DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Alyaska ştatının hakimiyyət orqanları ABŞ hökumətini məhkəməyə verir

© AP Photo / Patrick SemanskyAlyaskada Baydenin neft siyasətinə qarşı etirazlar, arxiv
Alyaskada Baydenin neft siyasətinə qarşı etirazlar, arxiv - Sputnik Azərbaycan, 1920, 11.01.2025
Abunə olmaq
Söhbət ABŞ Daxili İşlər Departamentinin bu ay neft və qaz qazmaçıları arasında hərraca çıxarmağı planlaşdırdığı 162 min hektar torpaqdan gedir.
BAKI, 11 yanvar — Sputnik. ABŞ-ın Alyaska ştatının hakimiyyət orqanları dekabr ayında sahil düzənliyində neft və qaz quyuların qazılmasına məhdud hüquqlar verdiyi üçün hazırkı Prezident Co Bayden hökumətini məhkəməyə verib. Bu barədə "Reuters" məhkəmə sənədinə istinadən xəbər verib.
Agentlik bildirib ki, Alyaskanı təmsil edən vəkillər bazar ertəsi əyalət məhkəməsində iddia qaldırıblar. Sənəddə ABŞ federal hökumətinin 2024-cü ilin dekabrında sahilyanı düzənlik kimi tanınan ərazidə məhdudiyyətlərlə neft və qaz qazma hüququ vermək qərarına etiraz edilib.

"Yer səthindən istifadə və məskunlaşma ilə bağlı məhdudiyyətlər nəzərdə tutulan çalışmaları qeyri-mümkün və ya məqsədyönsüz edir... Söhbət ABŞ Daxili İşlər Departamentinin bu ay neft və qaz qazmaçıları arasında hərraca çıxarmağı planlaşdırdığı 162 min hektar torpaqdan gedir", - agentlik iddiaya istinadən xəbər verib.

Agentliyin məlumatına görə, iddia ərizəsində qeyd olunub ki, Bayden administrasiyasının tədbirləri Arktika Milli qoruğunda gələcək neft kəşfiyyatı və qazma işlərini "ciddi şəkildə məhdudlaşdıracaq". Alyaska rəsmiləri məhkəmədən administrasiyanın dekabr qərarını ləğv etməyi və hökumətə hərracda icarə müqavilələrinin verilməsinin qadağan olunmasını tələb ediblər.
Xatırladaq ki, "Anchorage Daily News"in xəbər verdiyi kimi, ABŞ hökuməti cümə günü Arktika Milli qoruğunda neft və qaz şirkətlərinə torpaq icarəyə verməyə hazırlaşır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0