https://sputnik.az/20250113/hemas-herekatina-yehya-sinvarin-qardasi-rehberlik-edir---wsj-469960676.html
HƏMAS hərəkatına Yəhya Sinvarın qardaşı rəhbərlik edir - WSJ
HƏMAS hərəkatına Yəhya Sinvarın qardaşı rəhbərlik edir - WSJ
Sputnik Azərbaycan
Ərəb rəsmilərinin dediyinə görə, Məhəmməd Sinvar əsasən pərdə arxasında fəaliyyət göstərərək özünə "Kölgə" ləqəbini qazandırıb. 13.01.2025, Sputnik Azərbaycan
2025-01-13T23:32+0400
2025-01-13T23:32+0400
2025-01-13T23:32+0400
həmas
dünya xəbərləri
həmas
həmas
hərəkat
fələstin
https://cdnn1.img.sputnik.az/img/41316/06/413160661_0:160:3072:1888_1920x0_80_0_0_cf4722bc91f45c9383008f987084a5fb.jpg
BAKI, 13 yanvar — Sputnik. Qəzza zolağında Fələstinin HƏMAS hərəkatına İsrail ordusu tərəfindən öldürülən HƏMAS Siyasi Büro rəhbəri Yəhya Sinvarın kiçik qardaşı Məhəmməd rəhbərlik edir. Bu barədə Wall Street Journal ərəb mənbələrinə istinadən yazır. "İndi ABŞ tərəfindən tanınan terror qruplaşmasına başqa bir Sinvar, Yəhyanın kiçik qardaşı Məhəmməd rəhbərlik edir və o, hərəkatın silahlı qanadını bərpa etməyə çalışır", – nəşr yazır. Qeyd olunur ki, İsrail əsgərləri daha əvvəl Yəhya Sinvarı məhv etdikdən sonra Dohada yerləşən hərəkat rəsmiləri yeni lider təyin etmək əvəzinə kollektiv rəhbərlik şurası yaratmağa qərar veriblər. Lakin Qəzza zolağındakı Həmas üzvləri bununla razılaşmayıblar və indi gənc Sinvarın rəhbərliyi altında ayrıca fəaliyyət göstərirlər. Ərəb rəsmilərinin dediyinə görə, Məhəmməd Sinvar əsasən pərdə arxasında fəaliyyət göstərərək özünə "Kölgə" ləqəbini qazandırıb. 2024-cü ilin oktyabrında İsrail Müdafiə Qüvvələri (IDF) 7 oktyabr 2023-cü ildə İsrailə qarşı misli görünməmiş hücumun əsas təşkilatçısı hesab edilən Sinvarın Qəzza zolağında İsrail hərbçiləri tərəfindən məhv edildiyini rəsmən elan edib. Hərbçilərin məlumatına görə, Sinvar oktyabrın 16-da məhv edilib. ABŞ prezidenti Co Bayden deyib ki, ABŞ kəşfiyyatı İsrailə HƏMAS liderinin izinə düşməyə kömək edib. ABŞ-ın vitse-prezidenti Kamala Harris deyib ki, ABŞ xüsusi təyinatlıları da Sinvarın izinə düşməyə kömək ediblər. HƏMAS hərəkatın Siyasi Büro rəhbərinin ölümünü etiraf edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41316/06/413160661_171:0:2902:2048_1920x0_80_0_0_ff3689505d948c4a50e2267ea22085b5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
həmas, həmas, həmas, hərəkat, fələstin
həmas, həmas, həmas, hərəkat, fələstin
HƏMAS hərəkatına Yəhya Sinvarın qardaşı rəhbərlik edir - WSJ
Ərəb rəsmilərinin dediyinə görə, Məhəmməd Sinvar əsasən pərdə arxasında fəaliyyət göstərərək özünə "Kölgə" ləqəbini qazandırıb.
BAKI, 13 yanvar — Sputnik. Qəzza zolağında Fələstinin HƏMAS hərəkatına İsrail ordusu tərəfindən öldürülən HƏMAS Siyasi Büro rəhbəri Yəhya Sinvarın kiçik qardaşı Məhəmməd rəhbərlik edir. Bu barədə Wall Street Journal ərəb mənbələrinə istinadən yazır.
"İndi ABŞ tərəfindən tanınan terror qruplaşmasına başqa bir Sinvar, Yəhyanın kiçik qardaşı Məhəmməd rəhbərlik edir və o, hərəkatın silahlı qanadını bərpa etməyə çalışır", – nəşr yazır.
Qeyd olunur ki, İsrail əsgərləri daha əvvəl Yəhya Sinvarı məhv etdikdən sonra Dohada yerləşən hərəkat rəsmiləri yeni lider təyin etmək əvəzinə kollektiv rəhbərlik şurası yaratmağa qərar veriblər. Lakin Qəzza zolağındakı Həmas üzvləri bununla razılaşmayıblar və indi gənc Sinvarın rəhbərliyi altında ayrıca fəaliyyət göstərirlər.
Ərəb rəsmilərinin dediyinə görə, Məhəmməd Sinvar əsasən pərdə arxasında fəaliyyət göstərərək özünə "Kölgə" ləqəbini qazandırıb.
2024-cü ilin oktyabrında İsrail Müdafiə Qüvvələri (IDF) 7 oktyabr 2023-cü ildə İsrailə qarşı misli görünməmiş hücumun əsas təşkilatçısı hesab edilən Sinvarın Qəzza zolağında İsrail hərbçiləri tərəfindən məhv edildiyini rəsmən elan edib. Hərbçilərin məlumatına görə, Sinvar oktyabrın 16-da məhv edilib. ABŞ prezidenti Co Bayden deyib ki, ABŞ kəşfiyyatı İsrailə HƏMAS liderinin izinə düşməyə kömək edib. ABŞ-ın vitse-prezidenti Kamala Harris deyib ki, ABŞ xüsusi təyinatlıları da Sinvarın izinə düşməyə kömək ediblər. HƏMAS hərəkatın Siyasi Büro rəhbərinin ölümünü etiraf edib.