DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Trampın Qrenlandiya ilə bağlı əsl niyyəti nədir?

© AP Photo / Andrew HarnikDonald Tramp, arxiv şəkli
Donald Tramp, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.01.2025
Abunə olmaq
Donald Trampın Qrenlandiya ilə bağlı söylədikləri hərbi maraqlara söykənir və Arktikada üstünlüyün əldə edilməsinə hesablanıb.
BAKI, 10 yanvar — Sputnik. Rusiyanın Danimarkadakı səfiri Vladimir Barbin RİA Novosti-yə bildirib ki, ABŞ nüvə silahı daşıya bilən F-35 qırıcıları üçün Qrenlandiyada aerodrom infrastrukturu yaradır.
"Adada yerləşən ABŞ Pituffik (keçmiş Tule) hərbi kosmik bazası bu gün Arktikadan raket hücumları haqqında ABŞ-ın erkən xəbərdarlıq sisteminin elementidir. Bu isə, milyardlarla ABŞ dollarına başa gələn radar da daxil olmaqla hərtərəfli modernləşdirmədən keçir. Orada nüvə silahı daşıya bilən F-35 qırıcıları üçün də aerodrom infrastrukturu yaradılır. bu cür qırıcılar ABŞ Hərbi Hava Qüvvələrinin təlimləri zamanı artıq bazanın aerodromundan istifadə ediblər", - deyə Barbin bildirib.
Səfir xatırladıb ki, Amerika qoşunları II Dünya Müharibəsindən bəri Qrenlandiyadadır.
"Rusiya Arktikada sabitliyin möhkəmləndirilməsinin tərəfdarıdır. Bu isə, yalnız bütün Arktika dövlətləri üçün bərabər beynəlxalq təhlükəsizlik sisteminin qurulması əsasında mümkündür" - Barbin vurğulayıb.
Bundan əvvəl səfir bildirmişdi ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Qrenlandiyaya yanaşması regionda vəziyyəti pisləşdirir və onun adaya nəzarəti ələ keçirmək istəyi Arktikada sabitliyin möhkəmləndirilməsi və dialoqun inkişaf etdirilməsinin əleyhinə olduğunun göstəricisidir. Diplomat xəbərdarlıq edib ki, Rusiya hərbi planlaşdırmada bunu mütləq nəzərə alacaq.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp daha əvvəl Qrenlandiyanın ABŞ-ın bir hissəsi olması zərürətindən söz acmışdı. Onun fikrincə bu "azad denyanın" müdafiəsi, o cümlədən Rusiya və Çin təhlükəsindən qorunması baxımdan strateji əhəmiyyət kəsb edir. Qrenlandiyanın baş naziri Mute Egede Trampın sözlərinə cavab olaraq bildirib ki, Qrenlandiya satılmır və heç vaxt da satılmayacaq.
Qrenlandiya 1953-cü ilə qədər Danimarkanın koloniyası olub. Lakin 2009-cu ildə o özünüidarəetmə və daxili siyasətdə müstəqil seçim imkanı ilə muxtariyyət alıb.
Xəbər lenti
0