Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dünyanın mərkəzi bankları qızıl alışını davam etdirir - Qlobal iqtisadi qeyri-müəyyənlik

© AP Photo / Matthias SchraderBank işçisi qızıl külçələri seyfə qoyur, arxiv
Bank işçisi qızıl külçələri seyfə qoyur, arxiv - Sputnik Azərbaycan, 1920, 11.01.2025
Abunə olmaq
Təşkilatın məlumatına əsasən, qlobal iqtisadi qeyri-müəyyənlik şəraitində sabit və etibarlı aktiv tapmağa çalışan inkişaf etməkdə olan ölkələrin mərkəzi bankları bu istiqamətdə daha fəaldırlar.
BAKI, 11 yanvar — Sputnik. Ötən ilin noyabr ayında dünyanın mərkəzi bankları qızıl-valyuta ehtiyatlarında qızılın miqdarını 53,4 ton artırıb. Bu barədə məlumat "World Gold Council" təşkilatının hesablamalarında öz əksini tapıb.

"2024-cü ilin sonlarında dünyanın mərkəzi bankları qızıl tələbatında aparıcı rol oynamağa davam ediblər. Bu, il ərzində müşahidə olunan tendensiyanın davamıdır. Qlobal iqtisadi qeyri-müəyyənlik şəraitində sabit və etibarlı aktiv tapmağa çalışan inkişaf etməkdə olan ölkələrin mərkəzi bankları bu istiqamətdə daha fəaldırlar", - deyə təşkilatın analitikləri bildiriblər.

Noyabr ayında ən çox Polşa (21 ton), Özbəkistan (9 ton), Hindistan (8,4 ton) və Qazaxıstan (5,1 ton) mərkəzi bankları qızıl alıblar. Çin aprel ayından bəri ilk dəfə qızıl ehtiyatlarını əlavə olaraq beş ton artırdığını elan edib. Həmçinin qızıl alıcıları arasında İordaniya (4,1 ton), Türkiyə (3 ton), Çexiya (1,6 ton), Qana (1,2 ton), Monqolustan və Malta (hər biri bir tondan az) da var. Noyabr ayında qızılın əsas satıcısı Sinqapur (5,2 ton) olub.
Ölkədə qızıl istehsalı artıb
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 2567 kiloqram qızıl istehsal edilib. Ölkədə qızıl istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4% artıb. 2024-cü il dekabr ayının 1-nə Azərbaycanda qızıl üzrə hazır məhsul ehtiyatı 282,6 kq təşkil edib.
Azərbaycan qızıl alışına görə dünyanın ilk 5 ölkəsi sırasındadır
Xatırladaq ki, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2024-cü ilin üçüncü rübünün yekunlarına görə, dünyada qızıl alışına görə ilk beşliyə daxil olub. Bu barədə Dünya Qızıl Şurasının (WGC) hesabatında deyilib. Cari ilin yanvar-sentyabr aylarında ARDNF 30 tona yaxın bu qiymətli metalı alıb və beləliklə, oktyabrın 1-nə Fondun qızıl ehtiyatı 127 ton təşkil edib ki, bu da illik müqayisədə 17,7% çoxdur.
Assosiasiya: "Qızılın 1 unsiyası 3000 dollara qədər bahalaşa bilər"
"Azərbaycan Zərgərlər Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədr müavini, "Qiymətli metallar və qiymətli daşlar" üzrə Texniki Komitənin sədri Rövşən Əmircanov mediaya bildirib ki, 2025-ci ildə dünya bazarında qızılın 1 unsiyasının qiyməti 3000 ABŞ dollarına qədər arta bilər.
"Qlobal iqtisadi və geosiyasi amillərin təsiri ilə qızıl və gümüş qiymətlərində artımın davam edəcəyi ehtimal olunur. Hazırkı siyasi gərginliklərin yaxın zamanda azalacağına dair ciddi əsasların olmaması bu proqnozu dəstəkləyir. Regional münaqişələr və beynəlxalq münasibətlərdəki qeyri-sabitlik qızıla olan tələbatı artırır. Xüsusilə Yaxın Şərqdə baş verən hərbi toqquşmalar və siyasi gərginliklər qlobal bazarlara ciddi təsir edir. Bu bölgədə hərbi eskalasiya risklərinin artması nəticəsində investorlar təhlükəsiz aktivlərə, o cümlədən qızıla üstünlük verməkdə davam edirlər. Nəticədə 2025-ci ildə qızılın 2500-3000 ABŞ dolları diapazonunda ticarət olunması gözlənilir", - deyə o qeyd edib.
Ekspert əlavə edib ki, beynəlxalq maliyyə institutlarının proqnozlarına görə, 2025-ci ildə dünya iqtisadiyyatında tənəzzül riski yüksək olaraq qalacaq: "Yüksək inflyasiya, mərkəzi bankların sərt pul siyasətləri və artan borclanma xərcləri iqtisadi aktivliyi zəiflədə bilər. Bu vəziyyət fonunda qızıla maraq artır, çünki investorlar iqtisadi qeyri-müəyyənlik şəraitində etibarlı alətlər axtarır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Yük konteynerləri, arxiv - Sputnik Azərbaycan, 1920, 10.11.2024
İQTİSADİYYAT
Yalnız neftlə dolanmırıq: Çoxlu pambıq, pomidor və qızıl da satmışıq
Xəbər lenti
0