https://sputnik.az/20250112/erdogan-novbeti-defe-prezidentliye-namized-olacagini-brahim-tatlisesin-dili-ile-dedi-469944648.html
Ərdoğan növbəti dəfə prezidentliyə namizəd olacağını İbrahim Tatlısəsin dili ilə dedi
Ərdoğan növbəti dəfə prezidentliyə namizəd olacağını İbrahim Tatlısəsin dili ilə dedi
Sputnik Azərbaycan
Ərdoğan növbəti dəfə prezidetliyə namizəd olacağı barədə dialoqun ardından İbrahim Tatlısəslə birlikdə "Urfalıyam" mahnısını oxuyub. 12.01.2025, Sputnik Azərbaycan
2025-01-12T13:10+0400
2025-01-12T13:10+0400
2025-01-12T13:10+0400
dünya xəbərləri
rəcəb tayyip ərdoğan
ibrahim tatlısəs
türkiyə
prezident seçkiləri
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/12/468828976_0:0:2187:1231_1920x0_80_0_0_27d7722f6c6ad20e8507acaa9fe3ed62.jpg
BAKI, 12 yanvar - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə prezidentliyə namizədliyini irəli sürmək niyyətindədir.Yanvarın 11-də Ərdoğan Türkiyənin cənub-şərqində yerləşən Şanlıurfa şəhərində Ədalət və İnkişaf Partiyasının əyalət təşkilatlarının qurultayında çıxış edib.Tədbir zamanı türkiyəli müğənni İbrahim Tatlısəs Prezidentə qarşıdan gələn seçkilərdə namizəd olub-olmayacağı ilə bağlı sual verib.“Əgər sən varsansa, varam” - deyə Ərdoğan cavab verib.İbrahim Tatlısəs də öz növbəsində, "ölümünə varam" deyib. Bundan sonra Ərdoğan Tatlısəslə birlikdə "Urfalıyam" mahnısını oxuyub. Bundan əvvəl Türkiyə liderinin baş müşaviri və Türkiyə Prezident yanında Hüquq Siyasəti Şurasının sədr müavini Mehmet Ucum bəyan etmişdi ki, parlament 2027-ci ilin ikinci yarısında növbədənkənar seçkilərin keçirilməsinə qərar verərsə, Ərdoğan yenidən dövlət başçısı postuna namizədliyini irəli sürə bilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/12/468828976_158:0:2102:1458_1920x0_80_0_0_32f017f2fcd196cb4a7527a90c652f50.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rəcəb tayyip ərdoğan, ibrahim tatlısəs, türkiyə, prezident seçkiləri
rəcəb tayyip ərdoğan, ibrahim tatlısəs, türkiyə, prezident seçkiləri
Ərdoğan növbəti dəfə prezidentliyə namizəd olacağını İbrahim Tatlısəsin dili ilə dedi
Ərdoğan növbəti dəfə prezidetliyə namizəd olacağı barədə dialoqun ardından İbrahim Tatlısəslə birlikdə "Urfalıyam" mahnısını oxuyub.
BAKI, 12 yanvar - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə prezidentliyə namizədliyini irəli sürmək niyyətindədir.
Yanvarın 11-də Ərdoğan Türkiyənin cənub-şərqində yerləşən Şanlıurfa şəhərində Ədalət və İnkişaf Partiyasının əyalət təşkilatlarının qurultayında çıxış edib.
Tədbir zamanı türkiyəli müğənni İbrahim Tatlısəs Prezidentə qarşıdan gələn seçkilərdə namizəd olub-olmayacağı ilə bağlı sual verib.
“Əgər sən varsansa, varam” - deyə Ərdoğan cavab verib.
İbrahim Tatlısəs də öz növbəsində, "ölümünə varam" deyib. Bundan sonra Ərdoğan Tatlısəslə birlikdə "Urfalıyam" mahnısını oxuyub.
Bundan əvvəl Türkiyə liderinin baş müşaviri və Türkiyə Prezident yanında Hüquq Siyasəti Şurasının sədr müavini Mehmet Ucum bəyan etmişdi ki, parlament 2027-ci ilin ikinci yarısında növbədənkənar seçkilərin keçirilməsinə qərar verərsə, Ərdoğan yenidən dövlət başçısı postuna namizədliyini irəli sürə bilər.