NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

"Şahdəniz" yatağında nə baş verir?

© Photo : BP Press Service"Şahdəniz" platforması, arxiv
Şahdəniz platforması, arxiv - Sputnik Azərbaycan, 1920, 12.01.2025
Abunə olmaq
"Alfa" platforması ilə Səngəçal terminalı arasındakı sualtı kondensat boru kəmərində texniki problem yaranıb.
BAKI, 12 yanvar - Sputnik. "Şahdəniz" qaz-kondensat yatağında "Bravo" platforması tam gücü ilə işləyir.
Bu barədə “BP-Azerbaijan” mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib.
Onun sözlərinə görə, platformada heç bir problem yoxdur.
""Alfa" platforması ilə Səngəçal terminalı arasındakı sualtı kondensat boru kəmərində texniki problemlə üzləşmişik. Bu səbəbdən də platformanı dayandırmalı olmuşuq. Platforma, oradakı insanlar və digər əlaqədar qurğular tam təhlükəsizdir" - Tamam Bayatlı "APA-Economics"ə deyib.
O, bildirib ki, hazırda problemin mümkün qədər tez aradan qaldırılması üçün bütün lazımi işlər aparılır.
Qeyd edək ki, bir neçə gün əvvəv “Şahdəniz” yatağının texniki operatoru olan “bP-Azerbaijan” şirkəti kondensatın nəqli üçün nəzərdə tutulmuş sualtı boru kəmərindəki texniki nasazlıq səbəbindən "Alpha" platformasının işini dayandırıb.
"Platformanın özündə heç bir problem yoxdur. Texniki problem "Alpha" platformasını Səngəçal terminalı ilə birləşdirən kondensatın nəqli üçün sualtı boru kəmərində yaranıb. Bu səbəbdən biz bu platformanın işini dayandırmışıq" - T.Bayatlı qeyd edib.
Serbiya prezidenti Aleksandr Vuçiç Azərbaycandan qaz axınının gündəlik 1,7 milyon kubmetr qaz tədarükünə təsir edən fors-major vəziyyətə görə dayandırıldığını bildirib
Xəbər lenti
0