https://sputnik.az/20250114/azerbaycan-nefti-84-dollari-otdu---qiymetler-son-dord-ayin-en-yuksek-seviyyesine-yaxindir-469974083.html
Azərbaycan nefti 84 dolları ötdü - Qiymətlər son dörd ayın ən yüksək səviyyəsinə yaxındır
Azərbaycan nefti 84 dolları ötdü - Qiymətlər son dörd ayın ən yüksək səviyyəsinə yaxındır
Sputnik Azərbaycan
ABŞ-nin yeni sanksiyalarının Rusiya neftinə təsiri bazarın əsas diqqət mərkəzindədir. Bu gün qiymətlərin ucuzlaşmasına baxmayaraq qiymətlər son dörd ayın ən... 14.01.2025, Sputnik Azərbaycan
2025-01-14T11:28+0400
2025-01-14T11:28+0400
2025-01-14T11:28+0400
neft
neft-qaz
qiymət
azeri light markalı neft
brent
dollar
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e8/06/04/465129154_0:0:3072:1728_1920x0_80_0_0_75ed99cabd95b606b2f3abc134a10a68.jpg
BAKI, 14 yanvar — Sputnik. Dünya bazarlarında neft qiymətləri ucuzlaşıb. Lakin ABŞ-nin yeni sanksiyalarının Rusiya neftinə təsiri bazarın əsas diqqət mərkəzində olduğu üçün hazırki qiymətlər son dörd ayın ən yüksək səviyyəsinə yaxın qalıb. "Brent" markalı neft 28 sent ucuzlaşaraq 80,73 dollar, ABŞ-nin Qərbi Texas nefti (WTI) 18 sent azalaraq 78,64 dollar olub. "Azeri Light" markalı Azərbaycan nefti isə 2,67 dollar artaraq 84,53 dollar təşkil edib. Qeyd edək ki, Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib ki, ABŞ-nin Rusiyaya qarşı son sanksiyaları Mərkəzi Avropa üçün ciddi enerji problemləri yaradır və yanacağın qiymətinin artmasına səbəb olur. "Bu yeni sanksiyalar paketi Mərkəzi Avropa üçün ciddi problem yaradır. Çünki burada Mərkəzi Avropada sanksiyalar siyahısına Serbiyaya neft tədarükündə əsas rol oynayan şirkət daxildir",- nazir deyib. O qeyd edib ki, bu sanksiyalar neft və qaz tədarükünün azalmasına gətirib çıxarır və Mərkəzi Avropada yanacağın qiymətinin ciddi şəkildə artmasına səbəb ola bilər. Xatırladaq ki, 2024-cü il ərzində dünya bazarlarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta illik ixrac qiyməti bəlli olub. Ötən il ərzində Azərbaycan neftinin orta qiyməti 82,87 dollar olub. 2024-cü ildə Azərbaycan neftinin ən yüksək göstərici 94,73 dollar təşkil edib, ən minimal göstəricisi isə 71,87 dollar səviyyəsində olub. Ötən il Azərbaycanın dövlət büdcəsində bir barel neftin orta illik ixrac qiyməti 75 dollardan hesablanıb. Cari ildə isə neftin bir barelinin orta illik ixrac qiyməti 70 dollar səviyyəsində götürülüb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/06/04/465129154_171:0:2902:2048_1920x0_80_0_0_c09445af580c0f3485abcdddda7ad7b0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, qiymət, azeri light markalı neft, brent, dollar, azərbaycan
neft, qiymət, azeri light markalı neft, brent, dollar, azərbaycan
Azərbaycan nefti 84 dolları ötdü - Qiymətlər son dörd ayın ən yüksək səviyyəsinə yaxındır
ABŞ-nin yeni sanksiyalarının Rusiya neftinə təsiri bazarın əsas diqqət mərkəzindədir. Bu gün qiymətlərin ucuzlaşmasına baxmayaraq qiymətlər son dörd ayın ən yüksək səviyyəsinə yaxın qalıb.
BAKI, 14 yanvar — Sputnik. Dünya bazarlarında neft qiymətləri ucuzlaşıb. Lakin ABŞ-nin yeni sanksiyalarının Rusiya neftinə təsiri bazarın əsas diqqət mərkəzində olduğu üçün hazırki qiymətlər son dörd ayın ən yüksək səviyyəsinə yaxın qalıb.
"Brent" markalı neft 28 sent ucuzlaşaraq 80,73 dollar, ABŞ-nin Qərbi Texas nefti (WTI) 18 sent azalaraq 78,64 dollar olub.
"Azeri Light" markalı Azərbaycan nefti isə 2,67 dollar artaraq 84,53 dollar təşkil edib.
Qeyd edək ki, Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib ki, ABŞ-nin Rusiyaya qarşı son sanksiyaları Mərkəzi Avropa üçün ciddi enerji problemləri yaradır və yanacağın qiymətinin artmasına səbəb olur.
"Bu yeni sanksiyalar paketi Mərkəzi Avropa üçün ciddi problem yaradır. Çünki burada Mərkəzi Avropada sanksiyalar siyahısına Serbiyaya neft tədarükündə əsas rol oynayan şirkət daxildir",- nazir deyib.
O qeyd edib ki, bu sanksiyalar neft və qaz tədarükünün azalmasına gətirib çıxarır və Mərkəzi Avropada yanacağın qiymətinin ciddi şəkildə artmasına səbəb ola bilər.
Xatırladaq ki, 2024-cü il ərzində dünya bazarlarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta illik ixrac qiyməti bəlli olub. Ötən il ərzində Azərbaycan neftinin orta qiyməti 82,87 dollar olub.
2024-cü ildə Azərbaycan neftinin ən yüksək göstərici 94,73 dollar təşkil edib, ən minimal göstəricisi isə 71,87 dollar səviyyəsində olub.
Ötən il Azərbaycanın dövlət büdcəsində bir barel neftin orta illik ixrac qiyməti 75 dollardan hesablanıb. Cari ildə isə neftin bir barelinin orta illik ixrac qiyməti 70 dollar səviyyəsində götürülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.