ELM

Qlobal temperaturun 1,5 dərəcə yüksəlməsini həyəcan siqnalıdır

Səhra - Sputnik Azərbaycan, 1920, 13.01.2025
Abunə olmaq
Ötən 2024-cü il 1850-ci ildən bəri rekord həddə çatan ən isti il olub.
BAKI, 13 yanvar — Sputnik. 2024-cü ildə orta temperaturun Selsi üzrə 1,5 dərəcə artması dünya üçün narahatedici əlamətdir. Lakin ölkələrin buna reaksiya verməsi ehtimalı azdır.
Bu barədə yazan "Nature" jurnalı İngiltərədəki "Ekseter" Universitetinin alimi Qeyl Uaytmanın sözlərini sitat gətirib.
"Narahatlıqlardan biri odur ki, bu, hərəkətə deyil, arxayınlığa gətirib çıxaracaq. İnsanlar düşünə bilərlər ki, "görürsən, biz bu xətti keçdik və heç bir şey olmadı", - tədqiqatçı fikrini bildirib.
O, bir çox alim və ekoloqun Braziliyada keçiriləcək BMT-nin iqlim üzrə əsas sammitində bu məsələni qaldıracağına əmin olduğunu bildirib.
Avropanın "Copernicus" iqlim monitorinqi xidmətinin məlumatına görə, ötən 2024-cü il 1850-ci ildən bəri rekord həddə çatan ən isti il olub. Belə ki, orta illik temperatur ilk dəfə sənayedən əvvəlki səviyyəni 1,5 dərəcə Selsi ötüb.
Xəbər lenti
0