NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Vuçuç Azərbaycana təşəkkür etdi: Fors-majora rəğmən Serbiyaya qaz təchizatı dayanmayacaq

© Official website of President of Azerbaijan RepublicAleksandar Vuçiç və İlham Əliyev, arxiv
Aleksandar Vuçiç və İlham Əliyev, arxiv - Sputnik Azərbaycan, 1920, 12.01.2025
Abunə olmaq
Serbiya Prezidenti Aleksandar Vuçiç sosial şəbəkə hesabında Azərbaycana və tezliklə Belqradda böyük səbirsizliklə gözlədiyi Prezident İlham Əliyevə sonsuz təşəkkürünü bildirib.
BAKI, 12 dekabr - Sputnik. Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycana təşəkkürünü bildirib.
Bu barədə Serbiya lideri sosial şəbəkədə yazıb.

“Azərbaycandan olan qardaş və dostlarımız məni məlumatlandırdılar ki, fors-major səbəbindən yaranan obyektiv problemlərə baxmayaraq, Serbiyaya qaz təchizatı dayandırılmayacaq. Azərbaycana və tezliklə Belqradda böyük səbirsizliklə gözlədiyim Prezident İlham Əliyevə sonsuz təşəkkürümü bildirirəm” – dövlət başçısı qeyd edib.

Xatırladaq ki, dekabrın 10-da “Şahdəniz” yatağının texniki operatoru olan “bP-Azerbaijan” şirkəti kondensatın nəqli üçün nəzərdə tutulmuş sualtı boru kəmərindəki texniki nasazlıq səbəbindən "Alpha" platformasının işini dayandırdığını açıqlayıb.
Bundan əvvəl Serbiya prezidenti Aleksandr Vuçiç Azərbaycandan qaz axınının gündəlik 1,7 milyon kubmetr qaz tədarükünə təsir edən fors-major vəziyyətə görə dayandırıldığını bildirib. Bununla belə, hökumət mənbələri tədarükün bərpasının bir və ya iki ay çəkəcəyi ilə bağlı məlumatları inkar edərək, vəziyyətin nəzarət altında və müvəqqəti olduğunu vurğulayıb.
bP təsdiq edib ki, "Şahdəniz Alfa"da olan problem boru kəmərinə və ətraf mühitə ziyan vurmadan lokallaşdırılıb. Platformada işlər ehtiyat tədbirləri olaraq müvəqqəti dayandırılıb. Bununla belə, bP tərəfləri əmin edib ki, bu, Şahdəniz yatağının istismar qabiliyyətinə təsirsiz ötüşüb.
"Şahdəniz Bravo" platforması tam gücü ilə işləməyə davam edir, Türkiyə və Avropa bazarlarına qaz tədarükünü həyata keçirir. Bu həftənin əvvəlində Bolqarıstan rəsmiləri müqavilə əsasında qaz tədarükünün qısa müddətə dayandırıldığını bildirsələr də, hazırda bu, bərpa olunub.
Azərbaycan qazı Serbiyanın enerji təhlükəsizliyində əsas rol oynayır. Serbiya ildə 3 milyard kubmetrdən çox qaz istehlak edir və bu ildən 400 milyon kubmetr qaz Azərbaycandan alınıb. Hazırda Serbiyanın qaz təchizatının əhəmiyyətli hissəsi Rusiyadan gəlir, bu isə ölkənin enerji təhlükəsizliyi və geopolitik mövqeyi üçün ciddi bir məsələdir. Eyni zamanda, Serbiya Avropa İttifaqına daxil olmaq üçün danışıqlar aparır və bu proses Rusiyanın enerji təchizatından asılılığını azaltmaq önəmli bir addım olaraq qiymətləndirilir.
Həm hökumət, həm də bP-dən olan mənbələr "Şahdəniz Alfa"dakı texniki problemin mümkün qədər tez həlli üçün səylərin davam etdirildiyini bildirir. "Şahdəniz" yatağı, Cənubi Qafqazda yerləşən, Azərbaycan qazının Avropa bazarlarına tədarükü üçün mühüm bir mənbə olaraq qalır. Bu yataq, Avropanın enerji diversifikasiyası strategiyasının əsas tərkib hissəsi kimi qəbul edilir, çünki "Şahdəniz"dən çıxarılan təbii qaz, Avropanın enerji təhlükəsizliyini artırmağa və enerji tədarükünün müxtəlif mənbələrdən təmin olunmasına kömək edir.
Qaz kəməri, arxiv - Sputnik Azərbaycan, 1920, 12.01.2025
NEFT-QAZ
"Şahdəniz Alfa"dakı qəza: Azərbaycan qazının Serbiyaya tədarükü tezliklə bərpa olunacaq
Xəbər lenti
0