Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Əmək bazarında ən çox tələbat olan peşələr açıqlanıb

© Sputnik / Irade JELILPeşə təmayüllü məkan
Peşə təmayüllü məkan - Sputnik Azərbaycan, 1920, 14.01.2025
Abunə olmaq
Bildirilib ki, əmək bazarında dəyişən trendlərə uyğun olaraq sənayedə yeni tələblərə cavab verən alternativ enerji avadanlıqlarının istismarı, elektrik və hibrid avtomobillərin texniki təmiri və xidməti üzrə texnik ixtisası da mövcud təsnifata əlavə edilib.
BAKI, 14 yanvar — Sputnik. "Əmək bazarında ən çox tələbat olan peşələr siyahısına əməliyyatçı mühasib, qrafik dizayner, aşpaz, bərər, vizajist, manikürçü ixtisasları daxildir. Bunlar ənənəvi ixtisaslar olsa da, əmək bazarında tələbat var".
Sputnik Azərbaycan-a müsahibəsində bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Simnar Mamedov söyləyib.
© Sputnik / Zullfiye GuluyevaPeşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Simnar Mamedov
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Simnar Mamedov - Sputnik Azərbaycan, 1920, 14.01.2025
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Simnar Mamedov
O, bildirib ki, əmək bazarında dəyişən trendlərə uyğun olaraq sənayedə yeni tələblərə cavab verən alternativ enerji avadanlıqlarının istismarı, elektrik və hibrid avtomobillərin texniki təmiri və xidməti üzrə texnik ixtisası da mövcud təsnifata əlavə edilib.
Onun sözlərinə görə, paralel olaraq peşə təhsil müəssisələrinin infrastrukturu bu ixtisaslara uyğunlaşdırılır.
Qeyd edək ki, bu gün Bakıda tikinti sektoru üzrə peşə təhsilində dövlət-özəl əməkdaşlığına dair konfrans keçirilir. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov söyləyib ki, Azərbaycanda peşə təhsilinə bu il 82,2 milyon manat vəsait ayrılıb. Peşə təhsilinə tələbə qəbulu artıb. Son 5 ildə peşə təhsilinə qəbulda 60 faiz artım var.

"Artıq peşə məktəblərində yer yoxdur. Ona görə də, biz peşə təhsilində iki növbəli sistemə keçmişik", - qurum rəhbəri bildirib.

Ceyhun Kərəmov deyib ki, peşə təhsilində adambaşına maliyyələşmə sisteminə keçilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0