CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Doğum haqqında şəhadətnaməni heç yerə getmədən "mygov" tətbiqi vasitəsilə almaq olar

© Photo : Личный архив семьи АзаевыхСвидетельство о рождении
Свидетельство о рождении - Sputnik Azərbaycan, 1920, 11.01.2025
Abunə olmaq
Valideynlər tətbiqə daxil olaraq "Həyat hadisələri" bölməsindən "Valideyn olmaq" seçimini edib, "Doğum şəhadətnaməsinə müraciət" bölməsinə keçid edərək tələb olunan məlumatları sistemə daxil edəcəklər.
BAKI, 11 yanvar — Sputnik. Azərbaycanda doğum şəhadətnaməsinə müraciət rəqəmsallaşdırılıb. Bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən bildirilib.
Belə ki, valideynlər yeni doğulmuş övladlarının doğumu haqqında şəhadətnaməni qeydiyyat orqanlarına getmədən tamamilə rəqəmsal formada "mygov" tətbiqi vasitəsilə əldə edə bilərlər.
Uşaq dünyaya gəldikdə Ədliyyə Nazirliyi tərəfindən "mygov" tətbiqi üzərindən doğumun qeydiyyata alınması ilə bağlı valideynə bildiriş göndərilməsi xidməti yaradılıb. Valideynlər tətbiqə daxil olaraq "Həyat hadisələri" bölməsindən "Valideyn olmaq" seçimini edib, "Doğum şəhadətnaməsinə müraciət" bölməsinə keçid edərək tələb olunan məlumatları sistemə daxil edirlər. Prosesin gedişatında:
Valideynlər ilkin məlumatları yoxlayaraq uşağın adını və soyadını daxil edir;
Doğum haqqında şəhadətnamənin təhvil alınacağı qeydiyyat orqanı seçilir və əlaqə nömrəsi qeyd olunur;
Əgər sistem tərəfindən uşağın milliyəti təyin edilməyibsə, həm ananın, həm də atanın milliyyəti seçilir, doğum şəhadətnamələrinin skan edilmiş versiyaları yüklənir;
Məlumatlar son dəfə nəzərdən keçirilir və təsdiqləndikdən sonra müraciət tamamlanır.
Müraciət tamamlandıqdan sonra seçilmiş qeydiyyat orqanında doğum dövlət qeydiyyatına alınır və uşağın doğumu haqqında şəhadətnamə rəqəmsal formatda "mygov" platformasında "Ailə məlumatlarım" bölməsində əks olunur. Həmçinin vətəndaşın müraciəti əsasında ona seçdiyi qeydiyyat orqanı tərəfindən kağız daşıyıcıda doğum haqqında şəhadətnamə də təqdim edilə bilər.
Birdəfəlik müavinətin əldə edilməsi:
Uşağın anadan olmasına görə birdəfəlik müavinətin əldə edilməsi bu prosesin bir hissəsidir. Proses zamanı doğumun qeydiyyatına dair məlumat avtomatlaşdırılmış qaydada Dövlət Sosial Müdafiə Fonduna yönləndirilir və həmin qurum tərəfindən birdəfəlik müavinətin ödənilməsi üçün proaktiv qaydada təyinat aparılır. Valideynlər müavinəti "Kapital Bank"a məxsus "Birbank" mobil tətbiqindən əldə edə bilərlər.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2024-cü il tarixli Fərmanına əsasən, doğum haqqında şəhadətnamə məlumatlarının "mygov" platforması üzərindən təqdim edilməsi, fiziki sənədin təqdim edilməsi ilə eyni hüquqi qüvvəyə malikdir.
Xatırladaq ki, sentyabr ayında Bakıda yenilənmiş "mygov" rəqəmsal hökumət platformasının rəsmi təqdimatı keçirilib. Tədbirdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov yenilənmiş "mygov" hökumət platformasını Azərbaycanın rəqəmsal inkişafında mühüm mərhələ kimi qeyd edib.

"Rəqəmsal inkişafımızı istiqamətləndirən strategiyamız 3 əsas vektor üzərində qurulub: rəqəmsal hökumət, rəqəmsal cəmiyyət və rəqəmsal biznes. Məqsədimiz bu strategiyadan yola çıxaraq rəqəmsallaşmanın miqyasını genişləndirməkdir", - S.Məmmədov bildirib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Tikanlı məftillər. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.11.2024
CƏMİYYƏT
Məhkumluq haqqında arayışın "mygov" üzərindən verilməsinə başlanılıb
Xəbər lenti
0