https://sputnik.az/20250112/bakida-genc-qiz-burun-emeliyyatindan-sonra-komaya-dusub-469918135.html
Məşhur həkimin etdiyi burun əməliyyatından sonra komaya düşən gənc qız vəfat edib
Məşhur həkimin etdiyi burun əməliyyatından sonra komaya düşən gənc qız vəfat edib
Sputnik Azərbaycan
Nəzrin Mansurova yanvarın 3-də plastik cərrah Sənan Mehdiyev tərəfindən əməliyyat edilib. Bir gün sonra qız komaya düşüb. 12.01.2025, Sputnik Azərbaycan
2025-01-12T16:03+0400
2025-01-12T16:03+0400
2025-01-12T17:00+0400
əməliyyat
səhiyyə
burun
estetik əməliyyat
ölüm
plastik cərrah sənan mehdiyev
https://cdnn1.img.sputnik.az/img/07e9/01/0a/469917845_0:259:3067:1984_1920x0_80_0_0_004361f75d7d2a5afc50dc68936b8a4f.jpg
BAKI, 12 yanvar — Sputnik. Burun əməliyyatından sonra komaya düşən 30 yaşlı Nəzrin Mansurova bu gün vəfat edib.Bu barədə onun müalicə aldığı xəstəxanadan bildirilib.N.Mansurova yanvarın 5-də də “Liv Bona Dea” hospitalının reanimasiya şöbəsinə kritik vəziyyətdə daxil olub. Xəstə süni-tənəffüs aparatına qoşulub, intensiv müalicə aparılıb. Göstərilən səylərə baxmayaraq, xəstə komadan ayılmayıb və dünyasını dəyişib (Report).Xatırladaq ki, sosial şəbəkədə burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyata girən N.Mansurovanın sonradan komaya düşdüyü barədə məlumatlar yayılıb. İddia olunur ki, onun beyninə çirk dolub.10.01.25, 10:46Bakıda gənc qız məşhur həkimin etdiyi burun əməliyyatından sonra komaya düşübBurun əməliyyatı etdirən 30 yaşlı Nəzrin Mansurovanın komaya düşməsi ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində (AEM) yoxlama başlanılıb.Bu barədə Sputnik Azərbaycan-a Mərkəzin mətbuat katibi Mətin Məcidli məlumat verib. "Baş vermiş faktın araşdırılması ilə bağlı yoxlamanın başlanılması barədə göstəriş verilib. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən keçirilən yoxlama başa çatdıqdan sonra nəticəsi barədə məlumat veriləcək" - M. Məcidli bildirib.Qeyd edək ki, burun əməliyyatı etdirən 30 yaşlı Nəzrin Mansurova 3 gündən çoxdur ki, komadadır. Burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyata girən qadının beyninə çirk yayıldığı iddia olunur. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə zərərçəkənin atası Aydın Abışzadə "Baku TV"yə açıqlamasında deyib. Onun sözlərinə görə, qızının vəziyyəti sonradan pisləşib: "Həkim Sənan Mehdiyev qızımın əməliyyatını edib. Yanvarın 3-ü əməliyyat oldu, 1 gün sonra halı pisləşdi. Koma vəziyyətində xəstəxanaya gətirdik. Qızımın vəziyyəti pisləşən kimi həkimə zəng etdik, dedi ki, bu hal normaldır, düzələcək. Ancaq burun əməliyyatı çox pis fəsadlara səbəb olub. Qızım 3 gündür komadadır, ayılmır. Beyni artıq fəaliyyətini dayandırıb. Həkimlərin verdiyi rəyə görə, əməliyyat zamanı beyni zədələnib". Əməliyyatı icra edən həkim Sənan Mehdiyevin yanaşması isə fərqlidir. Onun sözlərinə görə, əməliyyat zamanı heç bir problem olmayıb: "Xəstə kafi vəziyyətdə palataya yerləşdirilib. Ertəsi gün isə evə yola salınıb. Qeyd edim ki, xəstənin tomoqrafiya nəticələrinə görə, kəllə sümüklərində baş vermiş heç bir travmadan söhbət gedə bilməz". Qeyd edək ki, bu, cərrah S.Mehdiyevlə bağlı ilk hadisə deyil. 2015-ci ilin martında həmin həkimin əməliyyat etdiyi 18 yaşlı Leyla Mürsəlova klinikada vəfat etmişdi. Ailəsinin uzun müddət davam edən şikayətlərindən sonra hadisə araşdırıldı və S.Mehdiyev 8 ay 23 gün müddətinə azadlıqdan məhrum edildi. Lakin onun azadlıqdan məhrumetmə cəzası əvvəllər barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ilə əvəzləndi və cəzası çəkilmiş hesab olundu.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e9/01/0a/469917845_250:0:2979:2047_1920x0_80_0_0_de135459e062c5be1350fcd3cd875953.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
əməliyyat, burun, estetik əməliyyat, ölüm, plastik cərrah sənan mehdiyev
əməliyyat, burun, estetik əməliyyat, ölüm, plastik cərrah sənan mehdiyev
Məşhur həkimin etdiyi burun əməliyyatından sonra komaya düşən gənc qız vəfat edib
16:03 12.01.2025 (Yenilənib: 17:00 12.01.2025) Nəzrin Mansurova yanvarın 3-də plastik cərrah Sənan Mehdiyev tərəfindən əməliyyat edilib. Bir gün sonra qız komaya düşüb.
