https://sputnik.az/20250112/antarktidada-yasi-milyon-ilden-cox-olan-buz-tebeqesi-tapildi-469925767.html
Antarktidada yaşı milyon ildən çox olan buz təbəqəsi tapıldı
Antarktidada yaşı milyon ildən çox olan buz təbəqəsi tapıldı
Sputnik Azərbaycan
Cənub qütbünün ucqarlarında 2,8 km dərinlikdən buz təbəqəsi çıxarılıb. 12.01.2025, Sputnik Azərbaycan
2025-01-12T23:59+0400
2025-01-12T23:59+0400
2025-01-12T23:59+0400
antarktida
elm
cənub
avropa ittifaqı
bakteriya
https://cdnn1.img.sputnik.az/img/40347/87/403478740_0:62:2816:1646_1920x0_80_0_0_a76d40385442800d7a48d343ccf8cae5.jpg
BAKI, 12 yanvar — Sputnik. Alimlər Antarktidada 2,8 km dərinlikdən qədim buz təbəqəsini çıxarıblar. Bu barədə Avropa Komissiyası (AK) tərəfindən maliyyələşdirilən "Beyond Epica" elmi layihəsinin saytında məlumat verilib. Dörd illik qazma işlərindən sonra tədqiqatçılar Antarktida buz təbəqəsinin altındakı əsas qaya süxurların parçasını çıxarmağa nail olublar və onlar orada "yaşı 1,2 milyon ildən çox ola biləcək parnik qazları ilə köhnə havanın toxunulmamış nümunələrini" tapmağa ümid edirlər. Alimlərin fikrincə, buz parçası "Yerin iqlimi və atmosferinin tarixi haqqında ən vacib detalları açıqlayacaq". Hazırda onu infraqırmızı lampalar altında araşdırırlar. İqlim dəyişikliyi üzrə mütəxəssislərin fikrincə, qədim buz kütləsi karbon dövrü ilə Yerin temperaturu arasındakı əlaqəni aşkar etməyə kömək edə bilər. "Beyond Epica" layihəsində Avropa İttifaqının 10 ölkəsindən olan 12 elmi institutun nümayəndələri iştirak edirlər. Bundan əvvəl Antarktika sularında plastik üzərində təhlükəli bakteriyaların qrupları da aşkar edilib. Bu yaxınlarda alimlər həmçinin Antarktika buzlarının əriməsinin vulkan püskürmələrinə səbəb ola biləcəyini öyrəniblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40347/87/403478740_270:0:2547:1708_1920x0_80_0_0_99d48674156674b429000cc06842b1fc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
antarktida, cənub, avropa ittifaqı, bakteriya
antarktida, cənub, avropa ittifaqı, bakteriya
Antarktidada yaşı milyon ildən çox olan buz təbəqəsi tapıldı
Cənub qütbünün ucqarlarında 2,8 km dərinlikdən buz təbəqəsi çıxarılıb.
BAKI, 12 yanvar — Sputnik. Alimlər Antarktidada 2,8 km dərinlikdən qədim buz təbəqəsini çıxarıblar.
Bu barədə Avropa Komissiyası (AK) tərəfindən maliyyələşdirilən "Beyond Epica" elmi layihəsinin saytında məlumat verilib.
Dörd illik qazma işlərindən sonra tədqiqatçılar Antarktida buz təbəqəsinin altındakı əsas qaya süxurların parçasını çıxarmağa nail olublar və onlar orada "yaşı 1,2 milyon ildən çox ola biləcək parnik qazları ilə köhnə havanın toxunulmamış nümunələrini" tapmağa ümid edirlər. Alimlərin fikrincə, buz parçası "Yerin iqlimi və atmosferinin tarixi haqqında ən vacib detalları açıqlayacaq". Hazırda onu infraqırmızı lampalar altında araşdırırlar.
İqlim dəyişikliyi üzrə mütəxəssislərin fikrincə, qədim buz kütləsi karbon dövrü ilə Yerin temperaturu arasındakı əlaqəni aşkar etməyə kömək edə bilər.
"Beyond Epica" layihəsində Avropa İttifaqının 10 ölkəsindən olan 12 elmi institutun nümayəndələri iştirak edirlər.
Bundan əvvəl Antarktika sularında plastik üzərində təhlükəli bakteriyaların qrupları da aşkar edilib.
Bu yaxınlarda alimlər həmçinin Antarktika buzlarının əriməsinin vulkan püskürmələrinə səbəb ola biləcəyini öyrəniblər.