https://sputnik.az/20250111/resmi-revan-minsk-qrupunun-legvi-ucun-atet-e-muraciet-ede-biler-469937178.html
Rəsmi İrəvan Minsk qrupunun ləğvi üçün ATƏT-ə müraciət edə bilər
Rəsmi İrəvan Minsk qrupunun ləğvi üçün ATƏT-ə müraciət edə bilər
Sputnik Azərbaycan
Yanvarın 9-da Ermənistanın baş naziri bildirib ki, İrəvan Bakıya Minsk Qrupunu ləğv etməyi təklif edir. 11.01.2025, Sputnik Azərbaycan
2025-01-11T13:13+0400
2025-01-11T13:13+0400
2025-01-11T13:13+0400
dünya xəbərləri
yerevan
minsk qrupu
müraciət
ləğv
https://cdnn1.img.sputnik.az/img/07e7/09/18/458932406_0:0:3077:1731_1920x0_80_0_0_6cd90842b6d373360c07dc14573af952.jpg
BAKI, 11 yanvar - Sputnik. Ermənistan tərəfi Qarabağ nizamlanması üzrə Minsk qrupunun ləğvi üçün ATƏT-ə müraciət etmək imkanını nəzərdən keçirir. Bu barədə RİA Novosti Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryana istinadən məlumat verib.Minsk qrupunun buraxılması Azərbaycanın Ermənistana qarşı qoyduğu tələblərdən biri idi.Yanvarın 9-da Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan Bakıya Minsk Qrupunu ləğv etməyi təklif edir. 2024-cü ilin dekabrında o, Qarabağ üzrə ATƏT-in Minsk Qrupunun buraxılması ideyası ilə bağlı Ermənistanın mövqeyinin konstruktiv olduğunu bəyan edib. Onun fikrincə, əgər münaqişə yoxdursa, deməli, bu formatın mövcudluğunun heç bir mənası yoxdur.Xatırladaq ki, Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) 36 il əvvəl birtərəfli qaydada Azərbaycan SSR-dən ayrıldığını bəyan edib. SSRİ-nin dağılmasından, DQMV silahlı münaqişədən (1992-1994) və həmin ərazilərdən azərbaycanlı əhalinin zorla qovulmasından sonra bölgədə uzun illər ərzində ermənilərin yaşadığı, separatçı, heç bir dövlət tətərindən tanınmamış qondarma "respublika" mövcud olub.2020-ci ilin sentyabrında Qarabağda döyüşlər yenidən bərpa olunub. Moskvanın vasitəçiliyi ilə noyabrın 10-na keçən gecə tərəflər atəşi dayandırmaq barədə razılığa gəliblər. Nəticədə Azərbaycan tərəfi Dağlıq Qarabağ və ətrafındakı bütün rayonları qaytarıb.2023-cü ilin may ayının sonunda Paşinyan bəyan edib ki, İrəvan Azərbaycanın sovet sərhədləri daxilində, yəni Qarabağla birlikdə suverenliyini tanımağa hazırdır.2023-cü ilin sentyabrında Azərbaycan separatçıların nəzarəti altında olan ərazilərdə 24 saatlıq hərbi əməliyyat keçirib və həminm ərazilərdə Azərbaycan bayrağı qaldırılıb.Azərbaycan prezidenti İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpa olunduğunu bəyan edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/18/458932406_128:0:2857:2047_1920x0_80_0_0_c44a3562f563ec89b16744f2d796c59f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yerevan, minsk qrupu, müraciət, ləğv
yerevan, minsk qrupu, müraciət, ləğv
Rəsmi İrəvan Minsk qrupunun ləğvi üçün ATƏT-ə müraciət edə bilər
Yanvarın 9-da Ermənistanın baş naziri bildirib ki, İrəvan Bakıya Minsk Qrupunu ləğv etməyi təklif edir.
BAKI, 11 yanvar - Sputnik. Ermənistan tərəfi Qarabağ nizamlanması üzrə Minsk qrupunun ləğvi üçün ATƏT-ə müraciət etmək imkanını nəzərdən keçirir. Bu barədə RİA Novosti Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryana istinadən məlumat verib.
“Ermənistan Respublikası Minsk Qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etmək imkanını nəzərdən keçirir”, - Bağdasaryan Facebook* sosial şəbəkəsində (Rusiya Federasiyasında ekstremist kimi qadağan olunub) bildirib.
Minsk qrupunun buraxılması Azərbaycanın Ermənistana qarşı qoyduğu tələblərdən biri idi.
Yanvarın 9-da Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan Bakıya Minsk Qrupunu ləğv etməyi təklif edir.
2024-cü ilin dekabrında o, Qarabağ üzrə ATƏT-in Minsk Qrupunun buraxılması ideyası ilə bağlı Ermənistanın mövqeyinin konstruktiv olduğunu bəyan edib. Onun fikrincə, əgər münaqişə yoxdursa, deməli, bu formatın mövcudluğunun heç bir mənası yoxdur.
Xatırladaq ki, Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) 36 il əvvəl birtərəfli qaydada Azərbaycan SSR-dən ayrıldığını bəyan edib. SSRİ-nin dağılmasından, DQMV silahlı münaqişədən (1992-1994) və həmin ərazilərdən azərbaycanlı əhalinin zorla qovulmasından sonra bölgədə uzun illər ərzində ermənilərin yaşadığı, separatçı, heç bir dövlət tətərindən tanınmamış qondarma "respublika" mövcud olub.
2020-ci ilin sentyabrında Qarabağda döyüşlər yenidən bərpa olunub. Moskvanın vasitəçiliyi ilə noyabrın 10-na keçən gecə tərəflər atəşi dayandırmaq barədə razılığa gəliblər. Nəticədə Azərbaycan tərəfi Dağlıq Qarabağ və ətrafındakı bütün rayonları qaytarıb.
2023-cü ilin may ayının sonunda Paşinyan bəyan edib ki, İrəvan Azərbaycanın sovet sərhədləri daxilində, yəni Qarabağla birlikdə suverenliyini tanımağa hazırdır.
2023-cü ilin sentyabrında Azərbaycan separatçıların nəzarəti altında olan ərazilərdə 24 saatlıq hərbi əməliyyat keçirib və həminm ərazilərdə Azərbaycan bayrağı qaldırılıb.
Azərbaycan prezidenti İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpa olunduğunu bəyan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.