https://sputnik.az/20250114/a-den-cixmaq-ister-istemez-problemler-yaradacaq---ovannisyan-469962456.html
Aİİ-dən çıxmaq istər-istəməz problemlər yaradacaq - Ovannisyan
Aİİ-dən çıxmaq istər-istəməz problemlər yaradacaq - Ovannisyan
Sputnik Azərbaycan
Aİ ilə yaxınlaşma məqsədi daşıyan və qızğın müzakirələrə səbəb olan qanun layihəsi barədə danışan nazir bildirib ki, sənəd üzvlük üçün müraciətdən yox... 14.01.2025, Sputnik Azərbaycan
2025-01-14T08:02+0400
2025-01-14T08:02+0400
2025-01-14T08:05+0400
aii
ermənistan
bölgə
avrasiya iqtisadi ittifaqı
ai
ai
maliyyə nazirliyi
maliyyə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/09/460416659_0:17:2991:1699_1920x0_80_0_0_ba469c3e29d6003ec3c09348601dbde1.jpg
BAKI, 14 yanvar — Sputnik. Ermənistanın Maliyyə Nazirliyi Aİİ-dən çıxmağın mümkün risklərini təhlil edir, lakin çıxmaq məsələsi hökumətin gündəliyində deyil. Bu barədə maliyyə naziri Vahe Ovannisyan bildirib. Nazir qeyd edib ki, Maliyyə Nazirliyinin vəzifələrinə nəzəri ssenarilərlə yanaşı, makroiqtisadi risklərin öyrənilməsi daxildir. Lakin bu cür təhlilləri dərc etmək praktiki deyil, çünki onların əksəriyyəti sırf hipotetikdir. Aİİ-dən çıxacağı təqdirdə ixrac üçün mümkün risklər barədə suala Ovannisyan cavab verib ki, bunlar göz qabağındadır. "Bizim ixracımızın əsas hissəsi Aİİ ölkələrinə gedir, ona görə də ittifaqdan çıxmaq istər-istəməz problemlər yaradacaq", o qeyd edib. Aİ ilə yaxınlaşma məqsədi daşıyan və qızğın müzakirələrə səbəb olan qanun layihəsi barədə danışan nazir bildirib ki, sənəd üzvlük üçün müraciətdən yox, əməkdaşlığın gücləndirilməsindən gedir. "Aİ ilə əməkdaşlığımız çoxdan başlayıb, indi daha da intensivləşir, prosesin bundan sonra necə inkişaf edəcəyi gələcək müzakirələrdən asılıdır", Ovannisyan qeyd edib. Xatırladaq ki, yanvarın 9-da Ermənistan hökuməti "Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında" qanun layihəsini təsdiqləyərək parlamentə göndərib. Eyni zamanda, baş nazir Nikol Paşinyan bəyan edib ki, bu sənəd Aİ-yə üzvlük ərizəsi kimi qəbul edilməməlidir. Onun məqsədi Ermənistanın dərin əməkdaşlığa və birgə fəaliyyət planının hazırlanmasına hazır olduğunu nümayiş etdirməkdir. Baş nazirin sözlərinə görə, yalnız danışıqlardan sonra Aİ-yə üzvlük məsələsinin referenduma çıxarılıb-çıxarılmaması bəlli olacaq. Eyni zamanda, Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Aİİ və Aİ-yə üzvlük bir araya sığmır, çünki hər iki ittifaq gömrük sərhədlərinin olmamasını və malların, xidmətlərin və işçi qüvvəsinin sərbəst hərəkətini tələb edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/09/460416659_122:0:2851:2047_1920x0_80_0_0_67f9d978c617563cbf087bb60f6c50e1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
aii, ermənistan, avrasiya iqtisadi ittifaqı, ai, ai, maliyyə nazirliyi, maliyyə nazirliyi
aii, ermənistan, avrasiya iqtisadi ittifaqı, ai, ai, maliyyə nazirliyi, maliyyə nazirliyi
Aİİ-dən çıxmaq istər-istəməz problemlər yaradacaq - Ovannisyan
08:02 14.01.2025 (Yenilənib: 08:05 14.01.2025) Aİ ilə yaxınlaşma məqsədi daşıyan və qızğın müzakirələrə səbəb olan qanun layihəsi barədə danışan nazir bildirib ki, sənəd üzvlük üçün müraciətdən yox, əməkdaşlığın gücləndirilməsindən gedir.
BAKI, 14 yanvar — Sputnik. Ermənistanın Maliyyə Nazirliyi Aİİ-dən çıxmağın mümkün risklərini təhlil edir, lakin çıxmaq məsələsi hökumətin gündəliyində deyil. Bu barədə maliyyə naziri Vahe Ovannisyan bildirib.
Nazir qeyd edib ki, Maliyyə Nazirliyinin vəzifələrinə nəzəri ssenarilərlə yanaşı, makroiqtisadi risklərin öyrənilməsi daxildir. Lakin bu cür təhlilləri dərc etmək praktiki deyil, çünki onların əksəriyyəti sırf hipotetikdir.
Aİİ-dən çıxacağı təqdirdə ixrac üçün mümkün risklər barədə suala Ovannisyan cavab verib ki, bunlar göz qabağındadır.
"Bizim ixracımızın əsas hissəsi Aİİ ölkələrinə gedir, ona görə də ittifaqdan çıxmaq istər-istəməz problemlər yaradacaq", o qeyd edib.
Aİ ilə yaxınlaşma məqsədi daşıyan və qızğın müzakirələrə səbəb olan qanun layihəsi barədə danışan nazir bildirib ki, sənəd üzvlük üçün müraciətdən yox, əməkdaşlığın gücləndirilməsindən gedir.
"Aİ ilə əməkdaşlığımız çoxdan başlayıb, indi daha da intensivləşir, prosesin bundan sonra necə inkişaf edəcəyi gələcək müzakirələrdən asılıdır", Ovannisyan qeyd edib.
Xatırladaq ki, yanvarın 9-da Ermənistan hökuməti "Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında" qanun layihəsini təsdiqləyərək parlamentə göndərib. Eyni zamanda, baş nazir Nikol Paşinyan bəyan edib ki, bu sənəd Aİ-yə üzvlük ərizəsi kimi qəbul edilməməlidir. Onun məqsədi Ermənistanın dərin əməkdaşlığa və birgə fəaliyyət planının hazırlanmasına hazır olduğunu nümayiş etdirməkdir. Baş nazirin sözlərinə görə, yalnız danışıqlardan sonra Aİ-yə üzvlük məsələsinin referenduma çıxarılıb-çıxarılmaması bəlli olacaq.
Eyni zamanda, Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Aİİ və Aİ-yə üzvlük bir araya sığmır, çünki hər iki ittifaq gömrük sərhədlərinin olmamasını və malların, xidmətlərin və işçi qüvvəsinin sərbəst hərəkətini tələb edir.