https://sputnik.az/20250112/abs-nin-kaliforniya-statinda-fovqelade-veziyyet-elan-olunub-469878926.html
Bacarıqsız siyasətçilər Los-Ancelesdəki yanğını söndürməyin yolunu tapa bilmirlər - Tramp
Bacarıqsız siyasətçilər Los-Ancelesdəki yanğını söndürməyin yolunu tapa bilmirlər - Tramp
Sputnik Azərbaycan
ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Kaliforniyada davam edən meşə yanğınları ilə bağlı bildirib ki, minlərlə ecazkar evlər yox olub və çoxları tezliklə... 12.01.2025, Sputnik Azərbaycan
2025-01-12T18:23+0400
2025-01-12T18:23+0400
2025-01-12T17:26+0400
abş
dünya xəbərləri
yanğın
kaliforniya
fövqəladə vəziyyət
https://cdnn1.img.sputnik.az/img/07e9/01/08/469878737_0:111:3070:1838_1920x0_80_0_0_74b9db5969e3a7c9b54414f7373b07b1.jpg
BAKI, 12 yanvar — Sputnik. Yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Kaliforniya rəsmilərini Los-Anceles ətrafında ölümcül meşə yanğınları ilə bağlı səriştəsizlikdə ittiham edib.Tramp bu barədə X sosial platformasında paylaşım edib.Donald Tramp paylaşımda hazırkı administrasiyanı və Kaliforniya rəsmilərini sərt tənqid edib."Los-Ancelesdə yanğınlar hələ də davam edir. Bacarıqsız siyasətçilər onları söndürmək üçün bir yol tapa bilmirlər" - Tramp deyib.O, əlavə edib ki, minlərlə ecazkar evlər yox olub və çoxları tezliklə məhv olacaq: “Hər yerdə ölüm var. Bu, ölkəmizin tarixindəki ən dəhşətli fəlakətlərdən biridir. Yanğınları söndürə bilmirlər. Bunlara nə olub?".Qeyd edək ki, ABŞ-ın Kaliforniya ştatının Los-Anceles ərazisini meşə yanğınları bürüyüb, yanğın 11 min hektar ərazini əhatə edib, 16 nəfər ölüb.Aşağı rütubət və güclü külək səbəbindən ərazidə altı yanğın baş verir.AccuWeather konsaltinq şirkətinin proqnozlarına görə, təbii fəlakətdən dəymiş ziyan və iqtisadi itkilər təxminən 52-57 milyard dollar təşkil edəcək.Yanvarın 11-də Azərbaycanın Xarici İşlər Nazirliyi Kaliforniyada baş verən meşə yanğınlarında həlak olanlarla bağlı ABŞ hökumətinə və xalqına başsağlığı verib.08.01.25, 14:35ABŞ-nin Kaliforniya ştatında fövqəladə vəziyyət elan olunubABŞ-nin Kaliforniya ştatında fövqəladə vəziyyət elan olunub. Xarici KİV-lər xəbər verir ki, bu barədə ştat qubernatorunun rəsmi saytında məlumat yayılıb. Bildirilib ki, qubernator Qavin Nyusom Cənubi Kaliforniyada sürətlə yayılan meşə yanğını səbəbindən təxminən 30 min insanın təxliyə edilməsi əmrindən sonra bu qərarı verib. Meşə yanğını çərşənbə axşamı səhər saatlarında Los-Ancelesin zəngin yaşayış məhəlləsində qeydə alınıb. Günortadan sonra yanğın təxminən 5,1 kvadratkilometr ərazini əhatə edib. Los-Anceles yanğınsöndürmə idarəsinin məlumatına görə, yanğın bir çox evlərə ziyan vurub və 10 mindən çox mənzil təhlükə ilə üzləşib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e9/01/08/469878737_161:0:2892:2048_1920x0_80_0_0_2945cebceef27ea276ba5b5bb80b3e55.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
abş, yanğın, kaliforniya, fövqəladə vəziyyət
abş, yanğın, kaliforniya, fövqəladə vəziyyət
Bacarıqsız siyasətçilər Los-Ancelesdəki yanğını söndürməyin yolunu tapa bilmirlər - Tramp
ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Kaliforniyada davam edən meşə yanğınları ilə bağlı bildirib ki, minlərlə ecazkar evlər yox olub və çoxları tezliklə məhv olacaq.
BAKI, 12 yanvar — Sputnik. Yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Kaliforniya rəsmilərini Los-Anceles ətrafında ölümcül meşə yanğınları ilə bağlı səriştəsizlikdə ittiham edib.
Tramp bu barədə X sosial platformasında paylaşım edib.
Donald Tramp paylaşımda hazırkı administrasiyanı və Kaliforniya rəsmilərini sərt tənqid edib.
"Los-Ancelesdə yanğınlar hələ də davam edir. Bacarıqsız siyasətçilər onları söndürmək üçün bir yol tapa bilmirlər" - Tramp deyib.
O, əlavə edib ki, minlərlə ecazkar evlər yox olub və çoxları tezliklə məhv olacaq: “Hər yerdə ölüm var. Bu, ölkəmizin tarixindəki ən dəhşətli fəlakətlərdən biridir. Yanğınları söndürə bilmirlər. Bunlara nə olub?".
Qeyd edək ki, ABŞ-ın Kaliforniya ştatının Los-Anceles ərazisini meşə yanğınları bürüyüb, yanğın 11 min hektar ərazini əhatə edib, 16 nəfər ölüb.
Aşağı rütubət və güclü külək səbəbindən ərazidə altı yanğın baş verir.
AccuWeather konsaltinq şirkətinin proqnozlarına görə, təbii fəlakətdən dəymiş ziyan və iqtisadi itkilər təxminən 52-57 milyard dollar təşkil edəcək.
Yanvarın 11-də Azərbaycanın Xarici İşlər Nazirliyi Kaliforniyada baş verən meşə yanğınlarında həlak olanlarla bağlı ABŞ hökumətinə və xalqına başsağlığı verib.
ABŞ-nin Kaliforniya ştatında fövqəladə vəziyyət elan olunub
ABŞ-nin Kaliforniya ştatında fövqəladə vəziyyət elan olunub.
Xarici KİV-lər xəbər verir ki, bu barədə ştat qubernatorunun rəsmi saytında məlumat yayılıb.
Bildirilib ki, qubernator Qavin Nyusom Cənubi Kaliforniyada sürətlə yayılan meşə yanğını səbəbindən təxminən 30 min insanın təxliyə edilməsi əmrindən sonra bu qərarı verib.
Meşə yanğını çərşənbə axşamı səhər saatlarında Los-Ancelesin zəngin yaşayış məhəlləsində qeydə alınıb. Günortadan sonra yanğın təxminən 5,1 kvadratkilometr ərazini əhatə edib.
Los-Anceles yanğınsöndürmə idarəsinin məlumatına görə, yanğın bir çox evlərə ziyan vurub və 10 mindən çox mənzil təhlükə ilə üzləşib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.