DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiya 2024-cü ildə İspaniyanın ikinci ən böyük qaz tədarükçüsü olub

© Sputnik / Рамиль Ситдиков"Qazprom"un loqosu, arxiv
Qazpromun loqosu, arxiv - Sputnik Azərbaycan, 1920, 13.01.2025
Abunə olmaq
İspaniya Rusiyadan 72,360 GV/saat ekvivalentində MTQ alıb ki, bu da ümumi idxalın 21,3%-ni təşkil edir
BAKI, 13 yanvar - Sputnik. Rusiya 2024-cü ilin yanvar-dekabr dövründə İspaniyaya ikinci ən böyük mayeləşdirilmiş təbii qaz (MTQ) tədarükçüsüdür.
Bu barədə enerji şirkəti olan “Enagás” bildirib.
Mövcud məlumatlara görə, İspaniya Rusiyadan 72,360 GV/saat ekvivalentində MTQ alıb ki, bu da ümumi idxalın 21,3%-ni təşkil edir. Beləliklə, Rusiya birinci yerdə gələn Əlcəzairdən sonra ikinci, ABŞ isə üçüncü yerdə qərarlaşıb.
2024-cü ilin dekabr ayında İspaniya Rusiyadan qaz alışını əhəmiyyətli dərəcədə artıraraq 5485 GVt/saat alıb ki, bu da həmin ay ümumi tədarükün 20,8%-ni təşkil edib.
Bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyyarto bildirmişdi ki, Ukrayna Rusiya qazının tranzitindən imtina edərək Aİ iqtisadiyyatını növbəti dəfə çətin vəziyyətə salıb.
Xəbər lenti
0