https://sputnik.az/20250114/pinevic-azerbaycanla-qarsiliqli-ticaretin-artim-istiqametlerini-qeyd-edib-469991011.html
Belarus səfiri Azərbaycanla qarşılıqlı münasibətlərdən danışıb
Belarus səfiri Azərbaycanla qarşılıqlı münasibətlərdən danışıb
Sputnik Azərbaycan
Səfir bildirib ki, Azərbaycan və Belarus liderlərinin strateji əməkdaşlığa verdiyi təkan iki ölkə arasında yaxşı təmasların qurulmasına gətirib. 14.01.2025, Sputnik Azərbaycan
2025-01-14T19:26+0400
2025-01-14T19:26+0400
2025-01-14T19:58+0400
azərbaycan xəbərləri
səfir
belarus
azərbaycan
iqtisadi
texnologiya
inkişaf
https://cdnn1.img.sputnik.az/img/07e9/01/0e/469986037_0:0:3088:1737_1920x0_80_0_0_fad04d92594edc95ec022836b5a265a5.jpg
BAKI, 14 yanvar — Sputnik. Belarus və Azərbaycan arasında qarşılıqlı ticarətin artım istiqamətləri humanitar sahədədir. Bu barədə "BELTA" agentliyinə müsahibəsində Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç danışıb. Səfirdən iki ölkənin kifayət qədər yüksək səviyyədə olan ticarət dövriyyəsini necə artırmağın mümkün olduğunu soruşublar. Diplomatın sözlərinə görə, ikitərəfli əməkdaşlığın bütün sahələri yaxşı strukturlaşdırılıb və Belarus prezidentinin Azərbaycana son səfəri zamanı aktuallaşdırılıb. Bu, ilk növbədə sənaye, emal sahələrində qarşılıqlı əlaqəyə əsaslanır. "Artım istiqamətləri isə humanitar sahədədir. Bu, nə qədər paradoksal görünsə də", - Pineviç söyləyib. Nümunə kimi səfir, iki ölkənin səhiyyə sistemləri arasındakı qarşılıqlı əlaqənin inkişafını, əczaçılıq, biologiya, İT və təhsil proqramları sahəsində əməkdaşlığı qeyd edib ki, bu da öz növbəsində mədəniyyətlərarası əlaqələrin inkişafına təkan verəcək. "Əgər biz sözün yaxşı mənasında bütün təmas istiqamətlərinə bağlanmış belə bir "dairə" yaratsaq, istədiyimiz effekti əldə edəcəyik", - Belarusun Azərbaycandakı səfiri hesab edir. Diplomatın fikrincə, ən perspektivli əməkdaşlıq əczaçılıq və biologiya sahəsidir, çünki bu sahələrdə istehsal olunan məhsulların əlavə dəyəri çox yüksəkdir. Eyni zamanda, səfir qeyd edib ki, hər iki tərəfin bu əməkdaşlığa marağı yüksəkdir və hər iki ölkənin bir-birinə təklif edəcəyi çox şey var. "Biz digər bazarlarda da birgə işləməliyik. Azərbaycanın ən qabaqcıl texnologiyalara çıxışı var. Bizim vəzifəmiz bu texnologiyaları strateji səviyyədə təklif etməkdir. Bu günü müzakirə edərkən sabaha yox, ondan sonrakı günə baxmalıyıq", - səfir fikrini yekunlaşdırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e9/01/0e/469986037_103:0:2834:2048_1920x0_80_0_0_4b1123231d7d446f48b7e4297b04244b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
səfir, belarus, azərbaycan, iqtisadi, texnologiya, inkişaf
səfir, belarus, azərbaycan, iqtisadi, texnologiya, inkişaf
Belarus səfiri Azərbaycanla qarşılıqlı münasibətlərdən danışıb
19:26 14.01.2025 (Yenilənib: 19:58 14.01.2025) Səfir bildirib ki, Azərbaycan və Belarus liderlərinin strateji əməkdaşlığa verdiyi təkan iki ölkə arasında yaxşı təmasların qurulmasına gətirib.
BAKI, 14 yanvar — Sputnik. Belarus və Azərbaycan arasında qarşılıqlı ticarətin artım istiqamətləri humanitar sahədədir. Bu barədə "BELTA" agentliyinə müsahibəsində Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç danışıb.
Səfirdən iki ölkənin kifayət qədər yüksək səviyyədə olan ticarət dövriyyəsini necə artırmağın mümkün olduğunu soruşublar.
"Azərbaycan bizim üçün sadəcə tərəfdaş deyil, strateji tərəfdaşdır. Bu, bir çox amillərlə bağlıdır. Aramızdakı uzaq məsafənin olmasına və sanki xalqlarımızın keçdiyi fərqli tarixi yollara baxmayaraq, çox oxşarıq. Biz düşüncə tərzi ilə eyniyik, bir-birimizə, ümumiyyətlə insan həyatına dəyər veririk, biz əvvəlki nəsillərin təcrübəsini çox diqqətlə izləyirik. Hesab edirəm ki, bu amil və ölkələrimizin liderlərinin strateji əməkdaşlığa bu təkanı verməsi iki ölkə arasında yaxşı təmas istiqamətlərinin olmasına səbəb olub", - Dmitri Pineviç bildirib.
Diplomatın sözlərinə görə, ikitərəfli əməkdaşlığın bütün sahələri yaxşı strukturlaşdırılıb və Belarus prezidentinin Azərbaycana son səfəri zamanı aktuallaşdırılıb. Bu, ilk növbədə sənaye, emal sahələrində qarşılıqlı əlaqəyə əsaslanır.
"Artım istiqamətləri isə humanitar sahədədir. Bu, nə qədər paradoksal görünsə də", - Pineviç söyləyib.
Nümunə kimi səfir, iki ölkənin səhiyyə sistemləri arasındakı qarşılıqlı əlaqənin inkişafını, əczaçılıq, biologiya, İT və təhsil proqramları sahəsində əməkdaşlığı qeyd edib ki, bu da öz növbəsində mədəniyyətlərarası əlaqələrin inkişafına təkan verəcək.
"Əgər biz sözün yaxşı mənasında bütün təmas istiqamətlərinə bağlanmış belə bir "dairə" yaratsaq, istədiyimiz effekti əldə edəcəyik", - Belarusun Azərbaycandakı səfiri hesab edir.
Diplomatın fikrincə, ən perspektivli əməkdaşlıq əczaçılıq və biologiya sahəsidir, çünki bu sahələrdə istehsal olunan məhsulların əlavə dəyəri çox yüksəkdir. Eyni zamanda, səfir qeyd edib ki, hər iki tərəfin bu əməkdaşlığa marağı yüksəkdir və hər iki ölkənin bir-birinə təklif edəcəyi çox şey var.
"Bu, ikitərəfli yoldur. Azərbaycan yüksək inkişaf etmiş sənaye və kənd təsərrüfatı ölkəsidir. Onların istər sənaye, istərsə də sosial sahədə (hər bir sahədə) öz nailiyyətləri var ki, bunu da bizim nailiyyətlərimizlə birləşdirmək lazımdır. Bunun da əsasında elmdən tutmuş mədəni əlaqələrə qədər birgə istehsallar və layihələr əldə ediləcək", - Dmitri Pineviç bildirib.
"Biz digər bazarlarda da birgə işləməliyik. Azərbaycanın ən qabaqcıl texnologiyalara çıxışı var. Bizim vəzifəmiz bu texnologiyaları strateji səviyyədə təklif etməkdir. Bu günü müzakirə edərkən sabaha yox, ondan sonrakı günə baxmalıyıq", - səfir fikrini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.