https://sputnik.az/20250114/artiq-pese-mekteblerinde-yer-yoxdur---ceyhun-keremov-469972740.html
Peşə təhsili müəssisələrində infrastruktur əmək bazarına uyğunlaşdırılır - Yenilənib
Peşə təhsili müəssisələrində infrastruktur əmək bazarına uyğunlaşdırılır - Yenilənib
Sputnik Azərbaycan
Dövlət Agentliyinin direktoru bildirib ki, peşə təhsili infrastrukturunda məcburi köçkünlər var. 14.01.2025, Sputnik Azərbaycan
2025-01-14T11:26+0400
2025-01-14T11:26+0400
2025-01-14T11:26+0400
peşə
təhsil
azərbaycan
təhsil
inşaat
özəl
dövlət
https://cdnn1.img.sputnik.az/img/42325/82/423258295_0:0:3072:1728_1920x0_80_0_0_5205a5267aba6f91818d45f0802ac972.jpg
BAKI, 14 yanvar — Sputnik. Azərbaycanda peşə təhsilinə bu il 82,2 milyon manat vəsait ayrılıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu bu gün tikinti sektoru üzrə peşə təhsilində dövlət-özəl əməkdaşlığına dair konfransda Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov söyləyib. O, bildirib ki, peşə təhsilinə tələbə qəbulu artıb. Onun sözlərinə görə son 5 ildə peşə təhsilinə qəbulda 60 faiz artım var. Ceyhun Kərəmov deyib ki, peşə təhsilində adambaşına maliyyələşmə sisteminə keçilib. Dövlət Agentliyinin direktoru bildirib ki, peşə təhsili infrastrukturunda məcburi köçkünlər var. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru açıqlayıb ki, Azərbaycanda bölgələrdə yeni peşə təhsili müəssisələri fəaliyyətə başlayıb.Onun sözlərinə görə, Gəncədə, Qəbələdə, Bərdə, Cəlilabad, İsmayıllı və Lənkəranda yeni peşə təhsili müəssisələri inşa olunub.“Qubada, Qaxda və Tovuzda peşə təhsilu müəssisələrinin tikilməsi davam edir. Hazırda Füzulidə peşə təhsili məktəbi tikilir. Şuşada peşə təhsili müəssisəsinin təmirinə başlanılacaq. Qubadlıda və Zəngilanda isə peşə təhsili müəssisələrinin layihələndirilməsi bu ilin ortasında tamamlanacaq”.Agentliyin direktoru həmçinin bildirib ki, hazırda əmək bazarının tələbləri dəyişib. Sənaye və peşə təhsili arasında dialoqun yaranması vacibdir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42325/82/423258295_341:0:3072:2048_1920x0_80_0_0_cf59bd354d092e0b14e344ccad8a1385.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
peşə, azərbaycan, təhsil, inşaat, özəl, dövlət
peşə, azərbaycan, təhsil, inşaat, özəl, dövlət
Peşə təhsili müəssisələrində infrastruktur əmək bazarına uyğunlaşdırılır - Yenilənib
Dövlət Agentliyinin direktoru bildirib ki, peşə təhsili infrastrukturunda məcburi köçkünlər var.
BAKI, 14 yanvar — Sputnik. Azərbaycanda peşə təhsilinə bu il 82,2 milyon manat vəsait ayrılıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu bu gün tikinti sektoru üzrə peşə təhsilində dövlət-özəl əməkdaşlığına dair konfransda Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov söyləyib.
O, bildirib ki, peşə təhsilinə tələbə qəbulu artıb. Onun sözlərinə görə son 5 ildə peşə təhsilinə qəbulda 60 faiz artım var.
"Artıq peşə məktəblərində yer yoxdur. Ona görə də, biz peşə təhsilində iki növbəli sistemə keçmişik", - qurum rəhbəri bildirib.
Ceyhun Kərəmov deyib ki, peşə təhsilində adambaşına maliyyələşmə sisteminə keçilib.
Dövlət Agentliyinin direktoru bildirib ki, peşə təhsili infrastrukturunda məcburi köçkünlər var.
"Hələ də peşə təhsili müəssisələrinin 50 faizində məcburi köçkünlər yaşayır", - Ceyhun Kərəmov qeyd edib.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru açıqlayıb ki, Azərbaycanda bölgələrdə yeni peşə təhsili müəssisələri fəaliyyətə başlayıb.
Onun sözlərinə görə, Gəncədə, Qəbələdə, Bərdə, Cəlilabad, İsmayıllı və Lənkəranda yeni peşə təhsili müəssisələri inşa olunub.
“Qubada, Qaxda və Tovuzda peşə təhsilu müəssisələrinin tikilməsi davam edir. Hazırda Füzulidə peşə təhsili məktəbi tikilir. Şuşada peşə təhsili müəssisəsinin təmirinə başlanılacaq. Qubadlıda və Zəngilanda isə peşə təhsili müəssisələrinin layihələndirilməsi bu ilin ortasında tamamlanacaq”.
Agentliyin direktoru həmçinin bildirib ki, hazırda əmək bazarının tələbləri dəyişib. Sənaye və peşə təhsili arasında dialoqun yaranması vacibdir.
"Peşə təhsili müəssisələrində əmək bazarının tələblərinə uyğun kadrlar hazırlanmalıdır. Çünki, əmək bazarının tələbləri tez-tez dəyişir. Ona görə də peşə təhsili müəssisələrində infrastruktur əmək bazarına uyğunlaşdırılır”, - Ceyhun Kərəmov bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.