ELM

Günəşdə güclü partlayış proqnozlaşdırılır - insanların həyatı üçün təhlükə var

© iStock.com / PitrisGünəşdə partlayış, arxiv
Günəşdə partlayış, arxiv - Sputnik Azərbaycan, 1920, 11.01.2025
Abunə olmaq
Sergey Yazevin sözlərinə görə, günəş partlayışları nəticəsində Yerə çoxlu sayda yüklü hissəciklərin buraxılması güclü maqnit qasırğalarına səbəb ola bilər.
BAKI, 11 yanvar — Sputnik. Bu il Günəşdə xüsusilə güclü partlayışlar baş verəcək.
Bu barədə Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutunun baş elmi işçisi Sergey Yazev məlumat verib.

"Biz artıq 11 illik günəş dövrünün zirvəsini keçmişik. Lakin təcrübənin göstərdiyi kimi, dövrün sonunda Günəşdə güclü partlayışların olması da mümkündür. Buna görə də, 2025-ci ildə Günəşdə baş verən partlayışların xüsusilə güclü ola biləcəyini gözləmək olar", alim deyib.

Sergey Yazevin sözlərinə görə, günəş partlayışları insanlar üçün təhlükə yaratmır, lakin Yerə çoxlu sayda yüklü hissəciklərin buraxılması güclü maqnit qasırğalarına səbəb ola bilər.
Bu yaxınlarda Günəşdə altı güclü partlayış baş verib, onlardan biri ən yüksək "X" sinifindən olub. "X1.12 partlayışı 24 dəqiqə davam edib və bu, artıq bu il ikinci belə hadisədir. Yanvarın 3-də 20 dəqiqə davam edən güclü "X1.2" partlayışı da baş verib.
Xəbər lenti
0