manat həcmində) zəmanətli ipoteka krediti rəsmiləşdirilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/01/11/462020200_341:0:3072:2048_1920x0_80_0_0_7cb746a8e4eb22e93d44fa1d960a49d9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
ipoteka, güzəşt, azərbaycan, manat, milyon, kredit
ipoteka, güzəşt, azərbaycan, manat, milyon, kredit
İpoteka krediti ilə nə qədər mənzil satılıb? Statistika açıqlandı
Fonddan bildirilib, kreditlərin 22%-ə yaxını isə regionların payına düşüb.
BAKI, 14 yanvar — Sputnik. İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-cı ildən etibarən ölkədə uzunmüddətli ipoteka kreditləşməsinin maliyyələşdirilməsini həyata keçirir. Ötən ildə Fondun vəsaiti hesabına müvəkkil banklar tərəfindən 439,8 milyon manat həcmində 4685 ipoteka krediti, o cümlədən, 357,7 milyon manat məbləğində 3609 adi ipoteka krediti və 82,1 milyon manat məbləğində 1076 güzəştli ipoteka krediti verilib. Bu barədə Sputnik Azərbaycan-a Fonddan bildirilib.
Məlumata görə, 2006-2024-cü illərdə Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərinin həcmi 3,31 milyard manatı keçib ki, bu da 52530-dan çox ailənin öz mənzil şəraitini yaxşılaşdırmasına imkan verib.
Qeyd edilib ki, Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərindən faydalananların 67%-ni gənclər və gənc ailələr təşkil edib, kreditlərin 22%-ə yaxını isə regionların payına düşüb.
Dövr ərzində ipoteka bazarında müvəkkil banklar arasında rəqabət mühitinin gücləndirilməsi təmin edilib, ipoteka kreditləri üzrə maksimal faiz dərəcəsinin illik 8% müəyyən olunmasına baxmayaraq, bir sıra banklar tərəfindən daha aşağı faiz dərəcələri ilə (6-7%) ipoteka kreditlərinin verilməsi davam etdirilib. Nəticədə, 2024-cü ildə adi ipoteka kreditləri üzrə orta illik faiz dərəcəsi 7,4% təşkil etmişdir.
Eyni zamanda, ötən il ərzində şəxsi yığımları az olan əhaliyə daha aşağı ilkin ödəniş məbləği ilə ipoteka krediti vasitəsilə yaşayış sahəsi almağa şəraitin yaradılmasını təmin etmək məqsədilə tətbiq edilən zəmanət mexanizmində həm qiymətləndirmə standartlarının yumşaldılması, həm də zəmanət tariflərinin əhəmiyyətli dərəcədə azaldılması nəticəsində verilmiş zəmanətli ipoteka kreditlərinin həcmində 2023-cü illə müqayisədə 2 dəfəyədək artım qeydə alınıb. Belə ki, ötən il ərzində 275 sayda 28,3 mln. manat həcmində (2023-cü ildə 147 sayda 14,3 mln. manat həcmində) zəmanətli ipoteka krediti rəsmiləşdirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.