BAKI, 12 yanvar — Sputnik. Burun əməliyyatından sonra komaya düşən 30 yaşlı Nəzrin Mansurova bu gün vəfat edib.
Bu barədə onun müalicə aldığı xəstəxanadan bildirilib.
N.Mansurova yanvarın 5-də də “Liv Bona Dea” hospitalının reanimasiya şöbəsinə kritik vəziyyətdə daxil olub. Xəstə süni-tənəffüs aparatına qoşulub, intensiv müalicə aparılıb. Göstərilən səylərə baxmayaraq, xəstə komadan ayılmayıb və dünyasını dəyişib (Report).
Xatırladaq ki, sosial şəbəkədə burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyata girən N.Mansurovanın sonradan komaya düşdüyü barədə məlumatlar yayılıb. İddia olunur ki, onun beyninə çirk dolub.
Bakıda gənc qız məşhur həkimin etdiyi burun əməliyyatından sonra komaya düşüb
Burun əməliyyatı etdirən 30 yaşlı Nəzrin Mansurovanın komaya düşməsi ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində (AEM) yoxlama başlanılıb.
Bu barədə Sputnik Azərbaycan-a Mərkəzin mətbuat katibi Mətin Məcidli məlumat verib.
"Baş vermiş faktın araşdırılması ilə bağlı yoxlamanın başlanılması barədə göstəriş verilib. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən keçirilən yoxlama başa çatdıqdan sonra nəticəsi barədə məlumat veriləcək" - M. Məcidli bildirib.
Qeyd edək ki, burun əməliyyatı etdirən 30 yaşlı Nəzrin Mansurova 3 gündən çoxdur ki, komadadır. Burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyata girən qadının beyninə çirk yayıldığı iddia olunur. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə zərərçəkənin atası Aydın Abışzadə "Baku TV"yə açıqlamasında deyib.
Onun sözlərinə görə, qızının vəziyyəti sonradan pisləşib:
"Həkim Sənan Mehdiyev qızımın əməliyyatını edib. Yanvarın 3-ü əməliyyat oldu, 1 gün sonra halı pisləşdi. Koma vəziyyətində xəstəxanaya gətirdik. Qızımın vəziyyəti pisləşən kimi həkimə zəng etdik, dedi ki, bu hal normaldır, düzələcək. Ancaq burun əməliyyatı çox pis fəsadlara səbəb olub. Qızım 3 gündür komadadır, ayılmır. Beyni artıq fəaliyyətini dayandırıb. Həkimlərin verdiyi rəyə görə, əməliyyat zamanı beyni zədələnib".
Əməliyyatı icra edən həkim Sənan Mehdiyevin yanaşması isə fərqlidir. Onun sözlərinə görə, əməliyyat zamanı heç bir problem olmayıb:
"Xəstə kafi vəziyyətdə palataya yerləşdirilib. Ertəsi gün isə evə yola salınıb. Qeyd edim ki, xəstənin tomoqrafiya nəticələrinə görə, kəllə sümüklərində baş vermiş heç bir travmadan söhbət gedə bilməz".
Qeyd edək ki, bu, cərrah S.Mehdiyevlə bağlı ilk hadisə deyil. 2015-ci ilin martında həmin həkimin əməliyyat etdiyi 18 yaşlı Leyla Mürsəlova klinikada vəfat etmişdi. Ailəsinin uzun müddət davam edən şikayətlərindən sonra hadisə araşdırıldı və S.Mehdiyev 8 ay 23 gün müddətinə azadlıqdan məhrum edildi. Lakin onun azadlıqdan məhrumetmə cəzası əvvəllər barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ilə əvəzləndi və cəzası çəkilmiş hesab olundu.